AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİ
1
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və
ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə
özünə
fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində:
müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin
əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum
səviyyəsi;
Azərbaycan Respublikası Konstitusiyasının ikinci
bölməsində nəzərdə tutulan
əmək, istirahət, təhlükəsiz və sağlam
şəraitdə işləmək hüququnun, habelə digər əsas
insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları;
Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı
beynəlxalq
müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq
hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması,
dəyişdirilməsi,
onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi
sahəsində
işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının
hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir.
I bölmə
Ümumi normalar
Birinci fəsil
Əsas müddəalar
Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil
olan normativ hüquqi aktlar
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi:
bu Məcəllədən;
Azərbaycan Respublikasının müvafiq qanunlarından;
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti
çərçivəsində qəbul etdiyi
normativ hüquqi aktlardan;
əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı
və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.