42 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 43-cü maddənin ikinci hissəsinin “g” bəndi “ğ” bəndi hesab edilmişdir və hissəyə “g”
bəndi əlavə edilmişdir. 43 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 5 fevral 2014-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 92) ilə 43-cü maddənin 2-ci hissəsinin “ğ” bəndi “x” bəndi hesab edilmişdir və
“ğ” və “h” bəndləri əlavə edilmişdir.
44
31 may 2017-ci il tarixli 675-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2017-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1048) ilə 45-ci maddənin 1-ci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək
müddətə (müddətli) bağlanıla bilər.
45
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 45-ci maddənin 4-cü hissədə “hallarda” sözündən sonra “, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.
46
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 45-ci maddəyə 5-ci hissə əlavə edilmişdir.