216 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında"
Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki
Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 239-cu maddənin 1-ci hissəsində "xərclərin" sözündən sonra "eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin" sözləri əlavə edilmişdir.
217 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 239-cu maddənin beşinci hissəsinin birinci cümləsində "icbari şəxsi" sözləri "bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari" sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2010-cu il tarixli 36-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 23 yanvar 2011-ci il, № 16) ilə 239-cu maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5. Bu maddə ilə müəyyən edilmiş hallarda ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş
qaydada sığorta orqanlarında işəgötürən tərəfindən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari
sığorta olunmuş işçilərə şamil olunmur. Əməyin mühafizəsi qaydalarının pozulması, habelə əmək
şəraitinə görə zərərçəkmiş həmin işçilərə və onların ailə üzvlərinə sığorta haqqı müvafiq sığorta
müqaviləsində nəzərdə tutulan qaydada və məbləğdə ödənilir.