Azərbaycan Respublikası Prokurorluğu, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi ilə



Yüklə 171,83 Kb.
tarix16.03.2017
ölçüsü171,83 Kb.
#11609

Azərbaycan Respublikası

Prokurorluğu, Ali Məhkəmə,

Daxili İşlər Nazirliyi ilə

razılaşdırılmışdır

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin

10.01.2001-ci il tarixli

07 saylı əmri

 Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası


qaydaları


I bölmə
Ümumi qaydalar

1. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Azərbaycan Respublikasının «Cinayət» və «Cinayət-prosessual» məcəllələrinə və hazırkı «Qaydalar»a uyğun olaraq icra edilir.

2. Tibbi nöqteyi-nəzərdən sağlamlığa zərər vurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal kimi başa düşülməlidir.

3. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun qərarı və məhkəmənin qərardadı əsasında keçirilir.

Prokurorluq orqanlarının, DİN-in, MTN-in və məhkəmənin yazılı göstərişləri (göndərişləri) əsasında məhkəmə-tibbi müayinə keçirilə bilər.

4. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası keçirildikdə «Ekspert rəyi», məhkəmə-tibbi müayinəsi keçirildikdə isə «Məhkəmə-tibbi müayinə aktı» tərtib olunur.

5. Azərbaycan Respublikası CM-də sağlamlığa zərər vurmanın üç dərəcəsi ayırd edilir:

1) sağlamlığa ağır zərər vurma;

2) sağlamlığa az ağır zərər vurma;

3) sağlamlığa yüngül zərər vurma.

Bundan başqa, CM-də xüsusi üsullarla yetirilməklə xarakterizə olunan xəsarətlər – döymə və işgəncə vermə öz əksini tapmışdır. Döymə və işgəncə vermənin təyin edilməsi məhkəmə-tibb ekspertinin səlahiyyəti xaricindədir, bu məsələnin həlli təhqiqat orqanının, ibtidai istintaqın, prokurorluğun və məhkəmənin səlahiyyətinə aiddir.

Hazırkı «Qaydalar»da Azərbaycan Respublikası CM-də nəzərdə tutulan sağlamlığa zərər vurma dərəcələrinin qiymətləndirilməsinin tibbi meyarı (kriteriyası) əks etdirilmişdir. Bu əlamətlər rəhbər tutularaq sağlamlığa zərər vurmanın dərəcəsi müəyyən edilir və bu zaman qiymətləndirici əlamətlərdən birinin olması kifayətdir.



II bölmə

Sağlamlığa zərər vurmanın dərəcəsinin təyini

I fəsil
Ağır zərər vurma

6. Sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir:

- insan həyatı üçün təhlükəlilik;

- görmə, eşitmə və nitq qabiliyyətinin və ya hər hansı bir orqanın (üzvün), yaxud bu orqanın funksiyasının itirilməsi;

- psixi pozuntuya (ruhi xəstəliklərə) və ya sağlamlığın başqa cür pozulmasına səbəb olma;

- ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə daimi (dayanıqlı) itirilməsi halında olan sağlamlığın pozulması;

- peşəkar (professional) əmək qabiliyyətinin tam itirilməsi;

- hamiləliyin pozulması;

- narkomanlıq və ya toksikomanlıqla xəstələnmə;

- si­fə­tin ­si­lin­məz də­rə­cə­də ey­bə­cər­ləş­di­ril­mə­si.



Həyat üçün təhlükəli olan sağlamlığa zərər vurma

7. Həyat üçün təh­lü­kə­li olan sağ­lam­lı­ğa zə­rər vur­ma həm bədən xəsarəti, həm də xəstəlik və ya patoloji vəziyyət halında ola bilər.

Həyat üçün təh­lü­kə­li olan xəsarətlərə aiddir:

a) kəl­lə boş­lu­ğu­na ke­çən, o cüm­lə­dən be­yin to­xu­ma­sı­nı zə­də­lə­mə­yən ya­ra­lar;

b) kəl­lə əsa­sı və kəl­lə ta­ğı sü­mük­lə­ri­nin sı­nıq­la­rı.

Qeyd: üz ske­let sü­mük­lə­ri­nin sı­nıq­la­rı və kəl­lə ta­ğı­nın yal­nız xa­ri­ci sü­mük tə­bə­qə­si­nin ay­rı­ca ça­tı is­tis­na olu­nur.

v) baş be­yi­nə təz­yiq edil­mə­si (sı­xıl­ma­sı) və ya edil­mə­mə­si (sı­xıl­ma­ma­sı) ilə nə­ti­cə­lə­nən ağır də­rə­cə­li be­yin əzil­mə­lə­ri; be­yin kö­tü­yü­nün zə­də­lən­mə­si simp­tom­la­rı ilə mü­şa­yi­ət edi­lən or­ta də­rə­cə­li be­yin əzil­mə­lə­ri;

q) hə­yat üçün təh­lü­kə­li olan kəl­lə­da­xi­li epi­du­ral, sub­du­ral və ya su­ba­rax­no­i­dal qan­sız­ma­lar;

d) onur­ğa bey­ni­nin zə­də­lə­nib-zə­də­lən­mə­mə­sin­dən ası­lı ol­ma­ya­raq onur­ğa ka­na­lı­na ke­çən ya­ra­lar;

e) onur­ğa bey­ni funk­si­ya­sı­nın po­zul­ma­sın­dan ası­lı ol­ma­ya­raq bo­yun fə­qə­rə­lə­ri­nin sı­nıq-çı­xı­ğı, ci­sim­lə­ri­nin və hər iki qöv­sü­nün sı­nıq­la­rı və ya­xud bi­rin­ci-ikin­ci bo­yun fə­qə­rə­lə­ri­nin qöv­sü­nün bir­tə­rəf­li sı­nıq­la­rı;

j) bo­yun fə­qə­rə­lə­ri­nin çı­xıq­la­rı;

z) onur­ğa bey­ni­nin bo­yun şö­bə­si­nin qa­pa­lı zə­də­lə­ri;

i) onur­ğa bey­ni funk­si­ya­sı­nın po­zul­ma­sı ilə və ya­xud kli­ni­ki təs­diq olun­muş ağır də­rə­cə­li şok­la nə­ti­cə­lə­nən bir və ya bir ne­çə döş, ya da bel fə­qə­rə­lə­ri­nin sı­nıq­la­rı, ya­xud sı­nıq-çı­xıq­la­rı;

k) ağır onur­ğa şo­ku və ya ça­naq üzv­lə­ri­nin funk­si­ya­sı­nın kəs­kin po­zul­ma­sı ilə mü­şa­yi­ət olu­nan onur­ğa bey­ni­nin döş, bel və oma seq­ment­lə­ri­nin qa­pa­lı zə­də­lə­ri;

l) ud­la­ğın, qırt­la­ğın, tra­xe­ya­nın və ye­mək bo­ru­su­nun da­xi­lə ke­çən ya­ra­la­rı;

m) ağır də­rə­cə­li şok­la, tə­nəf­fü­sün po­zul­ma­sı ilə və ya baş­qa hə­yat üçün təh­lü­kə­li tə­za­hür­lər­lə mü­şa­yi­ət edi­lən, se­lik­li qi­şa­nın cı­rıl­ma­sı ilə bir­gə olan qırt­laq və tra­xe­ya qı­ğır­daq­la­rı­nın qa­pa­lı sı­nıq­la­rı;

n) döş qə­fə­si­nin plev­ra və ürək ki­sə­si boş­luq­la­rı­na, di­va­ra­ra­lı­ğı­na ke­çən, o cüm­lə­dən da­xi­li üzv­lə­rin zə­də­lən­mə­si ilə mü­şa­yi­ət olun­ma­yan ya­ra­la­rı.



Qeyd: əgər he­mop­nev­mo­to­roks əla­mət­lə­ri yox­dur­sa, em­fi­ze­ma məh­dud xa­rak­ter­li­dir­sə və ya­ra ka­na­lı­nın plev­ra boş­lu­ğu­na keç­mə­di­yi şüb­hə­siz­dir­sə, be­lə hal­lar­da döş qə­fə­si ya­ra­lan­ma­la­rın­da aş­kar olun­muş də­ri­al­tı em­fi­ze­ma da­xi­lə ke­çən xə­sa­rət əla­mə­ti ki­mi nə­zə­rə alı­na bil­məz.

o) qa­rı­nın pe­ri­ton boş­lu­ğu­na ke­çən, o cüm­lə­dən da­xi­li üzv­lə­rin zə­də­lən­mə­silə mü­şa­yi­ət olun­ma­yan ya­ra­la­rı; pe­ri­ton ar­xa­sı sa­hə üzv­lə­ri­nin (böy­rək­lə­rin, böy­rə­küs­tü və mə­də­al­tı və­zi­lə­rin və s.) açıq ya­ra­lan­ma­la­rı; si­dik ki­sə­si­nin, düz ba­ğır­sa­ğın yu­xa­rı və or­ta şö­bə­lə­ri­nin hə­min üzv­lə­rin boş­lu­ğu­na ke­çən ya­ra­lan­ma­la­rı;

p) döş qə­fə­si­nin, qa­rı­nın, ça­naq boş­lu­ğu üzv­lə­ri­nin, elə­cə də pe­ri­ton ar­xa­sı üzv­lə­rin hə­yat üçün təh­lü­kə­li əla­mət­lər­lə mü­şa­yi­ət olu­nan qa­pa­lı zə­də­lən­mə­lə­ri;

r) uzun bo­ru­lu sü­mük­lə­rin — ba­zu, bud və qa­mış sü­mük­lə­ri­nin açıq sı­nıq­la­rı.



Qeyd: mil, dir­sək və in­cik sü­mük­lə­ri­nin açıq sı­nıq­la­rı­nın, ba­zu, bud və qa­mış sü­mük­lə­ri­nin qa­pa­lı sı­nıq­la­rı­nın, həm­çi­nin iri oy­naq­la­rın (ba­zu, dir­sək, mil-bi­lək, bud-ça­naq, diz və ya aşıq-bal­dır) açıq və qa­pa­lı zə­də­lə­ri­nin ağır­lıq də­rə­cə­si on­la­rın hə­yat üçün təh­lü­kə tö­rət­mə­si, ya da əmək qa­bi­liy­yə­ti­nin da­ya­nıq­lı iti­ril­mə­si əla­mət­lə­ri­nə əsa­sən tə­yin edi­lir.

s) ağır də­rə­cə­li şok və ya çox­lu qa­ni­tir­mə ilə, ya­xud si­dik ka­na­lı­nın zar­lı his­sə­si­nin cı­rıl­ma­sı ilə mü­şa­yi­ət edi­lən ça­naq sü­mük­lə­ri­nin sı­nıq­la­rı;

t) ağır də­rə­cə­li şo­ka və ya kol­laps tö­rət­miş çox­lu qa­ni­tir­mə­yə, kli­nik nə­zə­rə çar­pan piy və ya qaz em­bo­li­ya­la­rı­na, kəs­kin böy­rək çatış­maz­lı­ğı əla­mət­lə­ri ilə mü­şa­yi­ət olu­nan trav­ma­tik tok­si­ko­za sə­bəb olan zə­də­lər;

u) iri qan da­mar­la­rı­nın zə­də­lən­mə­lə­ri: aor­ta­nın, yu­xu (ümu­mi, xa­ri­ci və da­xi­li), kör­pü­cü­kal­tı, qol­tu­qal­tı, ba­zu, qıl­ça, bud, di­zal­tı ar­te­ri­ya­la­rın və on­la­rı mü­şa­yi­ət edən ve­na­la­rın zə­də­lən­mə­lə­ri.



Qeyd: di­gər pe­ri­fe­rik da­mar­la­rın (ba­şın, üzün, boy­nun, sa­i­din, əlin, bal­dı­rın, ayaq pən­cə­si­nin) zə­də­lən­mə­lə­ri hər bir ha­di­sə­də hə­yat üçün konk­ret təh­lü­kə tö­rət­mə­sin­dən ası­lı ola­raq qiy­mət­lən­di­ri­lir. Mə­sə­lən, çox­lu qanitir­mə, ob­yek­tiv təs­diq olun­muş ağır də­rə­cə­li şok.

f) bə­dən sət­hi­nin 15 fa­iz­dən çox sa­hə­si­ni əha­tə edən III-IV də­rə­cə­li ter­mi­ki ya­nı­ğı; bə­dən sət­hi­nin 20 fa­iz­dən çox sa­hə­si­ni əha­tə edən III də­rə­cə­li ya­nı­ğı; bə­dən sət­hi­nin 30 fa­iz­dən çox sa­hə­si­ni əha­tə edən II də­rə­cə­li ya­nı­ğı; elə­cə də az sa­həsi­ni əha­tə edən, la­kin ağır də­rə­cə­li şok tö­rə­dən ya­nıq­lar; səs ya­rı­ğı­nın öde­mi və da­ral­ma­sı əla­mət­lə­ri ilə mü­şa­yi­ət olu­nan tə­nəf­füs yol­la­rı­nın ter­mi­ki ya­nıq­la­rı;

x) yer­li tə­sir­dən baş­qa hə­yat üçün təh­lü­kə­li olan ümu­mi tok­si­ki tə­sir gös­tə­rən kim­yə­vi bir­ləş­mə­lə­rin — qa­tı tur­şu­la­rın, aşın­dı­rı­cı qə­lə­vi­lə­rin, müx­tə­lif yan­dı­rı­cı mad­də­lə­rin tö­rət­dik­lə­ri ya­nıq­lar;

ç) hə­yat üçün təh­lü­kə­li əla­mət­lər komp­lek­si (be­yin qan döv­ra­nı­nın po­zul­ma­sı, hu­şun it­mə­si, am­ne­zi­ya və s.) ilə ay­dın nə­zə­rə çar­pan və ob­yek­tiv əla­mət­lər­lə təs­diq olu­nan bo­yun üzv­lə­ri­nin sı­xıl­ma­sı və me­xa­ni­ki as­fik­si­ya­nın di­gər növ­lə­ri.



Həyat üçün təhlükəli olan
xəstəlik və ya patoloji vəziyyətlər

Həyat üçün təhlükəli olan xəstəlik və ya patoloji vəziyyətlər müxtəlif xarici mühit amillərinin təsiri nəticəsində baş verir və qanunauyğun olaraq ya həyat üçün təhlükə törədən halla ağırlaşırlar, ya da özləri bilavasitə insan həyatı üçün təhlükə törədirlər.



Həyat üçün təhlükəli olan vəziyyətlərə aşağıdakılar aiddir:

a) müxtəlif etiologiyalı ağır dərəcəli (III-IV dərəcələr) şok;

b) müxtəlif etiologiyalı koma;

v) massiv (çoxlu) qanitirmə;

q) kəskin ürək və ya damar çatışmazlığı;

d) kəskin böyrək və ya qara ciyər çatışmazlığı;

ğ) ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı;

e) irinli-septik vəziyyət;

j) daxili üzvlərin infarktı, ətrafların qanqrenası, baş beyin damarlarının emboliyası (hava və piy), tromboemboliya ilə nəticələnən nahiyəvi və üzv qan dövranı pozğunluqları;

z) həyat üçün təhlükəli olan vəziyyətlərin müştərəkliyi.



Həyat üçün təhlükəli olmayan, lakin
nəticəsinə görə ağır zərər vurma

Görmənin, eşit­mə­nin, nitq qa­bi­liy­yə­ti­nin və ya hər han­sı bir üzvün və yaxud həmin üzvün funk­si­ya­sı­nın iti­ril­mə­si.

8. Gör­mə­nin iti­ril­mə­si de­dik­də, hər iki göz­də tam da­ya­nıq­lı (da­i­mi) kor­luq və ya­xud 2 metr və on­dan az mə­sa­fə­də bar­maq­la­rın sa­yı­la bil­mə­mə­si­nə qə­dər gör­mə­nin it­mə­si və­ziy­yə­ti nə­zər­də tu­tu­lur (gör­mə iti­li­yi 0,04 və da­ha az).

Bir göz­də gör­mə­nin tam it­mə­si əmək qa­bi­liy­yə­ti­nin üç­də bi­rin­dən çox his­sə­si­nin da­ya­nıq­lı itir­ilmə­si­nə sə­bəb olur və bu əla­mə­tə gö­rə də ağır zərər vurmaya aid edi­lir.



Qeyd: kor gö­zün çı­xa­rıl­ma­sı­na sə­bəb olan zə­də­lən­mə­si sağ­lam­lı­ğın po­zul­ma müd­də­ti­nə gö­rə qiy­mət­lən­di­ril­mə­li­dir.

Gör­mə qa­bi­liy­yə­ti, əv­vəl­dən zə­if­lə­miş (1,0-dan aşa­ğı) göz­lər­də gör­mə­nin iti­ril­mə­si ba­rə­də olan fa­iz cəd­və­li­nə gö­rə tə­yin edi­lir.

9. Eşit­mə­nin it­mə­si de­dik­də, tam kar­lıq və ya­xud zə­rər­çəkənin da­nı­şıq nit­qi­ni qu­laq sey­va­nın­dan 3-5 sm mə­sa­fə­də eşit­mə­mə­si ki­mi ge­ri dön­məz və­ziy­yət ba­şa dü­şü­lür.



Qeyd: bir qu­laq­da eşit­mə­nin it­mə­si ümu­mi əmək qa­bi­liy­yə­ti­nin üç­də bi­rin­dən az his­sə­si­nin iti­ril­mə­si­nə sə­bəb olur və bu əla­mə­tə gö­rə də az ağır zə­rər vur­ma­ya aid edi­lir.

10. Hər hansı bir üzvün və yaxud onun funksiyasının itirilməsi de­dik­də aşağıdakılar başa düşülür:

a) di­li (nitqi) iti­rmək, ­yəni öz fik­ri­ni ət­raf­da­kı­la­ra ba­şa dü­şü­lən, ay­dın səs­lər­lə çat­dır­mağı bacarmamaq;

b) qol və ya qı­çın iti­ril­mə­si, yəni on­la­rın göv­də­dən ay­rıl­ma­sı və ya funk­si­ya­la­rı­nın iti­ril­mə­si (if­lic və ya­xud on­la­rın fə­a­liy­yə­tləri­ni tam po­zan di­gər və­ziy­yət).



Qeyd: qı­çın və qo­lun ana­to­mik iti­ril­mə­si­ dedikdə, qı­çın və ya qo­lun ta­ma­mi­lə göv­də­dən ay­rıl­ma­sı və ya dir­sək və diz oy­naq­la­rı sə­viy­yə­sin­dən aşa­ğı ol­ma­maq­la am­pu­ta­si­ya­ları ki­mi ba­şa düşülməlidir. Bü­tün baş­qa hal­la­r isə ət­ra­fın his­sə­vi iti­ril­mə­si ki­mi başa düşülməli və ümu­mi əmək qa­bi­liy­yə­ti­nin da­ya­nıq­lı iti­ril­mə­si əla­mə­ti­nə gö­rə qiy­mət­lən­di­ril­mə­li­dir.

v) nə­sil tö­rət­mə qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si cin­si əla­qə­də ol­ma, ma­ya­lan­dır­ma, döl­lən­mə və uşaq­doğ­ma qa­bi­liy­yə­ti­nin it­mə­si de­mək­dir.



Psixi pozuntu (ruhi xəstəlik)

11. Ru­hi xəs­tə­li­yin di­aq­nos­ti­ka­sı və onun alın­mış xə­sa­rət ilə əla­qə­si psi­xi­at­ri­k eks­per­ti­za tə­rə­fin­dən müəyyən edilir.

Ru­hi xəs­tə­lik­lər­lə nə­ti­cə­lən­miş bə­dən xə­sa­rət­lə­ri­nin sağ­lam­lı­ğa zə­rər vur­ma də­rə­cə­si məh­kə­mə-tibb eks­per­ti­nin iş­ti­ra­kı ilə apa­rı­lır.

Əmək qa­bi­liy­yə­ti­nin üç­də bir his­sə­sin­dən az ol­ma­maq­la dayanıqlı
iti­ril­mə­si­ ilə əlaqədar olan sağlamlığa ağır zərər vurma

Ümu­mi əmək qa­bi­liy­yə­ti de­dik­də, in­sa­nın özü­nə qul­luq edə bil­mə­si və ix­ti­sas tə­ləb et­mə­yən əmək qa­bi­liy­yə­ti nə­zər­də tu­tu­lur.

Əmək qa­bi­liy­yə­ti­nin da­ya­nıq­lı iti­ril­mə­si, iti­ril­miş funk­si­ya­nın öm­rün so­nu­na qə­dər bər­pa olu­na bil­mə­mə­si, ya­xud uzun müd­dət keç­dik­dən son­ra qis­mən bər­pa olun­ma­sı de­mək­dir.

Əmək qa­bi­liy­yə­ti­nin da­ya­nıq­lı fak­tı­nı an­caq xə­sa­rət, pa­to­lo­ji və­ziy­yət və xəs­tə­li­yin ay­dın ol­muş nə­ti­cə­sin­dən son­ra tə­yin et­mək müm­kün­dür. Məh­kə­mə-tib­bi nöq­te­yi-nə­zə­rin­dən ümu­mi əmək qa­bi­liy­yə­ti­nin da­ya­nıq­lı iti­ril­mə­si səhhətin 120 gün­dən ar­tıq müd­dət­də po­zul­ma­sı de­mək­dir. Be­lə ha­di­sə­lər­də xa­ri­ci mü­hit amilləri tə­si­rin­dən tö­rən­miş xə­sa­rət və xəs­tə­lik­lər nə­ti­cə­sin­də zə­rər­çək­miş 120 gün­dən ar­tıq müd­dət­də əmək qa­bi­liy­yə­ti­ni itir­miş olur və bun­dan son­ra da sa­ğal­ma­ğa doğ­ru hər han­sı bir irə­li­lə­yiş hiss edil­mir.

12. Zə­də­lən­mə­lər­də ümu­mi əmək qa­bi­liy­yə­ti­nin da­ya­nıq­lı iti­ril­mə həc­mi xə­sa­rət­lə­rin nə­ti­cə­si ay­dın ol­duq­dan son­ra əmək qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si­nin fa­iz cəd­və­li ilə ob­yek­tiv əla­mət­lə­rə əsa­sən tə­yin edi­lir.

Qeyd: a) uşaq­lar­da əmək qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si hazırkı «Qay­da­lar»da mü­əy­yən edil­miş ümu­mi müddəalara əsa­sən tə­yin edi­lir;

b) əlil­lər­də al­dı­ğı xə­sa­rət ilə əla­qə­dar əmək qa­bi­liy­yə­ti­nin da­ya­nıq­lı iti­ril­mə­si, əlil­lik­dən və onun qru­pun­dan ası­lı ol­ma­ya­raq sağ­lam şəxs­lər­də ol­du­ğu ki­mi tə­yin edi­lir.



Hamiləliyin pozulması

13. Müd­də­tin­dən ası­lı ol­ma­ya­raq ha­mi­lə­li­yin po­zul­ma­sı or­qa­niz­min fər­di xü­su­siy­yət­lə­rin­dən ası­lı de­yil­sə, xə­sa­rət­lə bir­ba­şa sə­bəb­li əla­qə­si var­dır­sa ağır zərər vurmaya aid edi­lir. Be­lə ha­di­sə­lər­də məh­kə­mə-tib­bi eks­per­ti­za ma­ma-gi­ne­ko­loq­la bir­gə apa­rı­lır.



Narkomanlıq və ya toksikomanlıqla xəstələnmə

Nar­ko­man­lıq­la, tok­si­ko­man­lıq­la xəs­tə­lən­mə ilə nəticələnmiş sağ­lam­lı­ğa zərər vu­rmanın dərəcəsinin qiymətləndirilməsi uyğun olaraq məhkəmə-narkoloji, məhkəmə-toksikoloji ekspertizaların aparılmasından sonra məhkəmə-tibb eksperti tərəfindən narkoloqun, toksikoloqun iştirakı ilə icra edilir.



Si­fə­tin ­si­lin­məz də­rə­cə­də ey­bə­cər­ləş­di­ril­mə­si

14. Məhkəmə-tibb eksperti xəsarəti si­fə­tin ey­bə­cər­ləş­di­ril­mə­si kimi qiymətləndirə bilməz. Belə ki, bu, tibbi məfhum deyildir. Ekspert adi əlamətlərə əsasən bədən xəsarətinin ancaq xarakterini və sağlamlığa zərər vurmanın dərəcəsini, eləcə də silinməz olub-olmamasını təyin edir.

Si­fə­tdə xə­sa­rət izlərinin silinməz olması de­dik­də, si­fət­də, elə­cə də qu­laq sey­van­la­rın­da elə pa­to­lo­ji də­yi­şik­lik­lər (ko­bud ça­pıq­lar, bur­nun və qu­la­ğın his­sə­vi, elə­cə də tam am­pu­ta­si­ya­la­rı, de­for­ma­si­ya, mi­mi­ka və çey­nə­mə poz­ğun­luq­la­rı, kəs­kin nə­zə­rə çar­pan asim­met­ri­ya və s.) ba­şa dü­şü­lür ki, on­lar vaxt keç­dik­cə bər­pa olun­mur, ge­ri dön­məz­dir­lər və on­la­rı ara­dan qal­dır­maq üçün cər­ra­hi mü­da­xi­lə (kos­me­tik əmə­liy­yat­lar) la­zım­dır. Vaxt keç­dik­cə öz ge­diş­lə­ri bo­yu və elə­cə də qey­ri-cər­ra­hi va­si­tə­lər­lə əhə­miy­yət­li də­rə­cə­də bər­pa olu­nan, çə­ki­lib ge­dən xə­sa­rət­lər isə si­fə­tin si­li­nən xə­sa­rət­lə­ri ki­mi ba­şa dü­şül­mə­li­dir.

II fəsil

Az ağır zərər vurma

15. Az ağır zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir:

- həyat üçün təhlükəliliyin olmaması;

- Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilmiş və hazırkı «Qaydalar»ın I fəslində qeyd edilmiş ağır zərər vurmanın əlamət və nəticələrinin olmaması;

- sağlamlığın uzun müddət pozulması;

- ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi.



Sağlamlığın uzun müddət pozulması

16. Sağlamlığın uzun müddət pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir.



Ümumi əmək qabiliyyətinin üçdə bir
hissəsindən az olmaqla əhəmiyyətli
dərəcədə itirilməsi

Ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-dən 33%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur.



III fəsil

Yüngül zərər vurma

18. Yüngül zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir:

a) sağlamlığın qısa müddətə pozulması;

b) ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi.

19. Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən – 3 (üç) həftədən az olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir.

20. Ümu­mi əmək qa­bi­liy­yə­ti­nin cü­zi dayanıqlı iti­ril­mə­si dedikdə, ümu­mi əmək qa­bi­liy­yə­ti­nin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur.

Sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilə bilərlər:

1) XI-XII qa­bır­ğa­lar is­tis­na ol­maq­la 1 (bir) qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları;

2) bu­run sü­mü­yü­nün cər­ra­hi mü­da­xi­lə tə­ləb et­mə­yən, əhəmiyyətli deformasiyası olmayan sınığı;

3) əl və ayaq bar­maq­la­rı­nın falanqa sümüklərinin sa­də (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əl­lə­rin I barmaqları, ayaq­la­rın I, II və III bar­maq­la­rı is­tis­na ol­maq­la);

4) stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar;

5) baş beyin sil­kə­lən­mə­si.



Qeyd: a) həyat üçün təhlükəli olmayan baş beyin əzilmə və silkələnmələrinin zərər vurma dərəcəsinin təyinində bu zədələrə dair metodik tövsiyə rəhbər tutulmalıdır;

b) əgər yetirilmiş xəsarətlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıq, qançır, cərrahi tikişə ehtiyacı olmayan kiçik yaralar halındadırsa, onda bu xəsarətlərin xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə onların sağlamlığa zərər vurmadığı göstərilməli və dərəcəsi təyin edilməməlidir.



IV fəsil

Döymə və işgəncə vermə

21. Döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Döymə nəticəsində bədən xəsarətləri əmələ gələ bilər, ancaq döymə nəticəsində obyektiv aşkar edilə bilən xəsarətlər qalmaya da bilər. Əgər çoxsaylı zərbələr nəticəsində sağlamlığa zərər vurma (ağır, az ağır və ya yüngül) baş verirsə, onda bu hərəkətlərə döymə kimi baxılmır, müvafiq dərəcəli sağlamlığa zərər vurmanın yetirilməsi kimi qiymətləndirilir. Əgər zərbələr yetirildikdən sonra müayinə olunanda xəsarətlər (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıqlar, qançırlar, kiçik yaralar) aşkar olunursa, onda bu xəsarətlər xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə təsvir edilir. Bu zaman göstərilən xəsarətlər sağlamlığa zərər vurma kimi qiymətləndirilmir və onların dərəcəsi təyin edilmir. Əgər döymə nəticəsində obyektiv əlamətlər (iz) qalmırsa, onda məhkəmə-tibb eksperti rəydə müayinə olunanın şikayətlərinin, o cümlədən bədənin bu və ya başqa nahiyəsinin palpasiyasında (əlləmədə) ağrının olduğunu, xəsarətin obyektiv əlamətinin olmamasını qeyd edir və sağlamlığa zərər vurmanın dərəcəsini təyin etmir. Belə hallarda döymə faktının müəyyənləşdirilməsini təhqiqat, ilkin istintaq, prokurorluq və ya məhkəmə orqanları qeyri-tibbi sənədlər əsasında həyata keçirir.

İşgəncə elə bir hərəkətdir ki, bunların nəticəsində sağlamlığa zərər vurma baş verə bilər. Məhkəmə-tibb eksperti işgəncəni müəyyən etmir, çünki bu, onun səlahiyyətinə aid deyildir, lakin o, aşağıdakıları təyin etməlidir:

a) xəsarətlərin mövcud olmasını və xarakterini;

b) xəsarətlərin törənmə müddətləri arasındakı fərqi;

v) aləti və xəsarətin yetirilmə üsulunun əlamətlərini (tibbi məlumatlara görə).

İşgəncə dedikdə isə sistematik olaraq döymə və ya başqa yollarla (dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə – çimdikləmək, kəsib-doğramaq, küt, iti, batıcı və s. alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə və buna oxşar digər hərəkətlərlə) fiziki və ya psixi iztirablar yetirilməsi başa düşülür.

Ekspert belə hallarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində hazırkı «Qaydalar»dakı uyğun bölmələrə əsaslanır.



III bölmə

Metodik göstərişlər

22. Məhkəmə-tibb eksperti sağlamlığa zərər vurmanın dərəcəsini təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizası keçirdikdə zərərçəkmişin özünü müayinə edir. Bu ekspertizanın ancaq tibbi sənədlər (stasionar xəstənin tibbi kartası, ambulator xəstənin tibbi kartası və s.) əsasında keçirilməsinə müstəsna hallarda yol verilir. Bu zaman təqdim edilmiş tibbi sənədlərdə xəsarətlərin xarakteri, klinik gedişi və digər hallar barədə müfəssəl məlumatlar olmalıdır.

23. Məhkəmə-tibb eksperti müayinə olunanın şəxsiyyətini onun pasportu və ya pasportu əvəz edən digər sənəd əsasında müəyyənləşdirir; xəsarətin yetirilmə şəraitini, şikayətləri və lazım olan başqa məlumatları müayinə olunanın özündən soruşur; iş materialları və tibbi sənədlərlə tanış olur. Bütün əldə olunmuş məlumatlar «Ekspert rəyi»nə (akta) qeyd edilir.

Qeyd: bəzi hallarda müayinə olunanın şəxsiyyətini təhqiqat və istintaq işçiləri də təsdiq edə bilər. Azyaşlıların müayinəsində müayinə olunanın fotoşəkli (iki ədəd) ekspertizaya təqdim olunmalıdır.

24. Məhkəmə-tibb eksperti lazımi tibbi sənədlər təqdim olunmadığı hallarda ekspertizanı təyin etmiş şəxsdən, yaxud orqandan ekspertizanın keçirilməsi üçün zəruri tibbi sənədlərin təqdim olunmasını tələb edir.

25. Məhkəmə-tibbi ekspertiza aparıldıqda ekspert tibbi sənədlərin əslindən istifadə etməlidir. Müstəsna hallarda tibbi sənədlərin surətlərindən və onlardan çıxarışdan istifadə etməyə yol verilir, bir şərtlə ki, həmin sənədlərdə xəsarətlərin xarakteri, klinik gedişi tam, mükəmməl əks olunsun. Həmin sənədlər həkimin imzası və tibb müəssisəsinin möhürü ilə təsdiq edilməlidir.

26. Zərurət olduqda, məhkəmə-tibb eksperti zərərçəkəni müayinə etməklə yanaşı, onu məsləhətlərin keçirilməsi, kliniki, laborator və instrumental müayinələrin aparılması üçün müalicə müəssisələrinə göndərə bilər. Məsləhətlər və müayinələr zamanı alınmış məlumatlar «Ekspert rəyi»ndə əks etdirilir və məhkəmə-tibb eksperti həmin məlumatlardan rəyin nəticə hissəsinin tərtib olunmasında istifadə edə bilər.



Qeyd: Səhiyyə müəssisələrinin rəhbərləri və həkimləri, məhkəmə-tibbi ekspertizanı aparan ekspertə klinik, laborator müayinələrin aparılmasında və məsləhətlərin keçirilməsində köməklik etməyə borcludurlar.

27. Məhkəmə-tibb eksperti sağlamlığa zərər vurma ilə əlaqədar xəstəliyin xarakterini və müddətini və yaxud funksiyasının pozulmasını qiymətləndirərkən tibbi sənədlərdəki məlumatlara tənqidi yanaşmalı, ekspertizanın gedişində müəyyən edilmiş obyektiv tibbi məlumatlara əsaslanmalıdır. Tibbi sənədlərdə xəstəliyin davam etmə müddəti travmanın xarakterinə uyğun gəlmirsə və obyektiv məlumatlarla təsdiq edilmirsə, ekspert öz nəticəsində həmin halı qeyd edərək, əldə olunmuş obyektiv məlumatlara əsasən sağlamlığa zərər vurmanın dərəcəsini təyin edir.

28. Xəsarət yetirildikdən sonra əvvəlki xəstəliklərin kəskinləşməsi, eləcə də xəsarətlərin təsadüfən baş vermiş digər nəticələri, orqanizmin fərdi xüsusiyyətləri, tibbi yardım göstərilərkən yol verilmiş qüsurlar (defektlər) və s. nəticəsində əmələ gəlmiş hallar özlüyündə sağlamlığa zərər vurmanın dərəcəsini dəyişməyə əsas verməməlidir.

Belə hallarda məhkəmə-tibb eksperti öz rəyində baş vermiş ağırlaşma və yaxud ağırlaşmanın xarakterini göstərməklə onların mövcud xəsarət ilə hansı səbəbli əlaqədə olmasını qeyd etməyə borcludur.

29. Xəsarət yetirildikdən sonra göstərilən tibbi yardımın qüsurları nəticəsində xəstənin vəziyyətinin ağırlaşması müvafiq ixtisasdan olan mütəxəssislərin iştirakı ilə müəyyən edilir və sağlamlığa zərər vurmanın dərəcəsinin artırılmasına əsas vermir. Belə hadisələrdə məhkəmə-tibb ekspertləri baş vermiş ağırlaşmanın, yaxud fəsadın xarakterini göstərməli, həmçinin onların xəsarətlərlə, yaxud göstərilən tibbi yardımın qüsurları ilə hansı səbəbli əlaqədə olmasını ekspert rəyində qeyd etməlidirlər.

30. Cərrahi müdaxilələr, yaxud müasir mürəkkəb diaqnostika metodları icra olunarkən yol verilmiş qüsurlar nəticəsində fəsadların baş verməsi sağlamlığa zərər vurma kimi qiymətləndirilir. Belə hadisələrdə sağlamlığa zərər vurmanın dərəcəsi bu «Qaydalar»ın müddəalarına əsasən təyin edilir. Tibbi müdaxilələr zamanı yol verilmiş qüsurların təyini komission qaydada həyata keçirilir. Cərrahi müdaxilələr, yaxud müasir, mürəkkəb diaqnostika metodları qüsursuz icra olunarkən baş verən fəsadlar xəstənin ağır vəziyyəti, xəstənin reaksiyasının gözlənilməz xüsusiyyətləri və s. ilə əlaqədar olduğu hallarda sağlamlığa zərər vurma dərəcəsinin məhkəmə-tibbi ekspertizası aparılmır.

31. Bədənin sağlam cüt hissəsinin və ya cüt üzvünün zədələnmələrində eyni adlı cüt hissənin və ya eyni adlı digər cüt üzvün pozulmuş funksiyası nəzərə alınmadan, ancaq yetirilmiş travmanın nəticəsi qiymətləndirilməlidir.

32. Ölüm hallarında xəsarət aşkar edilərsə məhkəmə-tibb eksperti öz nəticəsində digər sualları həll etməklə yanaşı aşağıdakıları göstərməli və əsaslandırmalıdır:

a) ölümün səbəbini;

b) xəsarətlə ölüm arasında səbəbli əlaqənin olub-olmamasını.

Əgər ekspertiza təyin edilməsi barədə qərarda sağlamlığa zərər vurmaya dair sual qoyulmuşsa, məhkəmə-tibb eksperti meyitdə sağlamlığa ağır, az ağır və yüngül zərər vurmanın əlamətlərinin olub-olmamasını göstərir.

Məhkəmə-tibb eksperti ölümlə xəsarətin səbəbli əlaqəsini təyin etdikdə, xəsarətləri şərtsiz (mütləq) və şərti (nisbi) ölümcül kimi xarakterizə etməməlidir. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsində belə bölgü yoxdur.

33. Sağlamlığa zərər vurmaya dair ekspertiza keçirildikdə «Ekspert rəyi»ndə (aktda) aşağıdakılar mütləq əks olunmalıdır:

1) tibbi nöqteyi-nəzərdən xəsarətlərin xarakteri (sıyrıq, qançır, yara, sınıq və s.), onların yerləşdikləri nahiyələr (lokalizasiyaları) və morfoloji xüsusiyyətləri;

2) xəsarət yetirə biləcək alət və ya vasitənin növü;

3) xəsarətlərin əmələ gəlmə mexanizmi;

4) xəsarətlərin yetirilmə müddəti;

5) qiymətləndirici əlamətlər – həyat üçün təhlükəlilik, sağlamlığın pozulması, əmək qabiliyyətinin dayanıqlı itirilməsi və s. göstərilməklə sağlamlığa zərər vurmanın dərəcəsi.



Qeyd: a) əgər ekspert zərəkçəkənin müayinəsində xəsarətlərin müxtəlif törənmə mənşələrini aşkar edirsə, onların hər birinin nə ilə və hansı vasitə ilə törənməsini göstərməlidir;

b) əgər xəsarətlərin müxtəlif törənmə müddətləri aşkar edilirsə, onların dəfələrlə (təkrar) yetirilməsi qeyd edilməklə, törənmə müddətləri və sağlamlığa zərər vurmanın dərəcələri ayrı-ayrılıqda göstərilməlidir.

34. «Ekspert rəyi»nin (aktın) nəticə hissəsi ekspertiza keçirilərkən aşkar edilmiş məlumatların analizinin nəticəsidir. Bu, ətraflı və elmi əsaslandırılmalıdır.

Sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində təxmini fikir yürütməklə ilkin nəticəyə gəlmək yolverilməzdir.

35. Obyektiv məlumatlarla xəsarətin həyat üçün təhlükəli olması təyin edilirsə və yaxud həyat üçün təhlükəli olmayan xəsarətin gedişi şübhə doğurmursa, məhkəmə-tibb eksperti sağlamlığa zərər vurmanın dərəcəsini onun aqibətini gözləmədən müəyyən etməlidir.

36. Aşağıdakı hallarda məhkəmə-tibb eksperti sağlamlığa zərər vurmanın dərəcəsini təyin etməyə tələsməyib gözləməlidir:

1) klinik şəklin aydın olmaması və ya zərərçəkənin ekspertizanı kifayət edəcək dərəcədə klinik laborator müayinələrdən keçirilməməsi;

2) həyat üçün təhlükəli olmayan xəsarətlərin nəticəsi aydın olmadıqda;

3) müayinə olunanın əlavə müayinədən imtina etməsi və yaxud təkrar müayinəyə gəlməməsi, əgər bunlar xəsarətin xüsusiyyətini, klinik gedişini və nəticəsini düzgün qiymətləndirməyə imkan vermirsə;

4) sağlamlığa zərər vurmanın dərəcəsinin və xarakterinin aydınlaşdırılmasında lazım olan tibbi sənədlərin, o cümlədən əlavə müayinələrin nəticələrinin olmaması.

Belə hallarda məhkəmə-tibb eksperti rəyin nəticə hissəsində sağlamlığa zərər vurmanın dərəcəsini təyin edə bilməməsi səbəbini şərh edir, bu sualın həlli üçün hansı sənəd və məlumatların (tibbi sənədlər, əlavə müayinələrin nəticələri və s.) zəruri olmasını göstərməklə təkrar müayinənin vaxtını təyin edir.

Qeyd: sağlamlığa zərər vurmanın dərəcəsinin təyin edilməsinin mümkün olmamasını əsaslı izah etmək, eksperti digər sualları hazırkı «Qaydalar» əsasında həll etməkdən azad etmir.

37. «Ekspert rəyi» ekspertizanı təyin etmiş şəxsə və yaxud onun göstərişinə əsasən səlahiyyətli nümayəndəyə təqdim edilir. Prokurorluq orqanlarının, DİN, məhkəmənin yazılı tapşırıqlarına (təliqə, göndəriş) əsasən tərtib olunmuş «məhkəmə-tibbi müayinə aktları» tələb olunmadıqda, tərtib olunduqdan bir ay sonra aidiyyəti üzrə nəzarətedici orqanlara məlumat verilir.

Müayinə olunan şəxsə tibbi sənəd prokurorluq, DİN və məhkəmənin yazılı icazəsindən sonra təqdim edilə bilər.

«Ekspert rəyi»nin (aktın) çıxarışla və yaxud başqa sənədlə əvəz edilməsi qadağandır.



Hazırkı «Qaydalar»ın Azərbaycan Respublikasının ərazisində istifadə edilməsi məcburidir.

«Məhkəmə-tibbi ekspertiza
və patoloji anatomiya» ETT


Birliyinin Baş direktoru

professor Ş.Musayev

Müalicə-Profilaktika

Baş İdarəsinin rəisi

Ş.Baxşəliyeva


 

  

 
Yüklə 171,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin