Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə192/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   188   189   190   191   192   193   194   195   ...   541
III.

Hüquqlar

19. 


Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin aşağıdakı hüquqları 

vardır: 


19.1.  müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq müstəqil surətdə 

diaqnoz qoymaq, xəstəyə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi taktikasını 

müəyyən etmək; 

19.2.  zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

19.3.  əhaliyə   təcili   və   təxirəsalınmaz   tibbi   yardımın   təşkilinin 

təkmilləşdirilməsi,       özünün   əmək   fəaliyyətinin   təşkilinin   və   şərtlərinin 

yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; 

19.4.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək,   sərəncamlar   vermək   və   onlardan   dəqiq   icra   tələb   etmək,   onların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək;

19.5.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

19.6.  öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

və müşavirələrdə iştirak etmək;

19.7.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

20. 

Təcili   və   təxirəsalınmaz   tibbi   yardım   üzrə   həkim   Azərbaycan 



Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə 

edir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin