Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
TİBB MÜƏSSİSƏLƏRİNDƏ ÇALIŞAN
TİBB, ƏCZAÇILIQ VƏ DİGƏR İXTİSASLAR ÜZRƏ
İŞÇİLƏRİN NÜMUNƏVİ VƏZİFƏ TƏLİMATLARI
I.
BÖLMƏ: MÜƏSSİSƏ RƏHBƏRLƏRİ VƏ ONLARIN MÜAVİNLƏRİ
Tibb müəssisəsinin rəhbərinin nümunəvi
(baş direktor, direktor, baş həkim, rəis) vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı tibb müəssisəsinin rəhbərinin (baş direktor, direktor,
baş həkim, rəis) vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.
2.
Tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və
direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il
iş stajı olan şəxs təyin edilir.
3.
Tibb müəssisəsinin rəhbəri Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə əsasən yuxarı səhiyyə idarəetmə orqanının və ya tabelikdən asılı
olaraq yuxarı idarəetmə orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Tibb müəssisəsinin rəhbəri aşağıdakıları bilməlidir:
4.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları;
4.2. sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını;
4.3. səhiyyədə əməyin idarə edilməsi və təşkili sistemini;
4.4. tibb müəssisələrinin təsərüffat və maliyyə fəaliyyətinin təşkilini;
4.5. əhalinin sağlamlıq vəziyyətinin statistikasını və əhalinin sağlamlıq
vəziyyətini xarakterizə edən meyar və göstəriciləri;
4.6. tibbi-sosial ekspertizanın təşkilini;
4.7. müvafiq sahə üzrə xəstələrin sosial və tibbi reabilitasiyasının təşkilini;
4.8. etik davranış qaydalarının, tibbi etikanın, əmək qanunvericiliyinin
əsaslarını;
4.9. idarəetmənin əsaslarını, mülki və əmək müqavilələrinin bağlanması və
icrası üsullarını;
4.10. tibbi sığortanın əsaslarını;
4.11. dərman təchizatının təşkilini;
4.11. əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları.
1