Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə2/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   2   3   4   5   6   7   8   9   ...   541
II. Vəzifə öhdəlikləri

5. 


Tibb müəssisənin rəhbəri aşağıdakı öhdəlikləri yerinə yetirir:

5.1.  müəssisənin   fəaliyyətinə   rəhbərliyi   həyata   keçirir,   əhaliyə   keyfiyyətli 

müvafiq   sahə   üzrə   tibbi   xidmət   göstərilməsini,   inzibati-təsərrüfat   və   maliyyə 

fəaliyyətini təşkil edir;

5.2.   müəssisənin fəaliyyətinin təhlilini həyata keçirir və onun əsasında   işin 

forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görür;

5.3.  müvafiq   sahə   üzrə   müasir     diaqnostika,   müalicə   və     profilaktika 

metodlarının tətbiqini təmin edir;

5.4.  digər   müalicə-profilaktika   müəssisələri   arasında   əhalinin   müayinə   və 

müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin edir;

5.7.  müəssisənin struktur bölmələri üzrə  planlı və növbədən kənar yoxlamaları, 

müəssisənin   fəaliyyəti   ilə   bağlı   məsələlərin       müzakirəsini   aparır,   tibbi   yardımın 

təşkilində   aşkar   olunmuş   nöqsanların   aradan   qaldırılması   üçün   tədbirləri   həyata 

keçirir;


5.6.  müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını  təsdiq edir;

5.8.  kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini 

təmin edir;

5.9.  müəssisənin

 

təşkilati-idarəetmə



 

strukturunu,

 

fəaliyyətin 



planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirir;

5.10.  kadrların   seçilməsi,   onların   ixtisaslarına   uyğun   yerləşdirilməsi   və 

istifadəsini həyata keçirir, onların peşə ixtisaslarının artırılması üçün şərait yaradır;

5.11. işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə 

tədbirlər görür;

5.12.  qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir; 

5.13.  daxili   intizam,   əməyin   mühafizəsi   üzrə,   cihaz,   avadanlıq,   alətlər   və 

mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət edir;

5.14.  müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə  əlaqələndirir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin