Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə469/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   465   466   467   468   469   470   471   472   ...   541
Dispetçerin nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

400



1. 

Bu   vəzifə   təlimatı   dispetçerin   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 


Dispetçer vəzifəsinə, iş stajına tələb qoyulmadan,  müvafiq sahə üzrə orta 

ixtisas, eyni zamanda orta tibb təhsili  olan şəxstəyin edilir. 

3. 

Dispetçer   Azərbaycan   Respublikasının   qüvvədə   olan   qanunvericiliyinə 



uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin  və vəzifədən azad edilir.

4. 


Dispetçer   bilavasitə   öz   struktur   bölməsinin   rəhbərinə,   onun   olmadığı 

halda isə müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.

5. 

Dispetçer aşağıdakıları bilməlidir:



5.1.  Azərbaycan Respublikasının Konstitusiyasını;

5.2.  yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini;

5.3.  istehsalatın operativ idarə olunması və planlaşdırılması haqqında metodik, 

normativ və digər materialları;

5.4.   idarə və təşkilatlarda dispetçer (əlaqələndirmə) işinin təşkilini;

5.5.   müəssisənin və onun bölmələrinin istehsal güclərini;

5.6.   idarə, müəssisə və təşkilatların bölmələrinin ixtisaslaşmasını və onların 

arasında istehsal əlaqələrini;

5.7.   müəssisədə   istehsal   anbarlarının   işini,   nəqliyyat  və   yükləmə-boşaltma 

işinin təşkilini;

5.8.  idarə,  müəssisə  və   təşkilatlarda   məhsulun   istehsal   texnologiyasının 

əsaslarını;

5.9.  idarə, müəssisə və təşkilatların məhsuluna qoyulan texniki tələbləri;

5.10.  istehsalın gedişinin tənzimlənməsi və operativ uçotunun təşkili texnikasını 

və mexanikləşdirmə vasitələrini;

5.11.  iqtisadiyyatın, əməyin təşkilinin əsaslarını;

5.12.  istehsalatın və idarəetmənin təşkilini;

5.13.  əməyin   mühafizəsi,   təhlükəsizlik   texnikası,   istehsalat   sanitariyası   və 

yanğından mühafizənin norma və qaydalarını bilməlidir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   465   466   467   468   469   470   471   472   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin