II.
Vəzifə öhdəlikləri
6.
Xəzinədar pul vəsaitlərinin və qiymətli kağızların, onların mühafizəsi
qaydalarına mütləq riayət edilməklə, qəbulu, verilməsi, uçotu və saxlanılması üzrə
əməliyyatları həyata keçirir.
7.
İşçilərə əmək haqqı, mükafatlar, ezamiyyət ödənişləri və digər xərclərin
verilməsi üçün bank müəssisələrində müəyyən edilmiş qaydalara uyğun olaraq
rəsmiləşdirilmiş sənədlər üzrə pul vəsaitlərini və qiymətli kağızları alır.
8.
Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparır, nağd pul
vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurur.
9.
Yeniləri ilə əvəz edilməsi məqsədi ilə bank müəssisəsinə verilmək üçün
köhnə kupyuraların, eləcə də müvafiq sənədlərin siyahısını tərtib edir.
10.
Müəyyən edilmiş qaydalara uyğun olaraq pul vəsaitlərini inkassatora
təhvil verir.
11. Xəzinə hesabatlarını tərtib edir.
Dostları ilə paylaş: |