Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Kollegiyasının “01” iyul 2013-cü il tarixli,
25 nömrəli qərarı ilə təsdiq edilmişdir
4 nömrəli əlavə
Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra
ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün
müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış,
diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması
üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmətin göstərilməsi
xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən
tibb və əczaçılıq işçilərinin işə qəbul edilməsi üçün müraciətin və sənədlərin
qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin
sağlamlığının
qorunması
haqqında”
Azərbaycan
Respublikası Qanununun 46-cı maddəsinin beşinci hissəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar
tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və
əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə
məşğul olmağa buraxılması Qaydası”nın birinci hissəsi;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr
tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin
Siyahısı”nın 14.10-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət
qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 1(bir) ay.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Xarici ölkələrdə ali və
orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq
işçilərinin müvafiq fəaliyyətlə məşğul olmaq üçün müraciətlərinin və sənədlərinin
elektron formada qəbul ediməsi və müraciət etmiş şəxsə Nazirlik tərəfindən
Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa
buraxılması barədə şəhadətnamə verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.health.gov.az
;
http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı:
http://www.health.gov.az
; http://www.e-gov.az
Elektron poçt:
office@e-health.gov.az
Telefon: 012 431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və
onların təqdim olunma forması:
2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət
orqanlarının informasiya ehtiyatında olduqda:
2.6.1.1. istifadəçi Azərbaycan Respublikası vətəndaşıdırsa – Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu.
2.6.1.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər üçün – onlara verilən şəxsiyyət vəsiqəsinin və ya Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nömrəsi və pin
kodu;
2.6.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nömrəsi və
pin kodu;
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və
sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda:
2.6.2.1. xarici tibb və ya əczaçılıq təhsili müəssisəsinin diplomunun, yaxud
onu əvəz edən sənədin, diploma əlavənin elektron formada surəti;
2.6.2.2. olduğu halda diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və
ya təkmilləşdirmə barədə aldığı praktiki və elmi dərəcəsi barədə sənədin elektron
formada surəti;
2.6.2.3. olduğu halda iş fəaliyyətini dəqiqləşdirən sənədin elektron formada
surəti;
Qeyd: xarici ölkələrdə alınmış sənədlər Azərbaycan dilinə tərcümə və
notarial qaydada təsdiq edilməklə təqdim olunmalıdır.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.3. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi, elektron xidmətin təqdim
edildiyi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin
2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə
yükləyir.
3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün
qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron
poçtuna dərhal bildiriş göndərilir.
3.4. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin
2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və ya təqdim
olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən
imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət
növünə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul
edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs
haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-
cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın
aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması
üçün Nazirliyin Kadrlar, elm və təhsil şöbəsinə ünvanlanır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti
və/və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. İstifadəçi Nazirliyə müraciət edilməsi üçün müraciət forması
doldurulub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə
göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə
istifadəçiyə bildiriş göndərilir.
3.3.2.2. Avtomatik rejimdə müraciət Nazirliyinin Kadrlar, elm və təhsil
şöbəsinin proqramına daxil olur.
3.3.2.3. Nazirliyin Kadrlar, elm və təhsil şöbəsi proqram təminatına düşmüş
müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır və 1 ay
müddətində təqdim olunan sənədlərə əsasən istifadəçinin Azərbaycan
Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa
buraxılıb-buraxılmaması barədə qərar qəbul edir və nəticəsi barədə istifadəçinin
qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına bildiriş göndərilir.
3.3.2.4. Bundan sonra həmin qərara əsasən Azərbaycan Respublikasında tibb
və
əczaçılıq
fəaliyyəti
ilə
məşğul
olmağa
buraxılması
barədə
şəhadətnamə rəsmiləşdirilərək birbaşa istifadəçiyə göndərilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında
məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi
qaydası: Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan
qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar
edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Qeyd
olunan çatışmamazlıqlar istifadəçi tərəfindən 5 gün müddətində aradan qaldırılır.
Təkrar sorğu ilə müraciət edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar
qəbul edilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət
forması: Kargüzarlıq,
daxil
olan
müraciətlərin
avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27
sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti
orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair
Təlimat”la müəyyən edilmiş qaydada. Elektron xidmətin yerinə yetirilməsinə
nəzarəti Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi
elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə
bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan
informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız
üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-
ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki
şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi
yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında”
Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində
baxılır.
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin “Xarici ölkələrdə ali və orta
ixtisas təhsili almış, diplomdan sonra
ixtisaslaşma keçən tibb və əczaçılıq
işçilərinin işə buraxılması Komissiyası”na
.
ünvanında
yaşayan
tərəfindən
(ASA)
Ərizə
_____________(ölkənin adı) aldığım ixtisası üzrə tibb
fəaliyyəti ilə məşğul olmağa icazə verməyinizi xahiş edirəm.
___________________ (ASA)
imza
Dostları ilə paylaş: |