Kredit No. 4210-az marağı İfadə Edən sənədin təqdim edilməsinə dair Dəvətnamə



Yüklə 12,81 Kb.
tarix07.03.2017
ölçüsü12,81 Kb.
#10492
Azərbaycan Respublikası

Azərbaycan Səhiyyə Sektorunda İslahatlar Layihəsi (HSRP)

Kredit No. 4210-AZ

Marağı İfadə Edən sənədin təqdim edilməsinə dair Dəvətnamə


YOLUXUCU XƏSTƏLİKLƏR ÜZRƏ MÜASİR EPİDEMİOLOJİ MÜŞAHİDƏ VƏ NƏZARƏT SİSTEMİ VƏ MÜŞAHİDƏ STANDARTLARININ HAZIRLANMASI VƏ TƏLİMLƏRİN KEÇİRİLMƏSİ
Təkliflərin Verilməsinə dair bu Dəvətnamə 2006-cı il Noyabrın 30-da “Development Business” jurnalının 691 nömrəli buraxılışında dərc olunmuş Layihə üzrə Ümumi Satınalma Elanının davamı olaraq irəli sürülür.
Azərbaycan Respublikası Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (HSRP) maliyyələşdirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (İDA) Kredit almışdır və həmin məbləğin bir hissəsini sözügedən layihə çərçivəsində “Yoluxucu Xəstəliklər Üzrə Müasir Epidemioloji Müşahidə Və Nəzarət Sistemi Və Müşahidə Standartlarının Hazırlanması Və Təlimlərin Keçirilməsi” xidmətli ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə istifadə etmək niyyətindədir. (Müqavilə No. SSİL/Surveillance System/CS/QCBS/5.04).

Xidmətə “Yoluxucu Xəstəliklər Üzrə Müasir Epidemioloji Müşahidə Və Nəzarət Sistemi Və Müşahidə Standartlarının Hazırlanması Və Təlimlərin Keçirilməsi” üzrə texniki dəstəyin həyata keçirilməsi daxildir. Tapşırığın əsas məqsədləri aşağıdakılardır:



  • müasir müşahidə sisteminin inkışafında Səhiyyə Nazirliyinin rolunun gücləndirilməsi ;

  • Yoluxucu xəstəliklər üzrə müşahidə standartlarının (qaydalar/protokollar) inkişaf etdirilməsi yolu ilə Sanitar Epidemioloji sistemin rolunun gücləndirilməsi;

  • Müvafiq tibb işçilərinin (epidemioloqlar, laboratoriya işçiləri) yoluxucu xəstəliklər üzrə tərtib edilmiş müşahidə standartlarına uyğun təlimatlandırılması.

Tapşırığın tamamlanması üçün gözlənilən nəticələr aşağıdakılardır:


1: Yoluxucu xəstəliklər üzrə mövcud müşahidə sisteminin Beynəlxalq tibbi-sanitar qaydalarının tələblərinə uyğun yeniləşdirilməsi:

- Beynəlxalq Sanitar Qaydalarının 14 iyun 2009-cu ilə qədər tətbiq edilməsinə yönəldilmiş Milli Fəaliyyət Planının hazırlanması;

- Yoluxucu xəstəliklər üzrə müşahidə sisteminə dair Milli strategiyanın hazırlanması üçün icra planının tərtibi;
2: Yoluxucu xəstəliklərin epidemioloji müşahidə standartlarına (qaydalar /protokollar) dair Milli Rəhbərliyin işlənib hazırlaması
3: Yoluxucu xəstəliklər üzrə müşahidə və nəzarət üçün laboratoriya təlimatı
4: Tibb işçiləri üçün təlimlər
Tapşırığın müddəti 24 aydır.
Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Layihənin İcra Qrupu (LİQ) hazırda ilkin tələblərə cavab verən fərdi məsləhətçiləri qeyd olunmuş xidmətləri təmin etməkdə maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan məsləhətçilər həmin xidmətlərin təmin olunması üçün tələb olunan bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı (kitabçalar, oxşar tapşırıqların təsviri, oxşar şəraitlərdə iş təcrübəsi, müvafiq bacarıqların mövcudluğu və s.) təqdim etməlidirlər. Məsləhətçilər öz ixtisas bacarıqlarını artırmaq məqsədilə birləşə bilərlər.

Məsləhətçi “Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” (May, 2004-cü il) təlimatında təqdim edilən Qiymət və Keyfiyyət əsasında seçim metoduna əsasən seçiləcək.

Marağı İfadə edən Sənədin təqdim olunması üçün qeyd olunmuş son tarixə qədər maraqlı olan məsləhətçilər iş günləri saat 10-dan 18-ə qədər aşağıdakı ünvanda əlavə məlumat əldə edə bilərlər.

Marağı İfadə edən Sənəd 2008-ci ilin 03 dekabr tarixinə (saat 17:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.


Səhiyyə Nazirliyi nəzdində Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, AZ1122, AZƏRBAYCAN

Tel: +994-12-431-6121



Faks: +994-12-431-1937

Elektron ünvan: f.mehdiyev@hsrp.az
Yüklə 12,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin