Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   2   3   4   5   6   7   8   9   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Hərbi rütbələr 
 
8.  Hər  bir  hərbi  qulluqçuya  Azərbaycan  Respublikası  qanunvericiliyində 
müəyyən edilmiş qaydalara əsasən hərbi rütbə verilir. 
Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindəki  hərbi  rütbələrin  siyahısı  bu 
nizamnamənin 1 saylı əlavəsində verilib. 
 
Rəislər və tabe olanlar, böyüklər və kiçiklər 
 
9. Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə 
münasibətdə rəis və yaxud tabe olandır. 
Rəislər  tabelikdə  olanlara  əmr  vermək  hüququna  malikdirlər  və  verdikləri 
əmrlərin  yerinə  yetirilməsini  yoxlamalıdırlar.  Tabelikdə  olanlar  rəislərinə  sözsüz  tabe 
olmağa borcludurlar. 
10.  Xidmət  üzrə  hərbi  qulluqçuların  müvəqqəti  də  olsa,  tabe  olduqları  rəislər 
birbaşa rəislər sayılırlar. 
Tabelikdə olana ən yaxın birbaşa rəis bilavasitə rəis adlanır. 
11.  Həqiqi  hərbi  xidmətdə  olan  aşağıdakı  hərbi  rütbəli  qulluqçular  rəis  hesab 
olunurlar: 
generallar,  admirallar,  polkovniklər  və  1-ci  dərəcəli  kapitanlar  —  bütün  kiçik 
zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar üçün;  
polkovnik-leytenant,  2-ci  dərəcəli  kapitan  mayor  və  3-cü  dərəcəli  kapitan 
rütbələrində  olan  böyük  zabitlər  —  bütün  gizirlər,  miçmanlar,  çavuşlar,  əsgərlər  və 
matroslar üçün;  
bütün kiçik zabitlər — bütün çavuşlar, əsgərlər və matroslar üçün;  
gizirlər  və  miçmanlar  —  xidmət  etdikləri  hərbi  hissənin  çavuşları,  əsgərləri  və 
matrosları üçün;  
çavuşlar — xidmət etdikləri hərbi hissənin əsgərləri və çavuşları üçün.  
12.  Hərbi  qulluqçular  tutduqları  vəzifəyə  və  rütbələrinə  görə  bir-biri  ilə 
münasibətdə (10-11-ci maddələr) rəis və ya tabe olan deyillərsə, böyük və ya kiçik ola 
bilərlər. 
Böyüklük hərbi qulluqçuların hərbi rütbəsi ilə müəyyən edilir. 
Hərbi  rütbəsi  böyük  olanlar  hərbi  rütbəsi  kiçik  olanlara  irad  tutmaq  hüququna 
malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna, geyim formasına, həmçinin 
davranış  və  salamlaşma  qaydalarına  riayət  etmələrini  tələb  etmək  hüququna 
malikdirlər. 


Rütbəcə kiçiklər böyüklərin bu tələblərini sözsüz yerinə yetirməlidirlər. 
13.  Bir-birinə  tabe  olmayan  və  birgə  xidmət  edən  hərbi  qulluqçuların  bir-birinə 
xidməti münasibətləri onların komandiri (rəisi) tərəfindən müəyyən edilməmişsə, onda 
daha böyük vəzifəli, vəzifələri eyni olduqda isə daha böyük rütbəli hərbi qulluqçu rəis 
hesab olunur. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin