Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə1/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
  1   2   3   4   5   6   7   8   9   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]



Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq 
edilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi təsdiq 
edilsin və 1995-ci il yanvarın 1-dən qüvvəyə minsin. 
 
Azərbaycan Respublikasının Prezidenti   Heydər ƏLİYEV 
Bakı şəhəri, 23 sentyabr 1994-cü il 
    № 887 
 
 
 
Azərbaycan Respublikasının 1994-cü il 23 
sentyabr tarixli, 887 saylı Qanunu ilə 
TƏSDİQ EDİLMİŞDİR
 
 
 
Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət  
 
N İ Z A M N A M Ə S İ  
 
Bu Nizamnamə Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının 
ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri, alayda (briqadada) və 
onun  bölmələrində  daxili  qayda-qanunları  və  həmçinin  əsas  vəzifəli  şəxslərin  xidmət 
vəzifələrini  müəyyənləşdirir.  Nizamnamədə  göstərilməyən  vəzifəli  şəxslərin  xidmət 
vəzifələri müvafiq əsasnamələr və təlimatlarla müəyyənləşdirilir. 
Bu  Nizamnamələrin  müddəaları,  o  cümlədən  alayın  (briqadanın)  və  onun 
bölmələrinin  vəzifəli  şəxslərinin  xidməti  vəzifələri  eyni  dərəcədə  Azərbaycan 
Respublikası  Silahlı  Qüvvələrinin  və  Azərbaycan  Respublikası  qanunvericiliyində 
nəzərdə  tutulmuş  digər  qoşunların  bütün  hərbi  hissələrinin,  gəmilərinin  və 
bölmələrinin hərbi qulluqçularına da aiddir. 
Hərbi  gəmilər  üçün  daxili  xidmət  və  vəzifəli  şəxslərin  xidməti  vəzifələri  əlavə 
olaraq Hərbi Dəniz Qüvvələrinin Gəmi nizamnaməsi ilə müəyyənləşdirilir. 
Daxili xidmət nizamnaməsini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi 
hissələri  və  bölmələri  ilə  bərabər,  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin 
qərargahları, idarələri, müəssisələri və hərbi məktəbləri (bundan sonra «hərbi hissələr» 
adlandırılacaqdır) də rəhbər tuturlar. 
Təlimlərdə  və  hərbi  qulluqçulara  döyüşdə  hərəkətetmə  qaydalarını  öyrətmək 
məşğələlərində, eləcə də müharibə dövründə döyüş əməliyyatları zamanı daxili xidmət 
bu Nizamnamə ilə yanaşı, döyüş nizamnamələri və təlimatlarla müəyyən edilir. 


 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin