bölüyün şəxsi heyətinin qəhrəmanlıq, igidlik nümunələrini və nəcib hərəkətlərini geniş
yaymaq;
hərbi qulluqçularda Vətənimizin düşmənlərinə nifrət, hər hansı şəraitində, nəyin
bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə
daim hazır olmaq
hissini tərbiyə etmək;
şəxsi heyətdə öz borcunu qüsursuz yerinə yetirmək, dövlət sirrini ciddi saxlamaq
şüurunu tərbiyə etmək;
bölükdə hər bir əsgəri, çavuşu, giziri və zabiti tanımaq, onların işgüzar, ictimai-
siyasi və mənəvi keyfiyyətlərini, ehtiyaclarını, əhvali-ruhiyyəsini, ailə vəziyyətini
bilmək və buna uyğun olaraq hər bir hərbi qulluqçu ilə ictimai-siyasi və tərbiyə işi
aparmaq;
bölük zabitlərinin, gizirlərinin və çavuşlarının ictimai-siyasi və tərbiyə işlərinə
rəhbərlik etmək, tabelikdə olanların tərbiyəsində və hərbi kollektivin formalaşmasında
onlara gündəlik yardım göstərmək;
ictimai-siyasi məşğələlərə rəhbərlik etmək və onların ideya məzmununun
yüksəlməsinə qayğı göstərmək, ictimai-siyasi qrup rəhbərlərinə və onların
köməkçilərinə məşğələlərin hazırlanmasında və keçirilməsində sistematik kömək
göstərmək, qruplardan birində şəxsən ictimai-siyasi məşğələ aparmaq, bölükdə ictimai-
siyasi informasiyanı təşkil etmək və keçirmək;
əsgərlər və çavuşlar arasında mədəni-kütləvi və idman işini təşkil etmək və
keçirmək, ictimai-siyasi-maarif işinə və bölük bədii özfəaliyyətinə rəhbərlik etmək;
əsgərlər və çavuşlarla ictimai-siyasi və tərbiyə işində televiziyadan, radiodan,
bədii ədəbiyyatın ən yaxşı əsərlərindən, dövri mətbuat materiallarından geniş istifadə
etmək; şəxsi heyətin qəzet və jurnallarla vaxtında təmin edilməsinə dair tədbirlər
keçirmək; ictimai-siyasi-maarif əmlakının düzgün istifadə edilməsini, qorunub
saxlanmasını təşkil etmək;
bölmə fəallarının seçilməsini, yerləşdirilməsini, tərbiyəsini və öyrədilməsini təşkil
etmək; bölük divar qəzetinin redaksiya heyətinin və döyüş vərəqələri redaktorlarının
işinə gündəlik rəhbərlik etmək;
tabelikdə olanların maddi-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı göstərmək,
hərbi qulluqçuların onlara düşən təminatın vaxtında və tam norma ilə almalarına ciddi
diqqət yetirmək, şəxsi heyətin ərizə və şikayətlərinə diqqət və qayğıkeşliklə yanaşmaq;
sutkalıq naryada təyin edilmiş şəxsi heyətlə ictimai-siyasi iş aparmaq;
bölük komandirinə və tabor (alay, briqada) komandirinin şəxsi heyətlə tərbiyə işi
üzrə müavininə şəxsi heyətin ictimai-siyasi və mənəvi vəziyyəti, keçirilmiş ictimai-
siyasi tədbirlər, ictimai-siyasi və tərbiyə işlərinin vəziyyəti haqqında vaxtında məlumat
vermək;
hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsəmək
və daim döyüşə hazır saxlamaq, hərbi və xalq əmlakını qoruyub saxlamaq üçün şəxsi
məsuliyyət hissi tərbiyə etmək, şəxsi heyəti təhlükəsizlik tədbirlərinə riayət etməyə
səfərbər etmək;
şəxsi heyətin hərbi-vətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının
milli-tarixi ənənələri ruhunda tərbiyəsi məqsədi ilə bölükdə ictimai siyasi hazırlığı,
habelə kütləvi təbliğat, təşviqat və mədəni-maarif işlərini, həmçinin rəsmi
məlumatların vaxtında çatdırılmasını təşkil etmək və aparmaq.
Dostları ilə paylaş: