Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə56/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   52   53   54   55   56   57   58   59   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Tədris məşğələləri 
 
195.  Tədris  məşğələlərində  və  təlimlərdə  alayın  (briqadanın)  bütün  şəxsi  heyəti 
iştirak etməlidir. Məşğələlərdən yalnız alay (briqada) üzrə verilən əmrə və sərəncama 
əsasən xidmət naryadında olanlar azad edilirlər. 
Xəstə olduqlarına görə bayır məşğələlərindən azad olunmuş əsgər və çavuşlarla 
bölük komandirinin və ya başçavuşunun sərəncamı ilə sinif məşğələsi təşkil olunur. 
196.  Məşğələlər  günün  nizam  qaydaları  ilə  müəyyən  edilmiş  saatlarda  siqnalla 
başlayır və qurtarır. 
Məşğələlərə  getməzdən  əvvəl  manqa  komandirləri  və  taqım  komandiri 
müavinləri tabeliklərində olanların formaya uyğun geyindiklərini, ləvazimatı düzgün 
uyğunlaşdırmalarını və silahlarının dolu olmamasını yoxlayırlar. 
Məşğələlər, atışlar və təlimlər qurtardıqdan sonra bölmə komandirləri silahların, 
döyüş maşınlarının və digər maşınların yerində olmasını və komplektliliyini, həmçinin 
atıcı silahların, hərbi sursatın və tədris cihazlarının sayını şəxsən yoxlayırlar. Silahlar və 
patron  maqazinləri  çantasını  manqa  komandirləri  yoxlayırlar.  Yoxlamanın  nəticələri 
haqqında komanda üzrə məlumat verilir. 
İstifadə  olunmamış  döyüş  sursatı  və  gilizlər  müəyyən  edilmiş  qaydada  təhvil 
verilir. 
Məşğələlər,  atışlar  və  təlimlər  qurtardıqdan  sonra  silahlar  və  qazıma  alətləri 
təmizlənir, maşınlara texniki xidmət edilir. 
197.  Alay  (briqada)  üzrə  verilən  əmrlə  müəyyən  edilmiş  günlərdə  bölmələrin 
məşğələlərə getməsi və qayıtması orkestr ilə müşayiət edilir. 
198. Alayda (briqadada) hər həftə silahlara, döyüş texnikasına və digər texnikaya, 
döyüş sursatına xidmət etmək məqsədilə parkları və maddi tədris bazası obyektlərini 
avadanlıqla  təchiz  etmək  və  abadlaşdırmaq,  hərbi  şəhərcikləri  sahmana  salmaq  və 
digər  işlər  üçün  park-təsərrüfat  günləri  keçirilir.  Həmin  gün  bütün  yaşayış  və  qeyri-
yaşayış  binalarının  ümumi  yığışdırılması,  həmçinin  şəxsi  heyətin  hamamda  çimməsi 
keçirilir. 
Park-təsərrüfat  günləri  alay  (briqada)  qərargahının  işləyib  hazırladığı  və  alay 
(briqada)  komandirinin  təsdiq  etdiyi  plana  müvafiq  surətdə  həyata  keçirilir.  Plandan 
çıxarışlar bölmələrə çatdırılır. 
İş  vaxtı  şəxsi  heyətə  rəhbərlik  etmək  üçün  zəruri  miqdarda  zabitlər  və  gizirlər 
təyin edilirlər. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin