şəxsi heyətin daşınma qaydalarına və təhlükəsizlik tədbirlərinə riayət etməsinə
diqqət yetirmək;
eşelondan qalmış hərbi qulluqçular barəsində yol hərbi komendantlarına, onlar
olmayan yerlərdə isə hərbi qulluqçuların qaldıqları stansiyanın (limanın, aeroportun)
rəisinə
, dəniz limanı idarəsinə xəbər vermək;
8
düşmən tərəfindən eşelonun hərəkəti pozulduqda, həmçinin qəza, yanğın, qar
uçqunu, yolları su yuyub aparması və ya digər hadisələr baş verdikdə, pozulmuş
hərəkətin bərpasında nəqliyyat orqanlarına kömək göstərmək;
xəstələri (yaralıları) hərbi eşelonun vaqon (kupe, kayut) izolyatoruna
yerləşdirmək; eşelonla yolu davam etdirə bilməyənləri isə yaxındakı hərbi, yaxud
mülki müalicə müəssisəsinə təhvil vermək; hərbi eşelonun (komandanın) şəxsi
heyətindən ölən olarsa, mərhumun cənazəsini onun əşyaları, sənədləri, məktubları və
pulu ilə birlikdə ən yaxın hərbi qospitala, yaxud mülki xəstəxanaya təhvil vermək
(uzun müddətli dəniz səfərlərində isə mərhumun cənazəsini dənizçi qaydası ilə dəfn
etmək).
Hərbi eşelon (komanda) rəisinin hərbi eşelonun (komandanın) daşınması və
təminatı məsələləri haqqında danışıqlar aparmaq üçün nəqliyyatın rabitə
vasitələrindən (teleqraf, telefon, radio) pulsuz istifadə etmək hüququ vardır.
339. Hərbi eşelon (komanda) rəisi daşınmaya aid məsələləri hərbi komendantla, o
olmayan yerlərdə isə stansiya (liman, aeroport) rəisi
, dəniz limanı idarəsi ilə həll
etməlidir.
9
340. Bir qatarda (gəmidə, hava gəmisində) bir neçə hərbi eşelon (komanda)
gedirsə, hərbi hissə komandiri və ya hərbi komendantın qərarı ilə bu eşelonlardan
(komandalardan) birinin rəisi o biri eşelonların (komandaların) rəisləri üçün böyük
təyin olunur və bu barədə marşrut vərəqələrində müvafiq qeydlər edilir.
341. Hərbi eşelondan texniki nasazlıq üzündən vaqon açılarsa, hərbi eşelonun
rəisi onların dəyişdirilməsini tələb etməlidir. Sərnişin və adam daşınan vaqonları əvəz
etmək mümkün olmayan hallarda onların şəxsi heyəti müvəqqəti olaraq qatarın başqa
vaqonlarında yerləşdirilir.
Döyüş texnikası və digər texnika olan vaqon açıldıqda, texnika ilə birlikdə
ekipajlar (sürücülər, heyətlər), maddi vasitələr olan vaqonlarla birlikdə isə qarovul da
saxlanılır. Səfər vaxtı və ya təyinat məntəqəsində bu şəxslərin öz hərbi hissələrinə
qoşulması üçün tədbir görülür.
Dostları ilə paylaş: