Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


XIV fəsil. Hərbi qulluqçuların sağlamlığının qorunması



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə94/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   90   91   92   93   94   95   96   97   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
XIV fəsil. Hərbi qulluqçuların sağlamlığının qorunması 
 
Ümumi müddəalar 
 
360.  Hərbi  qulluqçuların  sağlamlığının  qorunması  sanitar-gigiyena  qaydalarına 
əməl edilməsi, profilaktika və epidemiya əleyhinə tədbirlərin keçirilməsi ilə, həmçinin 
şəxsi heyətin sağlamlığı üzərində daimi tibbi nəzarətlə əldə edilir. 
361.  Hər  bir  hərbi  qulluqçu  şəxsi  və  ictimai  gigiyena  qaydalarına  ciddi  riayət 
etməli və öz orqanizmini gündəlik möhkəmləndirməlidir. 
Soyuq vaxtlarda hərbi qulluqçuların orqanizminin həddindən artıq soyuması və 
donması,  isti  vaxtlarda  isə  həddindən  artıq  qızması,  gün  yanıqları  və  istilikvurma 
hallarının qarşısını alan tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. 
362. şəxsi gigiyena qaydalarının yerinə yetirilməsinə aşağıdakılar daxildir: 
səhərlər əl-üzün yuyulması, dişlərin təmizlənməsi, bədənin qurşağa qədər soyuq 
su ilə silinməsi;  
hər qida qəbulundan qabaq əllərin yuyulması;  
yatmazdan  qabaq  əl-üzün  yuyulması,  dişlərin  təmizlənməsi  və  ayaqların 
yuyulması;  
üzün və başın vaxtında qırxılması, dırnaqların tutulması;  
hamamda  müntəzəm  çimmə,  alt  və  yataq  dəyişəyinin,  ayaq  dolaqlarının  və 
corabların dəyişilməsi;  
hərbi geyimin, ayaqqabının və yatağın təmiz saxlanması.  
İctimai  gigiyena  qaydalarına  aşağıdakılar  daxildir:  yataq  otaqlarında, 
ayaqyolularında və digər ümumi istifadə otaqlarında təmizliyin saxlanılması; otaqların 
havasının  müntəzəm  surətdə  dəyişdirilməsi;  ictimai  yerlərdə,  həmçinin  alayın 
(briqadanın) yerləşdiyi ərazidə təmizliyin saxlanılması. 


363.  Bütün  hərbi  qulluqçular  saçlarını  səliqə  ilə  vurdurmalıdırlar.  Əsgərlərə, 
matroslara,  müddətli  xidmət  çavuşlarına,  eləcə  də  hərbi  məktəblərin  bütün 
kursantlarına qısa saç saxlamağa icazə verilir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin