Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


«Yoldaş general-mayor. Qarovulda xidmətim zamanı heç bir hadisə baş


səhifə29/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   25   26   27   28   29   30   31   32   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Yoldaş general-mayor. Qarovulda xidmətim zamanı heç bir hadisə baş 
verməmişdir (və ya baş verib filan-filan). Qarovul rəisi leytenant Məmmədov». Qarovul rəisi 
raport verdiyi zaman qarovul otağında qarovulun oyaq növbəsi silahları götürmədən və xüsusi 
komanda olmadan «farağat» vəziyyəti alır. 
Qarovul otağına hərbi rütbəcə qarovul rəisinə bərabər, yaxud ondan böyük başqa şəxslər 
gəldikdə, qarovul rəisi gələnə yaxınlaşır və özünü təqdim edir, məsələn: 
«Yoldaş mayor. 
Qarovul rəisi leytenant Mirzəyev», sonra 140-cı maddədə göstərildiyi kimi hərəkət edir. 
142. Qarovul rəisi qarovulun tabe olduğu rəislər adından başqaları vasitəsilə sərəncam 
aldıqda, onlardan parolu soruşmalıdır. Aldığı sərəncamın düzgünlüyünə şübhə etdikdə, qarovul 
rəisinin hüququ var ki, onun düzgünlüyünü özünün əlverişli hesab etdiyi hər hansı vasitə ilə 
yoxlasın. 
143. Ümumalay (ümumbriqada) axşam yoxlanışı keçirilərkən, qarovul rəisi göstərilən 
vaxtda qarovulu «Silaha» çağırır və onu qarovul otağının qarşısında sıraya düzür. 
Orkestr «Şəfəq» ifa etməyə başladığı zaman qarovul rəisi «Farağat» komandası verib 
sırada öz yerində dayanır. Tapança ilə silahlanmış qarovul rəisi sıraya durduqdan sonra sağ əlini 
baş geyiminə yapışdırır və orkestr Azərbaycan Respublikasının Dövlət himnini ifa edib 
qurtardıqdan sonra onu aşağı salır. 
Orkestr himni ifa edib qurtardıqdan sonra qarovul rəisi qarovulu qarovul otağına aparır. 
144. Qarovul rəisinə qadağan edilir: 
saatdarları dəyişmək, onların xidmətini yoxlamaq üçün və ya saatdarlar çağırdıqda, 
həmçinin mühafizə olunan obyekt rayonunda hər hansı hadisə və ya təbii fəlakət baş verdiyi 
hallar istisna olmaqla, qarovul otağından çıxıb getmək (qarovul otağından çıxıb getdikdə, öz 
əvəzinə köməkçisini, o da olmadıqda, dəyişdiricini və ya qarovul nəfərlərindən birini qoymalıdır);
telefonla şəxsi danışıq aparmaq;
qarovullar (hərbi hissə) növbətçisinin icazəsi olmadan qarovul heyətindən kimisə 
buraxmaq;
saatdarl
arın dəyişilməsi üçün postlar cədvəlində nəzərdə tutulmuş qaydanı qarovullar 
(hərbi hissə) növbətçisinin icazəsi olmadan pozmaq;


qarovulun təminatı üçün ayrılmış nəqliyyat vasitələrindən təyinatına uyğun olmayaraq 
istifadə etmək.

Yüklə

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin