Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə34/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   30   31   32   33   34   35   36   37   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

ix
[9]
Saatdar 
167. Saatdar toxunulmaz şəxsdir. Saatdarın toxunulmazlığı aşağıdakılardan ibarətdir: 
hüququnu və şəxsi ləyaqətinin qanunla xüsusi qorunmasından;
ancaq müəyyən şəxslərə — qarovul rəisinə, qarovul rəisinin köməkçisinə və öz 
dəyişdiricisinə tabe olmasından;
vəzifəsi ilə müəyyən edilmiş tələblərin bütün şəxslər tərəfindən sözsüz yerinə 
yetirilməsindən;
bu Nizamnamədə göstərilən hallarda və qaydada ona silah işlətmək hüququ verilməsindən.
168. Ancaq qarovul rəisinin, qarovul rəisi köməkçisinin və tabe olduğu dəyişdiricinin 
saatdarı dəyişməyə və postdan çıxarmağa hüququ vardır. 
Qarovul rəisi, onun köməkçisi və dəyişdirici həlak(öldükdə) olduqda və ya onların öz 
vəzifələrini yerinə yetirməyə fiziki cəhətdən imkanları olmadıqda, saatdarlar qarovullar (hərbi 
hissə) növbətçisi tərəfindən öz bölük (batareya) və yaxud tabor (divizion) komandirinin iştirakı ilə 
p
ostdan çıxarılır, yaxud dəyişdirilir. 
x
[10]
169. Qarovul nəfəri postu qəbul edərkən dəyişdiricinin (qarovul rəisinin və ya onun 
köməkçisinin) və dəyişilən saatdarın iştirakı ilə şəxsən postlar tabelinə uyğun mühafizə üçün 
bütün qəbul olunanları nəzərdən keçirib onların mövcudluğunu və sazlığını yoxlamalıdır; həbs 
edilənləri mühafizə üçün postu qəbul edərkən siyirmələrin, metal barmaqlıqların sazlığını və 
kamerada saxlanan həbs edilənlərin sayını yoxlamalıdır. 
170. Saatdarın vəzifəsidir: 
öz postunu sayıq mühafizə və mətanətlə müdafiə etmək;


ayıq xidmət etmək, fikrini yayındırmamaq, silahını əlindən buraxmamaq və onu tabe olduğu 
şəxslər də daxil olmaqla, heç kimə verməmək;
təyin olunmuş marşrutla hərəkət edərək, postun yaxınlığındakı girəcəkləri və hasarları 
nəzərdən keçirmək, həmçinin siqnalizasiya vasitələrinin sazlığını yoxlamaq;
həyatı təhlükədə olsa belə, dəyişilməyincə və postdan çıxarılmayınca onu tərk etməmək; 
(özbaşına postu tərk etmək qarovul xidmətinin nizamnamə qaydalarını pozduğuna görə hərbi 
ci
nayəti ağırlaşdıran haldır);
postda tapşırığı yerinə yetirərkən 107-ci maddədə göstərilən qayda üzrə dolu və həmişə 
atışa hazır silahı olmaq;
postlar tabelində göstərilən və yer sahəsində işarə qoyulmuş yerdən posta yaxın məsafəyə 
qarovul rəisindən, qarovul rəisinin köməkçisindən, özünün dəyişdiricisindən və onların müşayiət 
etdikləri şəxslərdən, həmçinin 168-ci maddədə göstərilən hallarda qarovullar (hərbi hissə) 
növbətçisindən başqa heç kəsi buraxmamaq;
qarovulun nəqliyyat vasitələrinin marşrutunu, hərəkət qrafikini, həmçinin onların fərqlənmə 
nişanlarını və siqnallarını bildirmək;
postdakı yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq;
180-
ci maddədə göstərildiyi kimi əsgəri salam vermək;
obyektin hasarında (postda) hər hansı bir nasazlığı və öz postu, yaxud qonşu postun 
yaxınlığında hər hansı qayda-qanun pozuntusunu gördükdə, qarovul rəisini çağırmaq;
qarovul itinin hürməsini eşitdikdə, dərhal müəyyən edilmiş siqnalla qarovul otağına xəbər 
vermək.
171. Saatdar postda süngüsü taxılmış silahla (süngü-bıçaqsız qundağı qatlanmış 
avtomatla, bel qayışından qında olan süngü-bıçaqla) olmalıdır; gecə vaxtı ayaqüstə atış üçün 
hazırlıq vəziyyətində, gündüz vaxtı «qayışda» vəziyyətində və ya ayaqüstə atış üçün hazırlıq 
vəziyyətində (15 saylı əlavə); daxili postlarda və Döyüş Bayrağının yanındakı postda taxta 
qundaqlı avtomat «qayışda», qatlanan qundaqlı avtomat «döşdə», karabin isə «ayaqda» 
vəziyyətində; dolu maqazinlər (daraqlar) olan çanta bağlı olmalıdır. 
Saatdara yanğın söndürdüyü və ya təbii fəlakətlə mübarizə apardığı vaxtlar silahı «arxada» 
vəziyyətində saxlamağa icazə verilir. 
172. Saatdara yatmaq, oturmaq, nəyə isə söykənmək, yazmaq, kitab oxumaq, mahnı 
oxumaq, danışmaq, yemək, içmək, papiros çəkmək, təbii ehtiyaclarını yerinə yetirmək, kimdənsə 
şey almaq və kiməsə şey vermək, zərurət olmadıqda patronu yuvasına yeritmək qadağandır. 
Saatdar ancaq qarovul rəisinin, onun köməkçisinin, öz dəyişdiricisinin və yoxlamağa gəlmiş 
şəxslərin suallarına cavab verməlidir. 
173. Saatdar özünə və ya mühafizə etdiyi obyektə aşkar basqın olduğu hallarda 
xəbərdarlıq etmədən silah işlətməlidir. 
174. Saatdar qarovul rəisindən, qarovul rəisinin köməkçisindən, öz dəyişdiricisindən və 
onların müşayiət etdikləri şəxslərdən başqa postlara, yaxud göstəricilərlə işarə qoyulan qadağan 
edilmiş sərhədə yaxınlaşan bütün şəxsləri ucadan 

Yüklə

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin