164. Dəyişdirici saxlancları (anbarları, parkları) açmaq üçün gəlmiş şəxslərlə birlikdə parka
gəlir, möhürlərin (plombların) izlərini nəzərdən keçirir. Saatdar postlar tabelinə uyğun postda
qalmalı olduqda, dəyişdirici postlar tabelində bu vaxt üçün nəzərdə tutulmuş xüsusi vəzifələri
onun yadına salır.
Dəyişdirici saxlanclara (anbarlara) girməyə postlar tabelində göstərilən tələblərə dəqiq əməl
etməklə icazə verir.
165. Açılmış saxlanclarda saatdar dəyişilərsə, dəyişdirici posta girmiş saatdara saxlancın
kim tərəfindən açıldığını və ya maşınların dayandıqları yerlərə buraxıldığını bildirir.
Saxlanclar (anbarlar, parklar) bağlandıqdan sonra dəyişdirici möhürlərin (plombların) izləri
ilə posta gəlir ki, şəxsən saatdarın iştirakı ilə saxlancı (anbarı, parkı) mühafizə üçün təhvil
verənlə birlikdə möhürlərin (plombların) və pəncərələrin, metal barmaqlıqların, qapıların,
divarların vəziyyətini yoxlasın; dayanacaqlardakı döyüş texnikasını mühafizə üçün qəbul etdikdə
maşınların, təyyarələrin, topların sayını yoxlasın, onlarda möhürlər (plomblar) olduqda isə
onların izləri ilə tutuşdursun.
166. Qarovul rəisi və onun köməkçisi ağır xəstələndikdə , ağır xəsarət (yaralanma, travma,
kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə), qarovul rəisi vəzifəsini birinci dəyişdirici
müvəqqəti icra etməyə başlayır. O, baş vermiş hadisə haqqında qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verməlidir.
Yüklə
Dostları ilə paylaş: