Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri
nizamnaməsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
qərara alır:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi təsdiq
edilsin və 1995-ci il yanvarın 1-dən qüvvəyə minsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 23 sentyabr 1994-cü il.
№ 886.
Azərbaycan Respublikasının 1994-cü il
23
sentyabr tari
xli, 886 saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri
Nizamnaməsi
Bu Nizamnamədə qarnizon və qarovul xidmətlərinin təşkili və həyata keçirilməsi qaydaları
izah edilir, həmçinin qarnizonun
vəzifəli şəxslərinin, bu xidmətləri
yerinə yetirən hərbi
qulluqçuların hüquqları və vəzifələri müəyyən olunur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunların
bütün hərbi hissələri,
hərbi məktəbləri,
qərargahları, idarə, müəssisə və təşkilatları bu Nizamnaməni rəhbər tutmağa borcludurlar.