Azərbaycan Respublikası Təhsil Nazirliyi adpu- nun Şəki filialı


zadliq/2010/sentyabr/134115.htm&ved=2ahUKEwjv68ziw8n0AhWaQ_EDHZ39BfAQFnoECBcQAQ&



Yüklə 441,74 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix01.01.2022
ölçüsü441,74 Kb.
#50824
1   2   3   4
arxo

zadliq/2010/sentyabr/134115.htm&ved=2ahUKEwjv68ziw8n0AhWaQ_EDHZ39BfAQFnoECBcQAQ&

usg=AOvVaw1BFV6Sle0Baz_AuzdbJi5c

 

10. 

http://kayzen.az/blog/azerbaycan/5247/qobustan-abid%C9%99l%C9%99ri.html

 

11. 

https://bextiyartuncay.wordpress.com/2013/12/13/oguz-

m%C9%99d%C9%99niyy%C9%99tinin-mezolit-dovrun%C9%99-aid-izl%C9%99ri/

 

 

 


 

 



 

     


Azərbaycan  ərazisində  aparılmış  arxeoloji  qazıntılar  və  aşkara  çıxarılmış 

qayaüstü təsvirlər xalqımızın minilliklərin dərinliklərinə gedən köklərini izləməyə 

imkan verir. Azərbaycan arxeoloqları mezolit dövrünün abidələrini digər yerlərlə 

yanaşı,  Qobustan  zonasında  da  aşkara  çıxarmışlar.  Azərbaycanda  mezolit 

mədəniyyətinin  izlərinə  ilk  dəfə  Qazax  rayonunda  Avey  dağındakı  Damcılı 

mağarasında  təsadüf  olunsa  da,  bu  dövrə  aid  zəngin  material  Qobustanda 

Böyükdaş və Kiçikdaş dağları ərazisindəki düşərgələrdən əldə edilmişdir . Belə ki, 

mezolit bəşər tarixinin mühüm mərhələsidir. Bu mərhələnin abidələrinin tədqiqi 

Azərbaycanda  və  bütövlükdə  Qafqazda  istehsal  xarakterli təsərrüfatın-əkinçilik 

və  maldarlığın  başlanğıc  mənbəyini  əsl  mənada  öyrənməyə  imkan  verir. 

Maraqlıdır  ki,  açıq  səma  altında  özünəməxsus  şəkil  qaleriyası  olan  Qobustan 

qayaüstü  təsvirləri  kompleksi  mezolit  dövrü  incəsənətinin  görkəmli  abidəsidir. 

Qobustan  qayasında  aparılan  qazıntılar  bölgədə  mezolit  dövrünü  daha  yaxşı 

təsəvvür  etməyə  imkan  verir.  Qeyd  etmək  lazımdır  ki,  Qobustanın  mezolit 

düşərgələri  (Anazağa,  Kənizə,  Öküzlər,  Firuz,  Ceyranlar,  Qayaarası)  qayaaltı 

sığınacaqlarda  aşkar  olunmuşdur.  Qobustan  abidələrində  istənilən  proses 

göstərir ki, bu dövrdə bütün müasir mədəni inkişafa zəmin yaranır, cəmiyyətdə 

və insan həyatında dönüş ərəfəsi başlanır, istehsaledici təsərrüfatın əsas sahələri 

–  əkinçilik  və  maldarlıq  meydana  gəlir.  Qədim  Qobustan  sakinləri  ovçuluq  və 

yığıcılıqla  yanaşı,  əkinçilik  və  maldarlıq  vasitəsilə  ərzaq  istehsalına  başlayır. 

Demək olar ki, bu dövrdən başlayaraq bəşəriyyətin əsas inkişaf xəttini təbiətin 

hazır nemətlərini mənimsəmək yox, ərzaq istehsal etmək yolu müəyyən edir.{8-

199} 

     


Qobustan şərqi Azərbaycanda, Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər 

dənizi  arasında  100  km-ə  qədər  diametri  olan,  çoxlu  qobularla  (qədim  çay 

yataqları  və  yarğanlar)  kəsilən,  yarımsəhra  dağətəyi  böyük  coğrafi  rayondur. 

Qobustan  sözü  «Qobu»  və  «stan»  kimi  ərazi  bildirən  şəkilçidən  əmələ  gəlmiş 

qobuluq,  qobular  diyarı,  qobular  olan  yer  deməkdir.  Böyük  Qobustanın  ərazisi 

Şərqdə  Xəzər  dənizi,  şimalda  Sumqayıtçay,  qərbdə  Şamaxı  rayonu  Pirsaatçay, 

cənubda Hacıqabul və Ələtə qədər ərazini əhatə edir.{7-3} 

     


Zəmanəmizdə Qobustanın iqlimi yayda çox isti, qışda mülayim keçir. Orta illik 

temperatur müsbət 12-14,5 dərəcədir. Bitki örtüyü və heyvanat aləmi kasıbdır. 

Təbiət yalnız yaz və payız yağışlarından sonra cana gəlir.{7-4} 

     Qobustan  qayaüstü  təsvirlərinin  görkəmli  tədqiqatçısı  C.Rüstəmov 

Qobustanda insan təsvirlərinin ən qədim nümunələri mezolit dövrünün qadın və 



 

 



kişi təsvirlərini ətraflı və müfəssəl surətdə öyrənmişdir. Həmin təsvirlər qayalar 

üzərində  öndən  və  yandan  olmaqla  siluet  şəklində  qazılmışlar.  Qayalarda 

şəkillərin bu cür döyülməsi Qobustan üçün səciyyəvidir . Maraqlıdır ki, Qobustan 

qayalarındakı qədim şəkillər arasında diqqəti xüsusi cəlb edən mövzulardan biri 

qadın  təsvirləridir.  Qobustanda  “Kənizə”  düşərgəsində  arxeoloji  qazıntılar 

zamanı tapılmış Qobustanın Mezolit dövrü qadın fiqurları da qayalardakı qadın 

fiqurları formasındadır. Qadın heykəlcikləri və şəkillərinin yaradılmasını alimlərin 

çoxu  bolluq  rəmzi  kimi  izah  edir  və  onu  ovsunçuluqla  bağlayıb  ilahiləşdirirlər. 

Anaya,  bəşəriyyətin  yaşaması  səbəbkarına  pərəstiş,  onun  ilahiləşdirilməsi  tək 

ibtidai dövrdə deyil, indi də bir qanunauyğunluğa malikdir. Qobustanda mezolit 

dövrünə  aid  qadın  təsvirləri  ən  çox  Kiçikdaş  və  Böyükdaş  dağının  yuxarı  səki 

sahəsində  qeydə  alınmışdır.  Aşağı  səki  sahəsində  onlara  nisbətən  az  təsadüf 

olunur. {8-200,201} 

     


1970-ci ildə C. N. Rüstəmov və F. M Muradova tərəfindən Qobustan ərazisində 

aparılan arxeoloji qazıntılar zamanı e. ə II minilliyin I yarısına aid edilən üç ədəd 

nizə ucluğu aşkar edilmişdir. 15 saylı kurqandan tapılmış nizə ucluğunun çəkisi 

61,5  q,  9  nömrəli  kurqandan  tapılmış  nizə  ucluğunun  çəkisi  20.4  q.  16  saylı 

kurqandan tapılmış nizə ucluğunun çəkisi 65 q. olmuşdur. Hər üç nizə ucluqlarının 

tam  oksidləşmiş  vəziyyətdə  olmasına  baxmayaraq,  analiz  üçün  nümunə 

götürmək  mümkün  olmuşdur.  Spektral  analızin  nəticələrinə  görə  müəyyən 

edilmişdir  ki,  birinci  nizə  ucluğu  mis-qalaydan    ikinci  nizə  ucluğu  mis-qalay, 

üçüncü nizə ucluğu isə mis-qalaydan ibarətdir. Deməli birinci nizə ucluğu arsenli-

qalaylı  tuncdan,  ikinci  və  üçüncü  nizə  ucluqları  isə  qalaylı  tuncdan 

hazırlanmışdır.{3-62} 

          Azərbaycan  ərazisinin  qədim  sakinləri müxtəlif  dövrlərdə  daşlar  üzərində 

yüzlərlə heyvan (vəhşi və ev) təsvirlərini çəkmişlər. Bəziləri isə ovçuluq, totem-

dini  inanclarla  səsləşən  heyvan  təsvirləridir.  Qobustanda  ən  qədim  heyvan 

təsvirləri  olan  öküz  təsvirləri  e.ə.  VII-IV  minilliklərə  aid  edilir.  Digər  heyvan 

təsvirləri  isə  IV-III  minilliklərlə  orta  əsrlər  arasındakı  dövrlərdə  çəkilmişdir. 

Gəmiqayada  və  Dəlidağdakı  heyvan  rəsmləri  isə  tunc  dövründə  həmin  ərazidə 

yaşamış  əkinçi  maldar  tayfaların  iqtisadi  və  ictimai  həyatına  dair  qiymətli 

mənbələrdir.  Qayalar  üzərində  heyvanların  ustalıqla  təsvir  edilməsi  ölkəmizin 

qədim sakinlərinin bu yerlərin faunasına və rəssamlıq texnikasına yaxşı{1-54} 

     Kəlbəcərin qayaüstü təsvirlərində bəbir təsvirləri də üüstün yer tutur. Onlar 

yığcam,  lakin  olduqca  canlı  və  dinamik  təsir  bağışlayır.  Maraqlıdır  ki,  həm 

Qobustanda,  həm  Gəmiqayada,  həm  də  Dəlidağda  aşkar  olunmuş  bəbir 



 

 



təsvirlərinin  ümumi  oxşarlığı  çoxdur.  Lakin  Dəlidağda  adlarını  çəkdiyimiz 

abidələrdən  fərqli  olaraq  bəbirlər  sürü  halında  təsvir  edilmişdir.  Bu  daşın 

üzərində sürü halında hərəkət edən 9 bəbir təsvir edilmişdir. Maraqlıdır ki, bu 

bəbirlərin heç biri digərinə bənzəmir və 

bir-birini təkrar etmir. Sürü halında olan 

bəbirlər 

eyni 

istiqamətlə 



təsvir 

edilməklə  onların  birlikdə  hərəkət 

etdiyi  göstərilmişdir.  Bəbirlərin  ikisinin 

quyruğu  düz,  yeddisinin  quyruğu  isə 

yuxarı 

qatlanmış 

formada 

həkk 


edilmişdir.  Başqa  bir  daşda  isə 

bucaqları iti olmayan kvadrat ona bitişik 

yarımdairə  fiquru  təsvir  olunub.  Bu 

təsvirin yanında isə iki bəbir təsviri var. 

Buradakı  bəbirlərin  əvvəlki  bəbirlərdən  fərqli  olaraq  başlarını  daha  çox  aşağı 

əyməsi  və  qeyd  olunan  təsvirin  su  hövzəsində  olduğunu  güman  etmək  olar. 

Tədqiqatçı-arxeoloq  alim  Qüdrət  İsmayılzadə  bu  təsvirlərin  eradan  əvvəl  III 

minilliklə I minillik arasında çəkildiyini qeyd etmişdir {1-54} 

     

Yer  kürəsinin  müxtəlif  qitələrində  üzə  çıxarılmış  qayaüstü  rəsmlər  arasında 



Qobustan petroqlifləri xeyli maraq kəsb edir və Azərbaycan xalqının tarixinin ən 

qədim dövrlərini öyrənmək üçün qiymətli mənbədir. Qobustan bölgəsinin cənub-

şərqində  Böyükdaş,  Kiçikdaş,  Cingirdağ  və  Yazılı  təpə  hüdudunda  Azərbaycan 

Respublikası  EA  Tarix  İnstitutunun  İ.M.Cəfərzadənin  rəhbərliyi  altında  1947-

1965-ci illər ərzində yer səthində üzərində adam, heyvan, balıq rəsmlərinin dörd 

mindən çox siluet konturları, bütöv kompozisiyalar, kasavari oymalar və s. ilə 750 

daş  aşkar  edilmiş  və  öyrənilmişdir.  C.  N.  Rüstəmovun  rəhbərliyi  altında 

Qobustanda  və  yeni  üzə  çıxarılmış  Şonqardağ  və  Şıxqaya  bölgəsində  üzərində 

2000 rəsm olan daha 300 daş aşkar edilmişdir. {4-23} 

     


Filologiya  elmləri  namizədi  Әjdər  Fərzəli  Gəmiqaya-Qobustan  yazılarını 

elmi-tarixi,  müqayisəli  və  metodik  aspektdən  sistemli  şəkildə  ilk  dəfə  analiz 

etməklə belə bir nəticəyə gəlmişdir ki, Gəmiqaya­Qobustan yazıları özündə elə 

bir sivilizasiyanı  əks etdirməkdədir ki, bu elmə az məlumdur. O, qədim Yunan, 

Hind,  Misir,  Şumer  və  b.  Sivilizasiya  və  mədəniyyətlərdən  qabaq  meydana 

gəlməklə,  özündən  sonra  gələn  bütün  sivilizasiya  və mədəniyyətlərə  çox  güclü 

təsir  etmişdir.  Gəmiqaya-Qobustan  mədəniyyəti  birbaşa  Azərbaycan  (Oğuz) 

xalqlarına məxsusdur. Alim yazırdı ki, o Gəmiqayadan 24 Oğuz tamğasından 20­ni 




 

 



tapmaqla  belə  bir  nəticəyə  gəlmışdır  ki,  Türk­Azərbaycan  əlifbasının  əsasını 

Gəmiqaya-Qobustan əlifbası təşkil edir.{5-10} 

     İlk  Azərbaycan  petroqramlarını,  yəni  şəkil  –  yazılarını  Qobustanın  qədim 

rəssamları yaratmışlar və bu, orta Daş, yəni Mezolit dövründə baş vermişdir. Bu 

proses  sonrakı  dövrlərdə  də  davam  etmişdir.  Tanınmış  arxeoloq  H.Cəfərov  bu 

barədə belə yazır: 

         “Qobustanın Mezolit dövrü qayaüstü rəsmlərinin ibtidai incəsənətin və əha-

linin  dini  görüşlərinin,  xüsusən  ovsun  –  totem  inamlarının  öyrənilməsində 

əhəmiy-yəti çox böyükdür.” {11} 

         Qobustanın Böyükdaş qayalıqlarında çoxlu mağara vardır. Mezolit dövrünün 

petroqlifləri  əsasən  bu  mağaraların  ətrafındakı  və  daxilindəki  qayalarda  həkk 

olunmuşdur. Bu qayalar qədim rəssamların, bir növ, qədim “rəsm qalereyası”dır. 

Böyükdaşın yuxarı mərtəbəsindəki bu “qalereya”da əzəmətli ovçuların surətləri, 

bir  cərgədə  rəqs  edən  adamların  rəsmi,  gizləncəklər  –  müqəvvalar, 

gizləncəklərdən istifadə edərək ov edən iki ovçu (3№ – li mağara, 45 № – li daş), 

vəhşi atların qovularaq tələyə salınması (3 № – li mağara, 45 № – li daş) və bu 

kimi dəyərli təsvirlər  gözə dəyməkdədir.{11} 

           Böyükdaşın 3 № – li mağarasındakı 45№ – li daşın üzərindəki təsvirdən də 

göründüyü kimi, xalqımızın bu günə qədər sevə – sevə ifa etməkdə olduğu  yallı 

rəqslərini ulu babalarımız hələ ən azı 12-14 min il əvvəl  ifa etməyə başlamışlar. 

Bu isə o deməkdir ki, rəqs mədəniyyəimizin kökləri ən azı Mezolit dövrünə qədər 

uzanır. Elə təsviri sənətimizin kökləri də eyni dövrlərə qədər uzanıb gedir {11} 

         Qayalarda nisbətən dərin qazılmış ovçuların 

böyük  fiqurlu  siluet  şəkilli  təs-virləri  ilk  Mezolit 

dövrü rəssamlarının yardıcılığı üçün xarakterikdir. 

Belə  rəsmlər-dən  ibarət  böyük  bir  təsvir 

kompozisiyası  Böyükdaşın  yuxarı  mərtəbəsində, 

29  №  –  li  daşın  şimal  tərəfində  qazılmışdır. 

Kompozisiyanın  mərkəzi  hissəsində  göstərilən 

ovçuların  siluet  şəkilli  təsvirləri  sxematik  və  şərti 

xarakter  daşıyır,  qulaq,  burun,  göz,  ağız  və  sairə 

hissələr göstərilmir. Bu rəsmlər təxminən natural böyüklükdədir. Buradakı insan 

fiqurlarının  təsvirində  nisbət  və  sairə  realistik  xüsusiyyətlər  gözlənilməmişdir. 

Buna baxmayaraq, qədim rəssamlar ovçuların üç baxımdan  — ön, yan və arxa 

tərəfdən təsvir edilməsinə çalışmışlar. Bunu kamanların tam və yarımçıq şəkildə 



 

 



təsvir edilməsindən anlamaq olur. Arxa tərəfdən göstərilmiş ovçuların kamanları 

bütövlüklə,  ön  tərəfdən  rəsm  edilmiş  ovçuların  kamanlarının  isə  ancaq  kənar 

ucları  təsvir  edilir.  Bundan  başqa  bu  təsvirlərdəki  kamanların  yönləri  də  bir  – 

birinin əksinə olan diaqonal xətlər istiqamətindədir. Arxa tərəfdən rəsm edilmiş 

ovçuların  cinsi  əlamətləri  də  bir  qayda  olaraq  göstərilmir.  Buradan  aydın  olur 

ki,   qədim   rəssamlar  insanların  ön  və  arxa  baxımdan  rəsm  edilməsinə  ancaq 

bilmişlər.  Mezolit   rəssamlarının   bu   nailiyyətini  nəzərə   alaraq   həmin   daşın 

petroqliflərinə  diqqətlə  baxdıqda  aydın  olur  ki,  burada  çevrə  boyu  düzülmüş 

ovçular  təsvir  edilmiş,  dairəvi  kompozisiya  yaradılmışdır.  Ona  görə  də  bu 

petroqlif ibtidai rəsm xüsusiyyətlərinə baxmayaraq, Mezolit dövründə yardılmış 

müəyyən  kompozisiya tərtibatına malik çoxfiqurlu, monumental xarakterli nadir 

təsviri sənət əsəri kimi çox qiymətlidir.  {11}                                           

            Sənətşünas alim Nəsir Rzayev sözügedən petroqlif barədə yazır: 

             “Həmin  petroqlifin  mərkəzi  hissəsində  insan  təsvirlərinin  ayrı-ayrı  fraq-

mentlərinə bənzər rəsmlər görünür. Onlar bir necə ovçunun profildən primitiv 

şəkildə  qazılmış  təsvirləridir.  Bu  yarımçıq  və  anlaşılmaz  rəsmlər  qədim 

rəssamların yaradıcılıq axtarışlarında çox cəsarətli bir addım idi.{11} 

             Petroqlifdə göstərilən ovçuların əllərindəki daş bıçaqlar və çiyinlərindəki 

kamanlar 

Mezolit 


dövrünün 

xarakterik 

xüsusiyyətlərindəndir.  Bu  dövrün  yetişdir-diyi 

təsvir  motivlərindən  biri  də  insan  fiqurlarında 

əl  və  ayaqların  statik  və  standart  vəziyyətdə 

verilməsidir.  Əksər  hallarda  ovçuların  qolları 

yanlara  doğru  açılmış  halda,  qıçları  isə 

yarımbükülü vəziyyətdə təsvir edilir. Bu təsvir 

motivləri  qanun  şəklini  alaraq  sonrakı 

dövrlərdə də təkrar edilmişdir.{11} 

Petroqlifin mərkəzində görünən ovçunun qıçları öz kobudluğu ilə diqqəti çəkir. 

Bu  onunla  izah  edilir  ki,  rəssam  ovçunu  heyvan  dərisindən  enli  şalvar  geymiş 

vəziyyətdə təsvir etməyə çalışmışdır”.{11} 

      Bir zamanlar Xəzərin ləpələri Qobustana kimi uzanardı. Qobustan qayalarında 

yüzdən  artıq  qayıq  təsviri  var.  Formasına  görə,  bu  qayıqları  üç  qrupa  bölürlər: 

xətti siluet və hörmə görünüşlü qayıqlar daha qədim qayıqlar hesab olunur. Çünki 

arxeoloqlar bu fikirdədirlər ki, Qobustanda qayıqların tarixi yalnız mezolit - orta 

daş dövründən başlayır. İlk qayıqlar əsasən ağac gövdəsindən düzəldilmiş, kiçik 




 

 



ölçülü  və  təknəşəkilli  olmuşdur.  Belə  qayıq  təsvirləri  Böyükdaş  və  Kiçikdaş 

dağlarının ətəyindəki daşlar üzərində daha çoxdur. Qayalara döyülmüş kölgəvari, 

enli gövdəli qayıq təsvirləri ikinci tipə daxildir. 

Qamışdan və qarğıdan hazırlanmış qayıqlar isə 

e.ə.  VII-VI  minilliklərə  aid  edilir.  Qədim 

insanlar  bu  qayıqlarla  balıq  ovuna  çıxardılar. 

Böyükdaşa  həkk  olunmuş  balıq  təsvirləri  bu 

baxımdan maraqlıdır. 29 saylı qayadakı səhnə 

təxminən belə oxunur: qayıq səfərdən uğurla 

qayıdıb. 

Sahildəki 

adamlar 


sevinclərini, 

şadyanalıqlarını 

rəqs 

edərək 


bildirirlər. 

Qayıq  təsvirləri  təkcə  ovçuluğu  deyil,  həm  də  dənizçiliyin  tarixi,  su-nəqliyyat 

vasitələrinin tarixini öyrənmək baxımından olduqca dəyərlidir. Qayıqların burun 

hissəsində təsvir olunan günəşin təsviri isə fəza cisimlərinə inamı, işıqlı həyatı əks 

etdirir.  Xəzər  Qobustanın  qədim  sakinləri  üçün  ümmansız,  sonu  görünməyən 

bərəkətli  bir  dəniz  idi  və  günəş  də  hər  gün  onun  mavi  suları  arasından 

doğurdu.{10} 

     Artıq 1986-cı ildə altı mindən çox qayaüstü təsvirin varlığı məlum olmuşdu. 

Qobustan  petroqlifləri  -  Şərqi  Zaqafqaziyanın  böyük  bir  dövr  ərzində  (bizim 

eradan  öncə  on  min  ildən  çox)  -  mezolitdən  orta  əsrlərin  sonlarınadək 

illüstrasiyalı  tarixidir.  Bəzi  tədqiqatçıların  (İ.M.Cəfərzadə,  A.A.  Formozov) 

fikrincə,  petroqliflərdə  əks  olunmuş  süjetlərin  çevrəsi  Qobustan  qravürlərinin 

kult  xarakterindən  xəbər  verir.  Onlar  ayin  mərasimlərinin  bir  hissəsi  idilər  və 

qədim insan öz icmasının rifahını bunsuz təsəvvür etmirdi.{4-24} 

     

Azərbaycan  ərazisində  uzun  illər  aparılan  arxeoloji  qazıntılar  nəticəsində 



təqdim  olunan  dövrün  tayfalarına  məxsus  mifoloji  dəyərlərlə  zəngin,  saysız-

hesabsız  qədim  mədəniyyət  nümunələri  aşkar  edilib,  öyrənilmişdi.  Qədim 

qayaüstü  təsvirlər  tarixi-arxeoloji  abidələrin  ən  maraqlı  və  sirlilərindəndir.  O, 

bəşər  tarixini  öyrənmək  üçün  obrazlı  «dilə»  malik  qiymətli  maddi-mədəniyyət 

qalıqları,  ibtidai  cəmiyyətdə  insan  əməyi  və  fəaliyyətini,  onun  həyatını  və 

dünyagörüşünü  rəngarəng  və  əyani  şəkildə  əks  etdirən  tarixi  sənəd  -  «canlı» 

arxivdir.  Qayaüstü  təsvirlər  ibtidai  cəmiyyətdə  yaşayan  insanların  həyat  tərzi 

haqda  biliklərimizin  qiymətli  mənbələrindən  ibtidai  yaradıcılıq  yollarının 

inkişafını  təsəvvür  etməyə  imkan  verən  qədim  incəsənət  əsərləridir.  Qədim 

qayaüstü təsvirlər dünyada çox yerdə aşkar edilib öyrənilmişdir. Onların varlığı 

XIX əsrin ortalarında qeydə alınmağa başlanmışdır.{6-22} 



 

 



     Qablar.  Məlum  olduğu  kimi,  hələ  çox  qədim  zamanlardan  qida-ərzaq 

məhsularının  tədarükü,  emalı  və  saxlanması,  yemək  və  içkilərin  hazırlanması, 

onların  süfrəyə  verilməsində  bir  sıra 

qablardan  istifadə  olunmuşdur.  Qablar 

hazırladığı  materialın  növünə,  həcminə, 

məişətdə  təyinatına  görə  fərqlənirdi.  Uzun 

əsrlər  boyu  Azərbaycan  xalqının  istifadə 

etdiyi  məişət  qabları  daş,  hörmə,  toxuma, 

saxsı,  metal,  ağac,  çubuq  və  dəri  qablardan 

ibarət olmuşlar.Bəşəriyyətin ilkin çağlarında, 

hələ  istehsal  təsərrüfatı  yaranmadığından, 

ibtidai  insanlar  məişət  tələbatlarını  ödəmək 

üçün “əllərini altında olan” materiallardan –

daşdan, ağacdan, çubuqdan, ağac liflərindən, 

qamışdan 

kobud 


qablar 

hazırlayır, 

gündəlikdə  istifadə  edirdilər.  Qobustanda  Ana  Zağa  və  Kənizə  düşərgələri 

ətrafından  və  onların  içərisində  çoxlu  kasavari  yaylaqlara  rast  gəlinmişdir. 

Arxeoloqlar onları əsil “tərpənməz qablar” hesab edirlər. Bu konusvari yalaqlar 

yağış  sularının  (ovdan),  qurban  qanını  yığılması  və  şübhəsiz,  duyu  xörəklərin 

hazırlanması  üçün  istifadə  edilmişdir.  Mingəçevir,  Xocalı,  Gədəbəy,  Gəncəçay 

hövzəsi  və  b.  bölgələrdə  yerləşən  abidələrdə  çoxlu  daş  qab  nümunələri-cam, 

nimçə  əldə  edilmişdir.  Mingəçevir  və  Gəncə  yaxınlığındakı  Alabaşlı  kəndində 

tapılan daş camların qulplu qoşa və qoç başı formasında düzəldilmişdir. Sonralar 

istehsal texnologiyasının yaranamsı, yeni-yeni qab materiallarının əldə edilməsi, 

insan  təfəkkürünün  inkişafı,  peşə-sənət  vərdişləri  daş  qablara  təlabatı 

unutudurmuş, daş qabların çoxu məişətdən çıxmışdır. Zəmanəmizə qədər gəlib 

çıxan duz və düyü (çəltik) dibəkləri, su daşı (çəfər), kirkirə (dəstər), su ovdanları 

və s.vaxtilə daşdan məişət qabları və alətlərinin hazırlandığını əyani şəkildə sübut 

edir. 


      Azərbaycan qaya təsvirləri ilə zəngin olan ölkələrdən biridir. Burada müxtəlif 

dövrlərin  həyat  tərzini,  təsərrüfatını  və  mənəvi  mədəniyyətini  özündə  əks 

etdirən çox sayda qaya  təsvirləri tədqiq olunub öyrənilmişdi. Qayalar üzərində 

müxtəlif  süjetli  kompozisiyalar,  o  cümlədən  heyvan,  quş  və  insan,  ritual  ayin 

təsvirləri  yer  almışdır.  Ərazidə  təsadüf  olunan  təsvirlər  həkkak  qələmi  rolunu 

oynayan  iti  uclu  daş  və  metal  alətlərlə  cızma,  döymə,  qazma  texniki  üsullarını 

tətbiqi vasitəsi ilə qayalar üzərində yonulmuşdur. Azərbaycanda və o cümlədən 

Qobustanda daş işləmə sənəti təkcə qayaüstü rəsmlərlə bitmir. Belə ki, Qobustan 




 

 

10 



kurqanlarının  bəzilərində  qəbirlərə  əşya  kimi  rəsmli  daşlar  və  daş  heykəllər-

bütlər qoyulmuşdur. {6-22} 

     Qobustanda  qədim  qayaüstü  təsvirlər  qayalar  üzərində  harada  gəldi 

çəkilməyib. 

Qədim 

qobustanlıların 



yaşayışını, 

təsərrüfat 

həyatı 

və 


dünyagörüşünü  əks  etdirən  bu  incəsənət  abidələri  ən  çox  qədim  insan 

düşərgələrinin  divarlarında  və  oraya  yaxın  daş  və  qayalar  üzərində  döymə, 

qazma, sürtmə, cızma üsulu və palitra ilə rəngli çəkilmişdır.{6-23} 

     M. M. Hüseynova görə, ənənəvi daş işləmə sənətinin arxaik növlərindən biri 

sayılan  ibtidai  heykəltəraşlıq  Azərbaycanda  çox  erkən  intişar  etmişdir. 

Azərbaycan  ərazisində  daş  abidələrin  bu  tipinə  həm  insan,  həm  də  heyvan 

heykəli şəklində rast gəlinir. Azərbaycanda insan heykəllərinin ilk nümunələri e. 

ə. III minilliyə aid olmaqla qədim dövrü əsatiri, etiqad və inamları ilə üzvü surətdə 

bağlı olmuş və əcdadlara sitayişin təcəssümü kimi meydana çıxmışdır . {6-23} 

     Qobustanda  arxeoloji  qazıntı  aparılmış  daşaltı  sığınacaqlarda  düşərgənin 

divarlarını  təşkil  edən  qayaların  mədəni  təbəqə  örtmüş  aşağı  səthlərində  də 

yüzlərlə  qədim  təsvirlər  aşkar  edilmişdir.  Qayaüstü  təsvirlərin  öyrənilməsi  və 

xüsusən,  dövrlərinin müəyyənləşdirilməsi işində mədəni təbəqə altından aşkar 

edilmiş  bu  kimi  daşlar  üzərindəki  qədim  rəsmlərin  elmi  əhəmiyyəti 

qədərsizdir.{6-23} 

     Ərazidə ayin mərasimlərin keçirildiyini təsdiq edən təsvirlər içərisində şaman 

və  ritual  ayin  xarakterli  kompozisiyalar  qədim  türk  tayfalarının  mənəvi 

mədəniyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Böyük elmi dəyər kəsb 

edən bu mənbələr kökləri ilə qədim dövrlərə söykənənməklə yanaşı, şamanizmlə 

bağlı təsəvvür və dünyagörüşləri öz daş yaddaşında qoruyub saxlayır.{6-23}  

     Əhəmiyyətli  cəhət  ondan  ibarətdir  ki,  təqdim  olunan  məqalə  ilə  elmi 

dövriyyəyə böyük elmi əhəmiyyət kəsb edən qiymətli mənbələr gətirilmişdi. Elə 

həmin səbəbdən də mövzunu aktual hesab etmək olar.{6-23} 

 


Yüklə 441,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin