Azərbaycan Respublikası Təhsil Nazirliyi adpu- nun Şəki filialı


Qobustan timsalında fərqli nümunələr



Yüklə 441,74 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix01.01.2022
ölçüsü441,74 Kb.
#50824
1   2   3   4
arxo

Qobustan timsalında fərqli nümunələr 

     Qobustan  bütünün  analoqlarına  Avroasiya  çöllərində  çox  sayda  rast  gəlinir. 

Həmin heykəllər-balballar Altay və Tuvada e. ə. II əsrdən-VIII əsrə qədər, Mərkəzi 

Asiyada b. eranın VI – IX əsrə qədər kurqan qəbir abidələrində baş daşları kimi 

yer  almışdır  (Qazaxıstan  və  Monqolustanda).  Bəzi  tədqiqatçıların  fikrinə  görə, 

balballar  qədim  qəbir  üstü  abidələr  kimi  türk-Oğuz  tayfaları  tərəfindən 

qoyulmuşdur.  Q.  Klyaştornı  və  başqalarının  tədqiqatlarına  görə,  balbalların 

zəncirvari düzümündə xaqan qəbir abidələrində daha çox (300-350 heykəl) rast 



 

 

11 



gəlinir.  Eləhəmin  səbəbdən  də  bəzi  tədqiqatçılar,  güman  edirlər  ki,  balballar 

yüksək  rütbəli  insanlar  üçün  hazırlanmış  qəbir  üstü  abidələrdir.  Heykəllərin 

müharibələr  zamanı  sərkərdələr  tərəfindən  öldürülən  düşmənlərə  aid  olduğu 

düşünülür.  Göründüyü  kimi,  balbalların  ilk  nümunəsinə  e.  ə.  III  minilliyə  aid 

olunan  Qobustan  3  saylı  kurqanda  rast  gəlinmişdi.  Əsasən  köçəri  türklərin 

mənəvi  mədəniyyətinin  nümunəsi  olan  bu  meqalitik  daş  stellalar,  həm  qəbir 

abidələri, həm də ayin obyekti kimi ( şamanizmlə bağlı) dövrün insanlarının dini 

dünyagörüşlərində  yer  almışdır.  Bu  gün  də  balballardan  əcdad  ruhlarının 

çağrılması məqsədi ilə, şamanizmlə bağlı ayinlərin yerinə yetirilməsində istifadə 

olunur. Balbalların üzərində qədim türk təsəvvürlərini özündə yaşadan dünyanın 

üç  qatı  öz  əksini  tapır.  Bu  tip  heykəllərə  Azərbaycan  ərazisində  qadın  və  kişi 

obrazlarında təsadüf olunur. Bəzi tədqiqatçılara görə, balballar kult obyekti olub, 

magik qüvvəyə malikdirlər. {6-23,24} 

     Əcdadlarımız  tərəfindən  qayalar  üzərinə  həkk  olunmuş  rəsmlər  gözlərimiz 

qarşısında  böyük  bir  tablo  açır. Burada  heyvan  və  balıq ovu,  məişət  səhnələri, 

kollektiv rəqslər, müxtəlif rəmzlər, Günəşi əks edən simvollar, bürclər, digər fəza 

cismləri diqqəti cəlb edir. Qayaüstü rəsmlər arasında kişi və qadın təsvirləri də 

elmi cəhətdən maraq doğurur. Maraqlıdır ki, Qobustandakı bəzi qaya parçaları 

da öz fiziki tərkibi və geoloji xüsusiyyətlərinə görə dünyadakı daşlardan fərqlənir. 

Məlum olduğu kimi, buradakı böyük qaya parçalarından biri "Qaval daş" adlanır. 

Onun səthinə zərblə vurulduqda, qaval, dəf, nağara, təbil kimi səslənir. Məhz bu 

xüsusiyyətinə görə yerli əhali onu "Qavaldaş" adlandırıb.{9} 

     Mərhum  nağara  ifaçımız  Çingiz  Mehdiyevin  qavaldaş  üzərində  səsləndirdiyi 

əsrarəngiz Azərbaycan ritmlərini xatırlayırsınız hər halda.{9} 

     Diqqət çəkən cəhətlərdən biri də Qobustandakı qayaüstü  yazıların sırasında 

tarixin  digər  dövrlərinə  qədim  Roma  qoşunlarının  Azərbaycan  ərazilərinə 

gəldiyini  sübut  edən  dövrlərə  aid məlumatlardır.  Məsələn,  Roma  senturionları 

yürüş zamanı buradan ötərkən latın dilində yazılmış qayaüstü yazı miladi I əsrdə 

Roma  legionerlərinin  bu  yerlərə  gəldiyini  təsdiq  edir.  Tarixin  bu  əbədi  "daş 

yaddaşında"  Roma  imperatoru  Domitsian  Sezar  Avqust  Germanikin  adı  həkk 

olunmuşdur.{9} 

     Qobustanın  qayaüstü  rəsmləri  müasir  astronomiya  baxımından  da  diqqəti 

cəlb  edir.  Tədqiqatçıların  müəyyən  bir  qrupu  hesab  edir  ki,  qaya  daşları 

üzərindəki  qayıq  rəsmlərinin  burun  hissəsindəki  Günəş  təsvirləri  qədim 

insanların gecə və gündüz, yəni Günəşin çıxması və batması kimi astronomik təbii 



 

 

12 



hadisələrlə bağlı mifoloji təsəvvürlərindən yaranmışdır. Qədim insanlar təbiətin 

bu sirli və mühüm hadisəsini həqiqətən möcüzə sayırdılar.{9} 

     Astronom  A.Rüstəmov  belə  fərziyyə  irəli  sürür  ki,  qədim  insanlar 

Qobustandakı bu qayadan Günəş rəsədxanası, yaxud "Günəş saatı" kimi istifadə 

etmişlər. Digər maraqlı fakt isə odur ki, 1 nömrəli qaya taxçası tavanının kölgəsi 

səhərlər  Günəş  qalxarkən  bir  anlığa  səmavi  qayığın  rəsmi  ilə  üst-üstə  düşür. 

Mülahizələrə görə, ilin uzunluğunu hesablamağı öyrənmiş, qədim insanlar saat, 

sutka,  ay  və  mövsümi  rüblərlə  bağlı  təsəvvürə  də  malik  olmuşlar.  Qədim 

qobustanlılar ili, hər biri 40 gündən ibarət olan 9 aya bölürmüşlər.  Bunun parlaq 

nümunəsini qayaüstü rəsmlərdə açıq-aşkar görmək mümkündür. Bu üst Neolit 

dövrünün ən böyük kəşflərindən olub, bəşər cəmiyyətinin inkişafında xüsusi rol 

oynamışdır. Qəribədir ki, 40 gündən ibarət vaxt vahidindən ilin qış mövsümündə 

"çillo" adıyla istifadə olunması günümüzədək gəlib çıxmışdır.{9} 

     A.Rüstəmovun fıkrinə görə, Qobustan qayalarında işıq kölgə prinsipi ilə işləyən 

"Qnomon  təqvimi"  dünyada  bənzəri  olmayan  ən  mükəmməl  təqvimlərdən 

biridir.{9} 

     Qobustanın  dəqiq  tarixi  ilə  bağlı  müəmma  hər  zaman  alimlərin  qarşısında 

dayanan  mürəkkəb  məsələlərdən  biri  olub.  Ancaq  bu  suala  son  illər  aydınlıq 

gətirilib və tarixi məkanın qayaüstü rəsmlərinin üst paleolit dövrünün sonuna, 35 

min il əvvələ aid olduğu sübuta yetirilib.{9} 

     Təbiətin bizə hədiyyə olaraq bəxş etdiyi bu muzey həm də bir sıra  pirləriylə 

zəngindir. Burada həm qədim insana sığınacaq olmuş mağara-qayalıqlar, həm də 

onun  ulu  babalarının  yad  edildiyi  mərasimlərin,  ayinlər  və  ibadətlərin  həyata 

keçirildiyi ziyarətgahlar var. İndinin özündə də yerli ənənələrə uyğun olaraq, toy 

mərasimləri  zamanı  qoruğun  Böyükdaş  dağını  ziyarət  etmək  adəti  qalır.  O 

cümlədən,  yerli  əhali  bu  günədək  dilək  tutub  Kiçikdaşda  yerləşən  Qaraaltı 

pirindəki kol-kosa rəngarəng parçalar bağlayırlar.{9} 

     Tarixin  möcüzəsi olan  Qobustan  qayalarının  hələ  nə  qədər  açılmamış  sirləri 

var. Bu anlamda onun araşdırılması, öyrənilməsi və tədqiqi hələ uzun illər davam 

edəcək.  Onu  ən  qiymətli  tarixi  dəyərimiz  kimi  qorumaq  və  öyrənmək  isə  hər 

birimizin vətəndaşlıq borcudur. {9} 

 

      



Yüklə 441,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin