Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağcabədi Pedaqoji Kolleci “ Əməliyyat sistemləri”



Yüklə 19,2 Kb.
səhifə1/2
tarix10.05.2022
ölçüsü19,2 Kb.
#57239
  1   2
program əməliyyat sistemləri


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Ağcabədi Pedaqoji Kolleci

Əməliyyat sistemləri”

Fənninin

PROQRAMI

3007 – Komputer sistemləri və kompleksləri

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Ağcabədi Pedaqoji Kollecinin

Metodiki şurasının 12 fevral 2022-ci il

tarixli iclasının qərarı ilə təsdiq edilmişdir.

(Protokol №1)

Tərtib etdi:

Ağcabədi Pedaqoji Kollecinin S. Cəfərova

müəllimi

Redaktor:

Ağcabədi Pedaqoji Kollecinin S. Cəfərova

müəllimi

Rəy verənlər:

Metodkabinet müdiri: X. Ağayeva

Ağcabədi Pedaqoji Kollecinin S. Babayeva

fənn birləşmə rəhbəri:



İZAHAT VƏRƏQİ

Əməliyyat sistemləri fənninin tədrisinin məqsədi tələbələrə fərdi kompyuterlərdə istifadə olunan əməliyyat sistemlərinin məqsədini, onlara xas olan elementləri, tipləri və istifadə qaydalarını öyrətməkdir. Fənnin tədrisinə 60 saat (30 saat mühazirə, 30 saat məşğələ) vaxt ayrılmışdır.

Əməliyyat sistemləri fənninin tədrisi Windows sisteminin nümunəsində aparılır. Proqram bu sistemin komponentləri, əmrlər sistemi, interfeysi və onun sazlanma üsullarına aid mövzular daxil edilmişdir. Proqramda həmçinin fayl sistemi, Windows sisteminin qurğularının və proqramlarının qurulması və sazlanması, standart proqramların və inzibati alətlərin istifadəsi kimi vacib mövzuların şərhi nəzərdə tutulub.

Kompyuter texnologiyası və onun ayrılmaz hissəsi olan əməliyyat sistemləri də daxil olmaqla proqram təminatı mütəmadi olaraq təkmilləşdirilir. Bununla əlaqədar olaraq tədris edilən fənn üzrə proqramda da dəyişikliklər və əlavələr ola bilər.

Fənnin mənimsənilməsi nəticəsində təhsil alan bunları bacarmalıdır:


  • müxtəlif əməliyyat sistemlərini qurmaq, sazlamaq və xidmət etmək;

  • qarşıya qoyulmuş tapşırıqdan asılı olaraq sistemi optimal olaraq sazlamaq;

  • zədələnmələrdən sonra sistemi bərpa etmək;

  • sistem informasiyasının rezerv köçürməsini və arxivləşdirməsini həyata keçirmək.

Fənnin mənimsənilməsi nəticəsində isə təhsilalan bunları bilməlidir:



  • əməliyyat sistemlərinin quruluş prinsiplərini, tiplərini və funksiyalarını;

  • əməliyyat sistemlərinin xassələrini;

  • əməliyyat sistemlərinin modul strukturunu;

  • çoxprosessorlu sistemlərin xüsusiyyətlərini;

  • yaddaşın idarə olunmasını;

  • quruluş prinsiplərini və zədələnmələrdən, icazəsiz daxilolmalardan müdafiə;

  • şəbəkə əməliyyat sistemlərini.



Yüklə 19,2 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin