2.4 Azərbaycanda əlverişli xarici investisiya mühitinin yaradılması və onların səmərəliliyinin artırılması yolları
İnvestisiya qoyuluşlarının iqtisadi səmərəliyinin artırılması mühüm tədbirlərdəndir. Onun təmin edilməsi bir çox problemlərin həll edilməsini tələb edir ki, onlardan 2 ən vacibini ayıra bilərik:
-əlverişli investisiya mühitinin tışkil edilməsi üçün ümumi tədbirlərin keçirilməsinin vacibliyi. Bu tədbirlərin reallaşdırılması nəticə olaraq investisiya qoyuluşunun çoxalmasına gətirib çıxarır.
-investisiya qoyuluşlarının konkret bir istiqmətdə texniki təminatının yaxşılaşdırılması. Başqa sözlə desək, xarici investisya qoyuluşlarında yeni standartlara cavab verən texnologiyalara və texnikaya üstünlük verilməsinə cəhd edilməlidir.
İnvestisiyanın iqtisadi səmərəliyinin müəyyən olunması konkret bir metodologiyaya əsaslanır. Keçmiş ittifaq zamanında iqtisadiyyatda kapital qoyuluşlarının bölünməsində plan metoduna əsaslanmış olan metodika fəaliyyət göstərmiş və həmçinin, onun əsasında çox miqdarda metodiki sənədlər hazırlanmışdır. Bu qoyuluşların müəyyən edilməsinin geniş yayılan həmin metodikası müxtəlif cür istehsal məsrfələrinə və təyinatının həcminə əsaslanırdı. Həmin metodikaya əsasən qoyuluşların ən ideal variantı, onun sayəsində gələcək müəssisənin məhsulunun miqdarı ilə tikintiyə sərf edilən qoyuluşun həcmi səmərəlilik əmsalı ilə müəyyən olunurdu.
XX əsrin 70-ci illərində qoyuluşların iqtisadi əhəmiyyətliliyinin müəyyənləşdirilməsinə yeni yanaşma yaranmağa başlamışdır. Artıq iqtisadi əhəmiyyətliyin müəyyən olunmasında qeyri-stehsal sahələrinə əsaslı şəkildə vəsait qoyuluşlarının, digər sahələrin inkişafına ekoloji təsir hesabatlarının istifadə edilməsinə başlanılmışdır. Başqa sözlə desək, kapital qoyuluşlarının iqtisadi əhəmiyyətliliyinin obyektiv müəyyənləşdirilməsinə kompleks və tam yanaşma forması müəyyən olunmuşdur. Bu metodika qoyuluşların variantlarının seçilməsində əhəmiyyətli rol oynamışdır. Bu, həmin dövr üçün o qədər də asan bir iş deyildi. Ancaq, sonralar iqtisadi sistemdə yaranan ciddi fərqlər, xarici investisiya qoyuluşunun iqtisadi səmərəliyinin müəyyən olunmasında qabaqcıl dünya təcrübəsinə sahiblənməyi zərurətə çevirmişdir. İndiki zamanda investisyaların səmərəliliyinin müəyyən edilməsi hər bir ölkə üçün vacib bir məsələdir. Perespektiv inkişafın təmin edilməsində investisiyaların əhəmiyyəti onların yaratmış olduğu sosial-iqtisadi efektlə sıx əlaqədardır. BMT-nin Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq investisiyalara aid ən son hesabatında xarici investisyaları beş qrupda təsnifləşdirilmişdir:
1. investisiya qoyuluşlarının və maliyyə mənbələrinin artırılması;
2. daha mütərəqqi olan yeni texnologiyaların və texnikanın tətbiq edilməsi və inkişafı;
3. ixrac potensialının artırılması;
4. məşğulluq səviyyəsinin yüksəldilməsi;
5. ətraf mühitin qorunmasında müsbət təsir.
İqtisadi səmərəlik əmək məhsuldarlığının artırılmasında və vacib zəruriyyət kəsb edən başqa iqtisadi məsələlərin müsbət şəkildə həllində əks edilir. Bu yanaşmadan hal-hazırdakı şəraitdə qoyuluşların səmərəliyinin müəyyən edilməsinin əsasən 2-sosial və iqtisadi aspektləri fərqləndirilir.
İnvestisya qoyuluşunun iqtisadi aspektidə əhəmiyyətliliyin müəyyən edilməsi zamanı əlaqəli və əsas istehsal məsrəflərinin daha da ətraflı şəkildə nəzərə alınmasına cəhd edilir. Burada ümumi məsrəfdə istehsalçıda, həmçinin istehlakçıda yaranmış olan effektin miqdarı müəyyənləşdirilir və ümumi iqtisadi əhəmiyyətlilik alınan efektin qoyuluşlara münasibəti olaraq dəyərləndirilir. Bu vaxt ümumiləşdirici göstərici olaraq xidmətin və ya məhsulun həcminin artımı təmin edildikdə kapital tutumunun dərəcəsi, məhsulun maya dəyəri, əmək məhsuldarlığı, məhsulun texniki keyfiyyət səviyyəsi, istehsalın davamlığı, xidmətin və ya məhsulun enerji və material tutumu, layihə gücünün mənimsənilməsi, ətraf mühitin mühafizəsi və b. müəyyən olunur.(28)
İnvestisiya qoyuluşlarının sosial nəticələrinin müəyyən edilməsi onun sosial standartlar, normalar, insan hüquqlarının qorunmasına əsasən uyğunluğunun müqayisəsini əks etdirir. İnvestisiya qoyuluşlarının sosial nəticələrini özündə əks etdirən göstəricilərə aşağıdakılar aiddir:
1. iş yerlərinin kəmiyyət dəyişikliyi;
2. əhalinin mədəni-məişət və yaşayış şəraitinin yaxşılaşması;
3. əmək şəraitinin dəyişdirilməsi;
4. istehsal heyyətinin strukturunun dəyişməsi;
5. əhalinin sağlamlıq səviyyəsinin yüksəlməsi;
6. əhalinin başqa-başqa təlabatlarının ödənilməsində olan müsbət dəyişiklik.
İnvestisya qoyuluşlarının əhəmiyyətliliyi bir çox aspektdə, həmçinin, ümumilikdə ölkə iqtisadiyyatı eyni texnologiyalara əsaslanmış olan iri müəssisələr qrupu dərəcəsində hesablandığı vaxt formulda əks olunmuş göstəricilər müvafiq şəkildə kapital qoyuluşları nəticəsində gəlirin artımının bütün maliyyə mənbələrinə əsasən kapital qoyuluşlarına nisbəti olaraq əks etdirilir. Yeni yaradılan müəssisələr səviyyəsində layihə üzrə məhsul buraxılışının qiymətilə illik məhsul dəyəri arasında mövcud olan fərqin kapital qoyuluşlarına olan nisbəti əks olunur.
Makrosəviyyədə ehəmiyyətlilik göstəriciləri ümumi şəkildə iqtisadi maraqları, onun reallaşdırılması prosesində iştirak edən sahələrin, firmaların və regionların maraqlarını özündə əks etdirir. Bu tərəfdən makrosəviyyədə qoyuluşların iqtisadi əhəmiyyətliliyi aşagıdakı düsturla təyin olunur:
Qeyd etmək lazımdır ki, investisiya qoyuluşuna əsasən əldə edilən iqtisadi səmərənin çoxalması sadəcə milli gəlirin çoxalması deyil, həmçinin, investisya qoyuluşlarının sosial olaraq aspektini əhatələndirən keyfiyyət dəyişkənliklərini əhatə edir. Bütövlükdə götürdükdə, başqa-başqa qoyuluşların müqayisə edilməsi və ən əhəmiyyətli olanının seçilməsi prosesində üstünlük onlardan daha çox iqtisadi müsbət olan effektlərə səbəb olana verilir. İnvestisiya qoyuluşu ilə əlaqədar layihənin nəticələrinin daxilinə dəyər formasında aşağıdakı göstəricilər daxil edilir:
1. ekoloji və sosial nəticələr. Qoyuluşlarının iştirakçılarının birlikdə fəaliyyəti nəticəsində, həyata keçirildiyi ərazidə əhalinin sağlamlığına, ekoloji və sosial mühitə göstərilmiş olan təsir bu göstərici ilə müəyyən edilir;
2. xarici dövlətlərin, firmaların və bankların öhdəlikləri;
3. son istehsal nəticələri. Həmin göstərici qoyuluş nəticəsində istehsal ediləcək məhsulun xarici və ya daxili bazarda reallaşmasından, qoyuluşun tsikli müddətində yerli müəssisələrdən tərəfdaş olaraq istifadə olunmasından və digər fəaliyyətdən əldə edilən gəliri əks etdirir;
4. birbaşa maliyyə nəticələri və kreditlər. Bu göstərici birbaşa olan sərmayeləri, dolayı maliyyə nəticələrini özündə əks etdirir. Buraya qoyuluşların reallaşdırılmasında birbaşa olaraq iştirak etməyən fiziki və hüquqi şəxslərin gəlirlərində, mülkiyyətin müxtəlif cür növlərinin bazar qiymətində olan dəyişiklik daxildir.
Xarici dövlətlərin iştirakı vasitəsilə iri həcimli qoyuluşların reallaşdırılması zamanı iştirakçı olan ölkələrin iqtisadiyyatında əmələ gələn təsir effekti həmin dövlətin beynəlxalq səmərəliyini şərtləndirir. Bu vaxt beynəlxalq miqyasda olan hər növ xidmətlər və əmtəənin qiymətləri əsas götürülmək şərtilə səmərəliliyin müəyyən edilməsi başlıca məqsəd olaraq qiymətləndir. Bu halda nəticələrin tərkibinə aşağıda göstərilən göstəricilər daxil olunur:
● investisiya qoyuluşunun reallaşdırıldığı ərazidə iştirakçıların birlikdə fəaliyyəti nəticəsində əldə edilən ekoloji və sosial nəticələr;
● istehsal edilən məhsulun reallaşdırılmasından qoyuluşun iştirakçılarının qazandıqları son istehsal nəticələri;
● qoyuluşda birbaşa olaraq iştirak etməyən tərəflərin mənfəətlərində baş vermis olan dolayı maliyyə nəticələri.(26)
İnvestisya qoyuluşlarının iqtisadi səmərəliyinin müəyyən edilməsi zamanı kəmiyyətcə qiymətləndirilmə prosesi mümkün olmayan sosial, ekoloji, siyasi və başqa nəticələrə əlavə əhəmiyyətlilik amilləri olaraq baxılır və həmçinin, dövlət tərəfindən investisiya yatırımlarının reallaşdırılması vaxtı nəzərə alınır.
Bazar şəraitində uzunmüddətli xərc, gəlir gətirəcəyi ehtiva edilən investisiya yatırımlarının səmərəliliyinin investora qabaqcadan məlum olması vacib bir şərtdir. Azad rəqabət mühitində xüsusi sahibkarlıq üçün geniş şəkildə imkanların əmələ gəlməsi və investisiya fəaliyyətinin müxtəlifliyi kapital sahibinin daha da diqqətli olmasını istəyir. İnvestisiya xarakterli olan idarəetmə qərarlarının qəbul edilməsi prosesinin əsasında investisiya ilə gələcəkdə daxil ediləcək pul həcmlərinin qiymətləndirilməsi və müqayisəsi dayanır.
Müqayisə olunan göstəricilər müxtəlif zaman anlarına aid olduğu üçün burada başlıca problem onların müqayisə edilməsidir. Mövcud şəraitdə, həmçinin, inflasiya tempindən, daxilolmalardan, investisiyaların ölçüsündən, proqnozlaşdırma vaxtından və s. asılı olaraq bu məsələyə müxtəlif formada yanaşmaq mümkündür.
Hal-hazırda investisya yatırımlarının iqtisadi səmərəliyinin müəyyən olunması istiqamətində müxtəlif cür metodlardan istifadə edilir ki, onlarda diskontlaşdırılmış və uçot qiymətləndirməyə əsaslanan 2 qrupa ayrılır. Diskondlaşdırma bütün növ xərclərin uçotunu ehtiva edir. Bu zaman sadəcə bütün hiss edilən material xərcləri yox, həmçinin, mənəvi məsrəflər nəzərə alınır. Məsrəflərin və faydaların qiymətləndirilməsi zamanı son nəticə araşdırılır.
İnvestisiya qərarlarının qəbul edilməsi prosesinin mənbəyində nəzərdə tutulan investisiya və gələcəkdə daxil ediləcək vəsaitin müqayisə olunması və qiymətləndirilməsi dayanır. Müqayisə olunan göstəricilər müxtəlif zaman anlarına aid olduğuna görə, burada əsas problem onların uyğun olmağıdır.
Müstəqillik qazandıqdan sonra respublikamızda gorulən iqtisadi islahatların vacib istiqamətlərindən biri də xarici investisiya yatırımının səmərəliyinin artırılmasıdır. Bu istiqamətdə görülən işlərdən biri xarici əlaqələrin liberallaşdırılmasıdır. Liberallaşma tədiyyə balansının cari əməliyyatlarını, həmçinin, kapitalın hərəkətli hesablarını özündə birləşdirir. Bu aspekdən ilkin formada cari əməliyyatlar üzərində qoyulan məhdudiyyətlər qısa vaxt ərzində götürülmüşdür. Cari valyuta əməliyyatlarında məhdudiyyətin olmaması müvafiq olaraq qanunvericilikdə də təsbit olunmuşdur.
Ölkəmiz BVF ilə sazişində 8-ci maddəsinə qoşulmuşdur. Ölkəyə valyuta mədaxilinin məcburi formada satışı qaydası da ləğv edilmişdir.
“Valyuta tənzimlənməsi haqqında” Qanununa əsasən kapitalın hərəkəti ilə əlaqədar valyuta əməliyyatlarına aşağıdakılar aiddir:
Birbaşa investisiyalar gəlir əldə etmək üçün müəssisənin nizamnamə kapitalına qoyulmuş sərmaye; qiymətli kağızların əldə olunması;
Torpaqda daxil edilməklə qurğular, binalar, həmçinin, daşınmaz əmlak üzərində digər hüquqların ödənilməsinə əsasən köçürmələr;
Xidmət və əmtələrin idxalı və ixracı üzrə 180 gündən çox müddətə ödəniş vaxtının verilməsi;
Xarici kapitalın ölkəyə daxil edilməsi üzərində məhdudiyyət yoxdur.
Respublikamız birbaşa xarici investisya qoyuluşlarından adambaşına düşən paya əsasən nəinki MDB-də, həmçinin, Şərqi Avropa ölkələri sırasında ən qabaqcıl yerlərdən birində durur. Dövlət, həmçinin, başqa iqtisadi subyektlər dünyanın əsas beynəlxalq kredit təşkilatları və yüksək reytinqə malik xarici banklarla əməkdaşlıq yaratmış və onlardan iri həcmdə uzunmüddətli formada borc vəsaitləri cəlb ediblər.
Səmərəliyin artırılmasında ölkədə mövcud olan bank sistemində xarici kapitalın iştirak etməsi əhəmiyyətli şəkildə liberallaşdırılmışdır. Bank sektorunda xarici bank kapitalının iştirak etmə limiti aradan qaldırılmışdır. Qanunvericiliyə əsasən xarici investorlar tərəfindən qazancın repatriasiyasına icazə verilmişdir. Hazırda ölkədən kapitalın çıxmasına “Valyuta tənzimi haqqında” qanunun səkkizinci maddəsində göstərilən qaydada riayet edilir.
İnvestisiyaların tələb edilən keyfiyyət və həcmin təmin olunması üçün ölkədə investisiya şəraitinin daha çox yaxşılaşdırılması qarşıda dayanan vacib vəzifələrdən biridir. Bunun üçün aşağıda qeyd edilən tədbirlər reallaşdırılır:
- korporativ idarəetmənin yüksəldilməsi, təkmilləşdirilməsi və şəxsi mülkiyyətin qorunması;
- investorların hamısı üçün əlverişli rəqabət şəraitinin təşkil edilməsi;
- stabil hüquqi rejimin təmin olunması üçün dövlətin rolunun daha da artırılması;
-investisiya fəaliyyətinin hüquqi bazasının daha çox inkişaf etdirilməsi;
- investisiya obyektlərinin təhlili və seçilməsi üçün müəssisələr barəsində investorların məlumatlandırılmasının yaxşılaşdırılması;
- qoyulan əmanətlərin investisiyalara səmərəli şəkildə transformasiyasını təmin edən institutsional infrastrukturun inkişafına köməyin çoxaldılması;
- biznesin informasiya ilə təmin olunmasının yaxşılaşdırılmasına, statistikanın, mühasibat uçotunun beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməsi.
Xarici investorların maraqlarının qorunması tərəfdən ölkəmizin iqtisadiyyatının üstünlüklərini 2 qrupda birləşdirmək olar:
1-ci qrupa aid amillərə inkişaf etməkdə olan dövlətlərə, həmçinin, ölkəmizə xas olan üstünlükləri göstərə bilərik.
2-ci qrupa aid üstünlüklərə birbaşa olaraq ölkəmizə məxsus üstünlükləri göstərə bilərik. İnkişaf etməkdə olan dövlətlərə, həmçinin, ölkəmizə aid üstünlüklərə aşağıdakıları göstərə bilərik:
-inkişaf potesialı inkişaf etməkdə olan ölkə olduğu üçün inkişaf etmiş dövlətlərdə nisbətdə dəfələrlə artıqdır. Nə qədər çox inkişaf o qədər çox qazanc əldə etmək şəraiti deməkdir. Həmin prinsip dünyada olan transmilli şirkətləri daha da çox inkişaf etməkdə olan dövlətlərə investisiya qoymağa ruhlandırır;
-iri firmalar az inkişaf etdiyinə görə, daxildə rəqabət o qədər güclü deyil;
-inkişaf etməkdə olan dövlətlər yüksək risk müqabilində daha çox qazanc əldə etməyə malikdirlər;
-inkişaf etməkdə olan dövlətlərdə xarici investorlar bürokratik problemlərlə yerli investorlarlarla nisbətdə daha az qarşılaşırlar.
Birbaşa olaraq Azərbaycana xas olan üstünlüklərə aşağıdakıları nümunə olaraq göstərə bilərik:
-Ölkəmizin əlverişli coğrafi-nəqliyyat mövqeyinə malikliyi ilə bərabər, inkişaf etmiş beynəlxalq dərəcəli nəqliyyat şəbəkəsi vardır. Bu da öz növbəsində xariclə əlaqələr yaratmaq imkanını asanlaşdırır;
-Zəngin təbii və iqtisadi potensiala malikdir;
-Bir çox texniki-iqtisadi bazaya malik olan sənaye müəssisələri, infrastruktur obyektləri və istehsal sahələri də mövcuddur;
-Güclü elmi-texniki potensial, ixtisaslı kadr ehtiyatı vardır;
-Xarici investisiyaların cəlb edilməsi, onun müdafiəsi və xarici iqtisadi əlaqələrin liberallaşdırılması, inkişafı barədə bir sıra əhəmiyyətli hüquqi-normativ aktların və qanunların qəbul edilməsi və onların reallaşdırılması məqsədilə təşkilati-idarəetmə mexanizminin yaradılması;
-Dünyanın bir çox nüfuzlu xarici şirkətləri ilə bərabər təsərrüfatçılıq fəaliyyəti ilə məşğul müəssisələrin yaradılması;
-Dünyanın əsas ölkələri ilə dövlətlərarası müqavilələrin bağlanması, beynəlxalq saziş və müqavilələrə qoşulma, regional və beynəlxalq iqtisadi təşkilatlara və təşkilatlabirliklərə daxil olma və s. Respublikamızın malik olduğu bu keyfiyyətlərdən istifadə edərək investisiyaların cəlb olunmasını inkişaf etdirmək, biznesin inkişafına mane olan maneələri götürmək lazımdır.
Xarici investorlar keçid formalı iqtisadiyyatlı ölkələrə investisiya yatırarkən 3 əsas riski qiymətləndirirlər:(21)
- valyuta məzənnə riski
- institutusional risk – vergi rejimi, korrupsiyanın səviyyəsi və hüquqi tənzimləmə;
- siyasi risklər - siyasi azad lıqlar
Ölkəmizin ümumi investisiya siyasəti hazırlanarkən risklərin ən az səviyyəyə, daxili istehlak və istehsal bazarına investorların daxil edilməsinə əlverişli mühit yaradılmalı, istehsal sahəsinə investisiyaların 2 ildən çox müddətə cəlb olunması stimullaşdırılmalı, investorlara kapital yatırılması üçün biznes şəraitinin cəlbedici olduğu barədə tam şəkildə məlumat verən, beynəlxalq təşkilatlar tərəfindən müəyyən olunan reytinqlərin çoxaldılması istiqamətində iş aparan dövlət agentlikləri təşkil edilməlidir. UNCTAD-ın məlumatına görə, 2010-cu ildə bir çox dövlətlərdə dövlət tənzimlənməsində 149 sayda dəyişiklik olunmuşdur. Bu dəyişikliklərdən 101-i liberallaşma, məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədardır. Maliyyə böhranı ilə bağlı olaraq xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar liberallaşdırılma prosesləri nisbətən azalmışdır. 2004-cü ildə tənzimləmədə 270 sayda dəyişiklik olub. Bu dəyişikliklərdən 234-ü yumşaldılmaya aid edilir. Azərbaycan son on ildə iqtisadi sahədə inkişaf dövrünü yaşayır. Həmin dövr müddətində sənaye istehsalı 3 dəfə çoxalmış, ölkədə işsizlik kəskin formada azalmışdır. Hal-hazırda işsizlik səviyyəsi dövlətdə 5% təşkil edir. Xarici dövlət borcu ÜDM-in cəmi 12%-ni əhadə edir. Bu limit müasir böhran şəraitində dünyada ən uğurlu nəticələrdən biri olaraq qiymətləndirilir.
Qeyri-neft sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişaf etməsinə təsir edən amillər sırasında iqtisadiyyatın bazar prinsipləri fonunda formalaşması, iqtisadi islahatların düzgün şəkildə reallaşdırılması və yeni mülkiyyət formalarının yaranması da mühüm əhəmiyyət kəsb etmişdir. Son iki ildə Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının "Doing Business-2013" hesabatına görə daşınmaz əmlakda hüquqların qeydiyyata alınması sahəsində 183 dövlət arasında 9-cu yerdədir. Keçən dövr müddətində özəl sektorun göstərdiyi fəaliyyəti tənzimləyən, qeyri-neft sənayesinin inkişaf etməsi üçün zəruri olan prosedur, qaydalar xeyli şəkildə liberallaşdırılmış və bu istiqamətdə dövlət maliyyə köməyi mexanizmi işə salınmış, idxal prosesində rüsumların 15 %-lik maksimal həddi təyin edilmiş, qazanc vergisinin dərəcəsi 20 %-ə qədər azaldılmış, sahibkarların hüquqlarının müdafiə edilməsinin işlək mexanizmləri təşkil edilmiş və təsərrüfat subyektlərinin qeydiyyata alınması prosedurları daha da sadələşdirilmişdir.
Prezidentin 30 mart 2006-cı il tarixli sərəncamı vasitəsilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf etməsinə, bu sahələrdə mövcud olan müəssisələrin texnoloji və maddi bazasının yeniləşdirilməsinə investisiya yatırımının təşviqi üçün Azərbaycan İnvestisiya Şirkəti təsis edilmişdir. Biznes fəaliyyətinin inkişaf etməsinə dəstək olmaq üçün Prezident yanında Sahibkarlıq Şurası təsis edilmişdir. Qeyri-neft sektoruna maliyyə formasında dəstəyi daha çox yaxşılaşdırmaq üçün xarici investorların təsisçiliyi vasitəsilə mikrokredit bankının təsis edilməsi istiqamətində görülmüş işlərin inkişaf etdirilməsi və həmin bankların təsis edilməsinə nail edilməsi bu sahədə fəaliyyət göstərməyə başlayanların başlıca kapital problemlərini həlli yolunda "yaşıl işıq" yandırmışdır. Dövlətdə kreditlərə əsasən formalaşmış illik faiz səviyyələrini aşağı salmaq üçün mərkəzləşdirilmiş uçot dərəcələrinin aşağı düşməsi, Mərkəzi Bank tərəfindən kreditlərə əsasən uçot dərəcəsinin 10 %-dən 7 %-ə endirilməsi işgüzar şəraitinin fəallığına təsir etmişdir.
Ölkədə sənayenin, özəl sektorun, iqtisadiyyatın inkişafına mane olmuş amillər arasında fəaliyyət sahələrinin lisenziyalaşdırılmasının qeyri-mükəmməlliyi və həmçinin, bu səbəbdən bürokratik manelərin əmələ gəlməsi kimi mənfi halların qarşısının əvvəlcədən alınması yönündə də ciddi addımlar atılmışdır. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti və iqtisadi sahələrinin sayı aşağı düşmüş və bu istiqamətdə əlverişli mühitin yaradılması üzrə vacib qanunvericilik sənədləri qəbul olunmuşdur.
Ölkəmiz Dünya Bankının adambaşına düşən gəlir təsnifatına əsasən "yuxarı orta gəlirli" dövlətlər qrupuna başqa MDB ölkələri ilə nisbətdə daha tez daxil edilmişdir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına məxsus İnkişaf Proqramının insan inkişafıyla əlaqədar 2010-cu il hesabatına görə, "orta insan inkişafı" dövlətləri qrupundan çıxaraq "yüksək insan inkişafı" dövlətləri qrupuna daxil olmuşdur. Makroiqtisadi sabitliyə əsasən ölkəmiz dünyada 18-ci yerdə qərarlaşmışdır.
Ölkəmizdə qeyri-neft sektorunda, həmçinin, qeyri-neft sənayesində son illər ərzində müşahidə olunan dinamik şəkildə inkişaf tendensiyası reytinq agentliklərindən ölkənin reytinqini çoxalmasında da əsas olaraq nəzərə alınıb.
Azərbaycan Respublikası son illər ərzində qazandığı iqtisadi artım templərinə əsasən birincilər sırasında yer tutumuşdur.
Biznes mühitinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin nəticəsi kimi, bu gün ölkə iqtisadiyyatının təxminən 80%-i özəl sektora məxsusdur. Sahibkarlıq fəaliyyətinin reallaşdırılması üçün prosedur və qaydaların sadələşdirilməsi, biznesin elektron formada qeydiyyatı, vergi sisteminin elektronlaşdırılması, “vahid pəncərə” nin tətbiq edilməsi, informativ və interaktiv məlumat xidmətlərinin göstərilməsi aparılmış islahatlar arasında yer tutur. Buna görə, Dünya Bankı tərəfindən nəşr olunan biznes fəaliyyətinin sadəliyinə aid hesabatda ölkəmiz 2005-ci ildən etibarən ən yaxşı göstəriciyə tərəf istiqamətlənən 50 ölkə sırasında 15-ci yerdə qərarlaşmışdır. Reallaşdırılan islahatlarla yanaşı normativ-hüquqi bazanın təkmilləşdirilməsi və möhkəmləndirilməsi, beynəlxalq sazişlərin imzalanması ölkəmizin yerli sahibkarlarla bərabər, xarici investorlara görə də etibarlı şəkildə biznes mühitinə çevrilməsinə şərait yaratmışdır. 46 ölkə ilə birlikdə investisiyaların təşviqi və qarşılıqlı qorunması barədə, bununla yanaşı, 45 ölkə ilə ikiqat formada vergitutmanın götürülməsinə aid sazişlər imzalayan ölkəmiz xarici sahibkarların hüquqlarını qoruyan konvensiyalara da üzvdür.
Bunlarla bərabər, özəl sektor ilə dövlət arasında vasitəçi olan orqan olaraq yaradılmış institutsional mexanizmlər ölkə tərəfindən sahibkarlığın inkişaf edilməsinə göstərilən dəstəyin nümunəsidir. Xarici investorlara və yerli ixracatçılara müxtəlif xidmətlər göstərən ölkəmizdə İnvestisiyaların və İxracın Təşviqi Fondu, sahibkarlar üçün kreditlər verən Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Kreditlərinə əsasən Dövlət Agentliyi xarici və yerli investorlarla bərabər investisiya layihələri reallaşdıran Azərbaycan İnvestisiya Şirkəti və yeni yaradılan sənaye məhəllələrinin, sənaye parklarının qarşısında qoyulan başlıca vəzifə ölkədə iqtisadiyyatının qeyri-neft sektorundakı inkişaf etməsi stimullaşdırmaqdır. Bununla bərabər, növbəti illərdə iqtisadiyyatın dayanıqlı və tarazlıqlı inkişaf etməsini təmin etmək üçün yüksək rəqabət qabiliyyətinə sahib məhsulların ixracının və istehsalının inkişaf etdirilməsi, bunun üçün investisiya və biznes mühitinin daha da çox yaxşılaşdırılması, beynəlxalq bazarlara çıxışda dövlət dəstəyinin artırılması, xarici ticarət prosedurlarının sadələşdirilməsi zəruridir.(8;12)
Bununla bərabər, investisiya mühitinin daha çox inkişaf etdirilməsi istiqamətində aşağıda göstərilən tədbirlərin reallaşdırılması məqsədəuyğundur:
1. Bələdiyyələr və dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərinə, həmçinin, xarici investorlara təqdim edilən xidmətlərin keyfiyyətinin çoxaldılması, onların əhatəsinin inkişaf etdirilməsi və həmin sahədə şəffaflığın çoxaldılması məqsədi vasitəsilə elektron xidmət növlərinin genişləndirilməsi;
2. sahibkarlıq subyektlərinin, həmçinin, xarici investisiyaya malik hüquqi şəxslərin qeydiyyatı, kommunal şəbəkələrə qoşulma, tikintiyə icazələrin verilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı, işçi qüvvəsinin cəlb edilməsi, eyni zamanda xarici investisiyaların cəlb edilməsi, təşviqinə və qorunmasına yönəlmiş qanunvericilik aktlarının təkmilləşdirilməsi, həmçinin, xarici ölkələrlə investisiyaların qarşılıqlı şəkildə qorunması, təşviq olunması sahəsində ikitərəfli şəkildə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi;
3. müvafiq dövlət orqanlarından sahibkarlıq subyektlərinə, həmçinin, xarici investorlara “vahid pəncərə” fikri əsasında göstərilən xidmətin genişləndirilməsi;
4. İxracatçılara və xarici investorlara xidmət göstərən ixracın və investisiyaların təşviqinə əsasən institutsional mexanizmlərinin gücləndirilməsi, ən qabaqcıl şəkildə beynəlxalq təcrübəyə uyğun şəkildə təkmilləşdirilməsi;
5. ölkə iqtisadiyyatına, əsasən də iqtisadi subyektlərin layihələrinə BXİ-ın qiymətli kağızlar bazarı ilə cəlb olunmanın stimullaşdırılması, bunun üçün də qiymətli kağızlar bazarının institutusional şəkildə inkişafı, maliyyə vasitəçiliyi, kollektiv investisiya sxemlərinin fəaliyyətinin təşviqi və təşkili, qiymətli kağızlar bazarında təklif və tələbin dəstəklənməsi, maliyyə şəffaflığı prinsinplərinin, korporativ idarəetmənin tətbiq edilməsinin inkişaf etdirilməsi, qiymətli kağızlar bazarına aid normativ-hüquqi bazanın inkişaf etdiirlməsi və qiymətli kağızlar bazarına aid peşəkar hazırlığın və məlumatlılığın yüksəldilməsi;
6. ölkəmizin ÜTT-yə üzvlüyünün sürətinin artırılması;
7. regional inteqrasiya bloklarında fəal şəkildə iştirakı, region ölkələri ilə ikitərəfli şəkildə müqavilə imzalayaraq xarici ticarətlə əlaqədar qarşılıqlı formada güzəştlər əldə etmək;
Xarici formalı kompaniyalardan xüsusilə gəlir vergisi, ƏDV tutulur. Gəlir vergisi dünya üzrə fərqlənir. Bu vergi Fillandiyada 37%, Belçikada 30-39%, Böyük Birtaniyada 25-35%, Almaniyada 56%, Yaponiya və İspaniyada isə 35% təşkil olunur. Digər dolayı vergilərdə əsas yeri ƏDV tutur. Respublikamızda bunun tutulması 18%, Belçikada 19%, Böyük Birtaniyada 15%, İtaliyada 19%, Fransada 18.6% təşkil olunur. Bir sıra dövlətlərdə xüsusi regionlar var ki, orada fəaliyyətdə olan xarici kompaniyalara güzəştli şəkildə vergi tətbiq olunur və yaxud da onlar vergidən tamamilə azad edilirlər, texnoloji parklar, azad iqtisadi zonalar və s. nümunə olaraq göstərə bilərik.
Fransada xüsusi olan sahibkarlıq zonaları adlanan ərazilərdə əmələ gətirilən müəssisələrə vergi rejimi tətbiq olunur. Burada fəaliyyətdə olan kompaniyalar ilk 10 ildə vergidən azad edilirlər. Xarici investora vergi güzəşti edən ölkələrdən, Antil adaları, Normand adaları, Bermud adaları, Lixtenşteyn və s. nümunə olara göstərə bilərik.
Ölkəmizin iqtisadiyyatının modernləşdirilməsinin prinsipal və əsas şərtlərindən biri əmlak hüququnun varisliyini, mülkiyyət hüquqlarının reallaşmasını təmin edən sabit, dəqiq və etibarlı mexanizmlərin formalaşdırılmasıdır. Respublikamızda mülkiyyət inistutlarının başlıca istiqaməti - əmlak hüququyla əlaqədar mülkiyyət münasibətlərinin möhkəmləndirilməsidir. Daşınmaz əmlak, qiymətli kağız və b. mülkiyyət sahiblərinin hüquqlarının qorunma prosesinin təkmilləşdirilməsi, qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilən başqa-başqa mülkiyyət tiplərinə hüquqların dövlət tərəfindən, həmçinin, başqa şəxslər tərəfindən qeydiyyatı mexanizminin təkmilləşdirilməsi, mülkiyyət hüquqlarının etibarlı və səmərəli qeydiyyat sisteminin, həmçinin, bağlanılan hüquqi subyektlər və əməliyyatlar haqqında informasiyanın müddətsiz olaraq saxlanması üçün təkmilləşdirilmiş bir sisitemin formalaşdırılması təşkil edilməlidir.
İnkişaf etmiş biznes infrastrukturuna sahib olan ölkələr investorları daha çox cəlb edir.
Bazar müstəqil şəkildə investisiya şəraiti yarada bilməz və bu ilk əvvəl dövlətin qayğısıdır. İnvestisiyanın canlandırılması və səmərəli şəkildə investisiya siyasətinin reallaşdırılmasında dövlətin xüsusi rolu vardır.
İqtisadiyyatın transformasiyası müddətində bu xüsusi ilə vacibdir.
Sənaye sahələrinə yatırılan xarici investisyalar həcm baxımından azdır. Bunun bir çox səbəbi mövcuddur. Qarabağ problemi həll edilməmiş olduqca xarici investorlar tam şəkildə risk etmək istəmirlər. Başqa tərəfdən xarici investisyaların azalması ölkə daxili investisyanın artması ilə də izah edilə bilər. Neftdən gələn mənfəət iqtisadiyyatın başqa sahələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu səbəblərdən, son zamanlar ölkəyə qoyulan xarici investisiyaların müəyyən qədər azalması baş vermişdir.
İnvestisiya fəallığının artırılması və iqtisadi yüksəliş üçün mövcud olan potensialından maksimum dərəcədə istifadə etmək üçün dövlətin səmərəli makroiqtisadi siyasəti mövcud olmalıdır. Bu vəziyyətdə daxili investisiya iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olaraq çıxış edə bilər. Uzun müddət davam edən investisiyalaşdırma prosesi üçün kommersiya banklarını daha çox stimullaşdırmaq üçün müəyyən hüquqi və vergi güzəştlərin verilməsi, fəailyyətinin qiymətləndirilməsi və nəzarət olunması qaydalarının beynəlxalq standartlara cavab verməsi, vəsaitlərin prioritet sahələrə yerləşdirilməsinin və əmanətlərin mükafatlandırılmasının işlək və çevik əmtəə dövriyyəsi infrastrukturunun və mexanizminin və b. formalaşdırılması əsas məsələlərdən biridir.
Hal-hazırda ölkəmizdə iqtisadi islahatların davamı, biznes mühitinin daha çox inkişaf etdirilməsi, neft sektoru ilə yanaşı qeyri-neft sektorunun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər reallaşdırır.
Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrə investisiya cəlb edilməsinin vacib amillərindən biri özəlləşdirmənin genişləndirilməsi prosesi olmuşdur. Macarıstan, Çexiya, Polşa kimi dövlətlərin xarici investisiya cəlb edilməsindəki uğurları ilk olaraq bu amillə əlaqədardır.
Prezidentin sərəncamları vasitəsilə yeni sahələrin, həmçinin, xarici investorlar üçün cəlbedici olan metalurgiya, energetika, kimya, maşınqayırma, rabitə, nəqliyyat və başqa sahələrdə fəaliyyətdə olan şirkətlərin özəlləşdirilməyə açılması investisiya axınına güclü şəkildə təkan verməkdədir. (23)
Sabitlik sahibkarlıq risklərinin azaldır, sosial bərabərsizliyin səviyyəsini aşağı salır. Əlverişli investisiya şəraitinin yaradılmasında əsas vəzifə və məqsədlər ümumiqtisadi inkişaf strategiyasıyla uzlaşmalıdır. Buna görə ölkəmizdə investisiya şəraitinin köklü formada yaxşılaşdırılması yaxın onillik ərzində ən əsas məqsədlərindən birinə çevrilməlidir. Fikrimcə, hazırki inkişaf müddətində, bunu təmin etmədən dayaqlı və davamlı iqtisadi inkişafı təmin etmək qeyri-mümkündür.
Nəticə
Dünyanın dinamik şəkildə inkişaf edən ölkələri arasında yer alan Azərbaycan reallaşdırılan uğurlu siyasətin nəticələrindən biri olaraq sosial-iqtisadi tərəqqidə özünəməxsus bir modelin əsasını qoyaraq günbəgün qüdrətlənən və inkişaf edən bir ölkəyə çevrilmişdir. Qazanılan uğurların miqyasının davamlı şəkildə genişləndirilməsi ölkəmizin böyük nailiyyətlərə imza atmaqla və inamla irəlilədiyi inkişaf yolunun əsas istiqamətidir. Bu, o deməkdir ki, iqtisadiyyatda keçid dövrünü uğurlu şəkildə başa vurduqdan sonra ölkəmiz bazar iqtisadiyyatı mühitində sonralar da öz inkişafını davam etdirib daha da qüdrətli bir dövlətə çevrilməsini təşkil edəcəkdir.
İqtisadi baxımdan davamlı şəkildə inkişaf edən, paralel olaraq siyasi islahatlar aparan ölkəmiz bununla beynəlxalq miqyasda qazanmış olduğu nüfuzunun daha da artmasına nail olur. Beynəlxalq arenada Azərbaycanın mövqeyinin mütəmadi olaraq güclənməsinə təkan verən vacib amillərdən biri də enerji təhlükəsizliyi sahəsində ölkəmizin artan rolu və həmçinin, həyata keçirmiş olduğu fəal investisiya siyasətidir. Hal-hazırda ölkəmiz dünyanın ən qabaqcıl potensial investorlarından birinə çevrilməkdədir. Azərbaycan sərmayəsini gözləyən bir çox xarici ölkələrin sayı durmadan artmaqdadır. Böyük maliyyə imkanlarına malik olan Azərbaycan öz növbəsində, maraqlarının təmin edilməsi şərtilə son illərdə ayrı-ayrı xarici ölkələrə investisiyalar yatırır.
Xarici investorların qazanc əldə etmək üçün sahibkarlıq fəaliyyəti və digər növ fəaliyyət obyektlərinə qoymuş olduqları əmlakın və onun hüquqlarının hər növü, həmçinin, əşya hüquqlarına aid olmayan başqa hüquqlar xarici investisiyaya aiddir. Xarici investorlar ölkəmizdə aşağıdakı yollarla investisiya qoya bilərlər:
- Respublikanın vətəndaşları və hüquqi şəxsləri ilə birlikdə yaradılan müəssisələrdə payçılıq iştirakı;
- Tamamilə xarici investorlara məxsus müəssisələr yaradılması;
- Müəssisələrin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, istiqrazların və səhmlərin və digər qiymətli kağızların, həmçinin, Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq xarici investorlara məxsus olan başqa əmlakın əldə olunması;
4. Torpaqdan və digər təbii ehtiyatlardan istifadə etmək hüquqlarının, həmçinin, digər əmlak hüquqlarının əldə olunması;
5. Ölkəmizi hüquqi vətəndaşları və şəxsləri ilə xarici investisiya qoyuluşunun digər formalarını nəzərdə tutan müqavilələr bağlanması.
Bunlardan başqa xarici investisiyaların tənzimlənməsi və qorunması sahəsində olan qanunvericilik sistemi əmək və sosial qanunvericilik sistemi ölkədə azad iqtisadi zonaların olması və s. investisiya iqlimini formalaşdıran mühüm amillərdən hesab olunur. İnkişaf etmiş biznes infrastruturuna malik olan ölkələr investorları özlərinə daha çox cəlb edirlər. İnvestorlar belə ölkələri əlverişli investisiya iqliminə malik olan ölkələr kimi qiymətləndirirlər.
Ümumilikdə ölkə iqtisadiyyatına investisiyaların cəlbi üçün "açıq qapı" siyasəti reallaşdırılır. İnvestisiyaların tələb edilən həcm və keyfiyyətinin təmin olunması məqsədilə ölkədə investisiya şəraitinin daha çox yaxşılaşdırılması üçün konkret olaraq addımlar atılır. Bunun üçün korporativ idarəetmənin təkmilləşdirilməsi, şəxsi mülkiyyətin qorunması, mülkiyyətin formasından asılı olmadan bütün investorlar üçün əlverişli rəqabət mühitinin təşkil edilməsi, investisiya fəaliyyətinin hüquqi bazasının daha çox təkmilləşdirilməsi, statistikanın və mühasibat uçotunun beynəlxalq standartlara uyğun olara təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi təmin etdirilir. İnvestisiyanın regionların və qeyri-neft sektorunun inkişafına istiqamətlənməsinin stimullaşdırılması, investisiya fəaliyyətinin sosial tərəfinin gücləndirilməsi, infrastruktura, insan kapitalına qoyulan investisiyaların prioritetliyinin təmin olunması kimi məsələlər də uğurlu şəkildə öz həllini tapır.
Ədəbiyyat
Dostları ilə paylaş: |