Ölkəmizin qeyri-neft sahəsində Türkiyə şirkətlərinin investisiyaları çox vaxt üstün mövqeyə malik olmuşdur. Bundan əlavə ABŞ, BƏƏ, Böyük Britaniya, Almaniya, Rusiya, Fransadan demək olar ki, hər il ölkəmizin qeyri-neft sektoruna müəyyən miqdarda investisiyalar daxil edilib. Ancaq, son 2-3 il ərzində İsveçrə və Rusiyadan gələn investisiyanın daha da sürətli formada artması baş vermişdir. Ölkənin qeyri-neft sahəsinə daxil olan BXİ-nin miqdarında 2015-ci ildəki zəifləmədən sonra 2016-cı ildəki kəskin artımda İsveçrə, Turkiyə və Rusiyadan daxil edilən vəsaitlər həlledici rola malik olmuşdur: həmin il 1.7 mlrd. dollar miqdarında BXİ-nın təxminən 1.04 mlrd. dolları 3 ölkənin payına düşmüşdür. (diaqram 2.3.4).
Diaqram 2.3.4
Azərbaycanın qeyr-neft sektoruna cəlb edilmiş BXİ-da yüksək paya malik bəzi ölkələr üzrə 2012-2017-ci illər ərzində daxil olmuş investisiyanın dinamikası, mln.dollar