1.2. Maliyyə nəzarəti və auditin təşkili prinsipləri və funksiyaları.
Maliyyə nəzarəti cəmiyyətin iqtisadi həyatının müxtəlif sahələrində və təsərrüfatların
ayrı-ayrı səviyyələrində irəli sürülən tələblərə uyğun idarə edilməsini təşkil etmək üçün
mürəkkəb və cürbəcür məsələləri həll edir.
Maliyyə nəzarətinin həyata keçirildiyi obyektdən asılı olaraq, dövlət, ictimai,
təsərrüfatdaxili və müstəqil (auditor) maliyyə nəzaərti kimi fərqlənir, Dövlət maliyyə
nəzarəti ümumdövlət və idarələr tərəfindən həyata keçirilir.
Ümumdövlət maliyyə nəzarət dövlət hakimiyyət orqanları və idarələri tərəfindən
həyata keçirilir. O nəzarət edilməli obyektlərə idarəçilik tabeçiliyindən asılı olmayaraq
yönəldilir.
İdarə maliyyə nəzarəti, nazirliyin şöbələri, şirkətlər, yerli hakimiyyət orqanları,
idarələr və s. tərəfindən aparılır. Onun obyektləri müəssisə və idarələri istehsal və maliyyə
fəaliyyəti hesab edilir.
Daxili maliyyə nəzarəti müəssisə, idarə və təşkilatlarda iqtisadiyyata xidmət edənlər
(mühasibat, maliyyə şöbəsi və s.) tərəfindən həyata keçirilir. Burada nəzarət obyekti
müəssisə və təşkilatın özünün təsərrüfat və maliyyə fəaliyyəti və eləcə də onun ayrl-ayrı
sahələri (şöbələr, sexlər, filiallar, sahələr) hesab edilir.
İctimai maliyyə nəzarəti əvəzsiz və könüllülük əsasında ayrı-ayrı fiziki şəxslər
(mütəxəssislər) tərəfindən aparılır. Nəzarətin obyekti yoxlayıcı qarşısında qoyulan konkret
məsələdən ibarətdir.
Müstəqil maliyyə nəzarətini ixtisaslaşdırılmış auditor firma və xidmətləri həyata
keçirirlər.
Maliyyə nəzarəti keçirilmə formasına görə ilkin, cari və sonrakı nəzarətə bölünür.
İlkin maliyyə nəzarəti müəssisələrin maliyyə planlarının, idarə və təşkilatların gəlir və
xərclər smetalarının, büdcə layihələrinin, müqavilə şərtlərinin və s. sənədlərin tərtib edilməsi
və təsdiqi zamanı həyata keçirilir. Beləliklə, bu nəzarət müəssisə, idarə və təşkilatların
maliyyə fəaliyyətlərində əmək, material və maliyyə ehtiyatlarından düzgün olmayan və
qeyri-məqsədlər üçün istifadə olunmasının və bütövlükdə istifadə olunmasının və
bütövlükdə mənfi maliyyə nəticələrinin qarşısını alır. Bundan başqa, maliyyə planlarının
(proqnozlarının, gəlir və xərclər smetalarının) tərtib edilməsi ərəfəsində onun köməyi ilə
15
əlavə maliyyə ehtiyatları üzə çıxarılır, müəssisənin
özünün
maliyyə
vəziyyəti
yaxşılaşır. Bu, istehsal prosesində onun məsuliyyətinin gücləndirilməsinə kömək edir.
Maliyyə nəzarətinin bu forması qanun və digər normativ aktların pozulmasını xəbərdar edir.
O, əsaslı qoyuluş mənbəyinə olan tələbatı və mənfəət hesablaşmasının əsaslandırılmasını
yoxlayan zaman həyata keçirilir.
Cari maliyyə nəzarəti – maliyyə planının icrası prosesində, maliyyə-təsərrüfat
əməliyyatları keçirildikdə, pul vəsaitlərinin və əmtəə material qiymətlərin sərfinin norma və
normativlərinə uyğun olması yoxlanıldıqda, əvvəlcədən (qabaqcadan) verilmiş vəsaitlərin
istifadəsi, vəsaitlərin xərc planlarına uyğun buraxılması zamanı həyata keçirilir. Maliyyə
nəzarətinin bu forması büdcə ilə hesablaşmaların tam, vaxtında və bütünlüklə həyata
keçirilməsi üçün müəssisə və təşkilatların fəaliyyətinin ardıcıl sürətdə faktik materiallar
əsasında təhlil edilməsini nəzərdə tutur. Cari maliyyə nəzarətinin təsərrüfatdaxili yığım
ehtiyatlarının artırılmasının araşdırılmasında əhəmiyyəti böyükdür. Maliyyə nəzarəti maliyyə
intizamının pozulmasının qarşısınıb alınması məqsədi ilə müəssisə, idarə və təşkilatların
maliyyə planlarının icrası prosesində, mühasibat əməliyyatlarını apardıqda sənədlərin
yoxlanılması, maliyyə orqanları tərəfindən kredit alınan daim olaraq maliyyə işçiləri
tərəfindən həyata keçirilir.
Sonrakı maliyyə nəzarəti hesabat dövrünün və maliyyə ilinin bütövlükdə başa
çatmasından sonra həyata keçirilit. Dövlət büdcəsinin, büdcə idarələrinin smetalaraının,
müəssisə və təşkilatların maliyyə planlarının icrası zamanı pul vəsaitlərinin səmərəli
xərclənməsi yoxlanılır. Keçirilmiş tədbirlərə qiymətin verilməsi, maliyyə, əmək və material
ehtiyatlarının qanunauyğun istifadə olunması, mühasibat hesabatları və məxaric sənədləri,
maliyyə-təsərrüfat əməliyyatlarının yoxlanılması əsasında aparılmış sonuncu maliyyə
nəticələrinin təhlil edilməsi və həyata keçirilir. Sonrakı maliyyə nəzarəti ilkin nəzarətlə
qarşılıqlı əlaqədə olub ona əsaslanır.
Maliyyə nəzarətinin yoxlamalarına aşağıdakılar daxildir:
- iqtisadi və hüquqi qanunların tələblərinə riayət olunması, milli gəlirin və ictimai
əmtəəlik məhsulun dəyərinin bölüşdürülməsinin və yenidən bölüşdürülməsinin əlverişli və
uyğun olması;
- büdcənin tərtibi və icrası (büdcə nəzarəti);
16
- müəssisə və təşkilatlarda, büdcə idarələrində
maliyyə
vəziyyəti,
əmək,
material və maliyyə resurslarından səmərəli istifadə olunması və həmçinin vergilərin
hesablanması və ödənilməsi;
Maliyyə nəzarəti qarşısında aşağıdakı vəzifələr durur:
- maliyyə resurslarına olan tələbat ilə gəlirlərin miqdarı əsasında yaranan tarazlığa
kömək etmək;
- dövlət büdcəsi qarşısında, maliyyə öhdəlikçilərinin bütövlükdə və vaxtında təmin
edilməsi;
- istehsaldaxili maliyyə resursları üzrə artımı üzə çıxartmaq, xərclərin azaldılması və
rentabelliyin artırılması;
- müəssisələrdə, büdcə idarə və təşkilatlarında material qiymətlərindən və pul
resurslarından səmərəli istifadə olunmasına, həmçinin uçot və hesabatların düzgün
aparılmasına kömək etmək;
- qüvvədə olan qanunvericilik və normativ aktlara riayət olunması, o cümlədən
təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin vergiyə cəlb olunması sahəsində
nəzarəti həyata keçirmək;
- müəssisələrin xarici iqtisadi fəaliyyətində, o cümlədən valyuta və s. əməliyyatlar
üzrə yüksək faydalılğa nail olmağa köməklik etmək.
Maliyyə nəzarəti yoxlama, təftiş, təhlil və s. üsul və metodlarla aparılır.
Yoxlama maliyyə-təsərrüfat fəaliyyətinə aid ayrı-ayrı sənədlər, balans, hesabat və
məxaric məlumatları əsasında aparılır. Yoxlama zamanı maliyyə intizamının pozulması üzə
çıxarılır və bu cür mənfi halların aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulur.
Təhlil-illik hesabatların faktiki məlumatları əsasında aparılır. Bu zaman proqnoz və
tapşırıqların yerinə yetirilməsi səviyyəsi, maliyyə intizamına və vəsaitlərin xərc normalarına
riayət olunması aşkar edilir.
Yoxlamadan fərqli olaraq təhlil aparılan zaman daha geniş dairəli göstəricilərdən
istifadə edilir. Təsərrüfat orqanlarının maliyyə vəziyyəti onların gələcəkdə inkişaf
perspektivləri, istehsalın yenidən qurulması və ya dəyişdirilməsi kimi məsələləri təyin edir.
Anketlər tərtib olunur və sorğular keçirilir.
17
Təftiş – maliyyə nəzarətinin əsas metodu olub müəssisə, idarə və təşkilatların
hesabat dövründəki maliyyə təsərrüfat fəaliyyətinin yoxlanmasını əhatə edir.
Obyektdən asılı olaraq təftiş tam (başdan-başa), qismən, kompleks və tematik kimi
fərqlənirlər. Eyni zamanda onlar planlı və plandankənar ola bilər. Təftiş prosesində
məlumatlarının əhatə dərəcəsindən asılı olaraq yoxlama tam, başdan-başa aparılır və bu
zaman bütün sənədlər və material qiymətliləri nəzarətdən keçir. Əgər sənədlərin bir hissəsi
nəzarətdən keçərsə, yoxlama qismən aparılmış hesab edilir. Aparılan təftişlər xarakterinə
görə iki cür olur: Sənədlərə əsasən (uçot qeydləri və hesabat sənədlərinin əsil əsasında) və
faktlara əsasən (mövcud pul vəsaiti və material qiymətliləri əsasında). İstənilən təftişi həyata
keçirmək üçün proqram tərtib edilməlidir. Proqramda təftişin obyekti, məqsədi, mövzusu və
əsas məsələləri əhatə olunur.
Təftişin məqsədindən asılı olaraq müxtəlif yoxlama üsullarından istifadə edilir:
hesabat məlumatlarının tutuşdurulması, nağd pulun yoxlanması (xəzinədə), sənədlər əsasında
qarşlılıqlı yoxlama, əmtəə material qiymətlilərinin inventarlaşdırılması, ekspertiza və
laboratoriya analizi aparmaq və s.
Keçirilən təftiçin yekununa əsasən akt tərtib edilir və onun əsasında müəssisə, idarə və
təşkilatların təsərrüfat fəaliyyətində üzə çıxarılmış nöqsanları aradan qaldırmaq və daxil
ehtiyatları səfərbər etmək üçün tədbirlər planı işlənib hazırlanır.
Maliyyə nəzarətinin subyekti nəzarət funksiyaları verilmiş idarə və təşkilatlar hesab
edilir.
Ölkənin qanunverici hakimiyyət orqanları xalq təsərrüfatının sosial inkişaf
proqnozlarını, dövlət büdcəsinin icrası üzrə hesabatları müzakirə və təsdiq edən zaman
həyata keçirirlər. Onlar dövlət vəsaitlərinin qanunauyğun, səmərəli istifadə olunmasına və
aparılan xərclərin məqsədəuyğun xərclənməsinə nəzarət edir. Qanunverici hakimiyyət
orqanları maliyyə nəzarətini komitə və komissiyalar, xüsusilə proqnoz və maliyyə-büdcə
komissiyaları vasitəsilə icra edirlər.
Büdcə vəsaitlərinin, fondların səfərbər edilməsi və istifadə olunması prosesinə
Maliyyə Nazirliyinin rəhbərlik etdiyi maliyyə orqanları tərəfindən həyata keçirilir. Ona görə
də maliyyə nəzarətinin bu növü büdcə nəzarəti adlanır. Büdcə nəzarəti iqtisadiyyatın
18
inkişafına və dövlət büdcəsinə daxil olan vəsaitin maksimum artırılmasına və optimal
maliyyə-büdcə siaysətinin işlənib hazırlanmasına şərait yaradır.
9 fevral 2009-cu ildə Respublika Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət
xidməti yaradılmışdır.
Maliyyə orqanları tapşırıqların yerinə yetirilməsinə, əmək haqqı fondunun
xərclənməsinə, iqtisadi həvəsləndirmə fondlarının yaradılması və istifadə edilməsinin
düzgünlüyünə daim nəzarət etməli, istehsalın səmərəliliyini yüksəltmək üzrə təkliflər
hazırlamalı və onları həyata keçirməlidirlər. Maliyyə orqanları tərəfindən aparılan təhlilin,
yoxlamanın və təftişin nəticələri müəssisə rəhbərlərinin yanında müzakirə edilməli, zəruri
hallarda daxili təsərrüfat ehtiyatlarının aşkara çıxarılmasına, məhsul yığımı həcmini
artırmağa və həmin müəssisələrin içində aşkar edilmiş nöqsanların aradan qaldırılmasına
yönəldilən konkret təkliflər təqdim etməklə yerli rəhbər təşkilatlara xəbər verməlidirlər.
Kredit təşkilatları maliyyə nəzarətini ssudanın verilməsi və geri qaytarılması zamanı
həyata keçirirlər.
Daxili maliyyə nəzarəti müəssisə və təşkilatların ayrı-ayrı struktur bölmələri
tərəfindən yerinə yetirilir. Bir qayda olaraq, müəssisə və təşkilatlarda maliyyə nəzarəti baş
mühasib və maliyyə şöbəsinin işçiləri tərəfindən həyata keçirilir.
Vergi orqanı – maliyyə nəzarəti üçün operativ orqan hesab edilir. Azərbaycan
Respublikası Vergilər Nazirliyi dövlət vergi xidməti sistemi orqanlarına rəhbərlik edir.
Yerlərdə vergi idarələri ancaq özlərinin yuxarı orqanlarına tabedirlər. Vergi xidmətinin əsas
vəzifəsi vergi qanunvericiliyinə riayət olunmasına, vergi tədiyyələrinin vaxtlı-vaxtında və
tam şəkildə büdcəyə köçürülməsinə nəzarət etməkdir. Vergi İdarəsi eyni zamanda müəssisə
və təşkilatların təşkilati-hüquqi forma və tabeçiliyindən asılı olmayaraq maliyyə vəziyyətinin
yoxlanmasını təmin edir. Vergiyə cəlb olunacaq mənfəətin azaldılmasına yol verməmək
məqsədi ilə onun düzgünlüyünü yoxlayır, bütün obyektləri və həmçinin vergiyə cəlb
olunmağa real imkanı olan obyektləri qeydə alır. Vergi orqanı müsadirə edilən mülkiyyətin
rəsmiləşdirilməsini,
sahibsiz
əmlakın,
dövlət
xəzinəsinə
keçirilən
əmlakın
qiymətləndiriliməsini və uçotunu təmin edir. Vergi orqanının mülkiyyət formasından asılı
olmayaraq bütün təşkilatlardan qanunla müəyyən olunmuş kommersiya sirlərindən başqa
bütün lazımi sənədləri tələb etmək hüququ vardır. Vergi İdarəsinə, həmçinin vətəndaşların
19
sahibkarlıq haqda qanunlara riayət etmələri, gəlir əldə etmək üçün istifadə olunan
mənzilləri nəzərdən keçirmək, sənədləri təqdim olunmadıqda müəssisə və vətəndaşlarda
əməliyyatları dayandırmaq, gəlir gizlənildiyi hallar aşkar edilərsə, cərimə və s. tədbir
görmək, düzgün olmayan sazişlər müşahidə edilərsə müəssisələrin ləğv olunması haqda
məhkəməyə təqdim etmək hüququ verilir.
Vergi tədiyyəçilərinin gələcək fəaliyyəti prosesində vergi xidməti tərəfindən öz
nəzarət funksiyalarını həyata keçirmək məqsədi ilə bank müəssisələrindən vergi
tədiyyəçilərinin hesablarındakı pul vəsaitləri məbləğlərinin daxilolma mənbələri və hesablar
üzrə əməliyyatlar haqqında məlumat alırlar. Müvafiq qərar və protokol əsasında pul və
mühasibat sənədlərini, habelə xammal və məhsul nümunələrini götürürlər.
Yoxlamaların əksəriyyəti planlı xarakter daşıyır. Bununla yanaşı vergi idarələri
müəssisələrin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfat-maliyyə
fəaliyyətini qəflətən yoxlamaq səlahiyyıtinı də malikdirlər.
Bununla belə, vergi orqanının müəssisə və vətəndaşların əmanətlərinin miqdarı haqda
məlumatı yaymağa ixtiyarı yoxdur. Müəssisə və vətəndaşlar vergi orqanının düzgün
olmayan hərəkətlərinə görə məhkəməyə müraciət edə bilərlər. Əmtəə-pul münasibətlərinin
inkişafı mülkiyyətin müxtəlif formasını əmələ gətitir, maliyyə bazasının meydana gəlməsinə
şərait yaradır. Bu da maliyyə nəzarətinin gələcək inkişaf istiqamətlərinin yeni formalarını
təyin edir.
Müasir şəraitdə maliyyə nəzarəti aparılan zaman müasir hesablama texnikasından,
iqtisadi norma və normativlərdən geniş istifadə olunur.
RF Hesablama Palatasının mütəxəssisləri S.P.Openişev və V.A.Jukov ümumdövlət
maliyyə nəzarətinin aşağıdakı funksiyalarını müəyyən etmişlər: kənara çıxmaları aşkar
etmək, kənara çıxma hallarının səbəblərini analiz etmək, nəzarət obyektinin fəaliyyətini
korrektirovkasını yerinə yetirmək önləyici tədbirlər, qanun qoruyuculuğu.
Kənara çıxmalar geniş fəaliyyət dairəsini əhatə edir. Bu dövlət büdcəsi vasitələrindən
istifadə ilə əlaqədar qanundan kənara çıxma hallarını müəyyən etmək, gəlir hissəsinin
formalaşdırılmasından kənara çıxma halları və büdcə xərcləri ilə bağlı kənara çıxmalar,
nazirlik, idarə, müəssisə və təşkilatların maliyyə sferasındakı kənara çıxma hallarını
müəyyən etməkdir.
|