2.2.
Kommersiya
təşkilatlarında maliyyə nəzarətinin təşkili.
Müasir Azərbaycan iqtisadiyyatında artıq sənaye istehsal sahəsində canlanma nəzərə
çarpmaqdadır. Xüsusilə, bu meyllər istehsal yönümlü müəssisələrin fəaliyyətinin bərpası
üzrə daha çox həyata keçirilir. Ölkədə aparılan iqtisadi islahatlar, özəlləşdirmə prosesi yeni
təşkilati-hüquqi formalı müəssisələrin meydana gəlməsinə əlverişli zəmin yaratmaqdadır.
İqtisadi inkişaf prosesində həyata keçirilən liberallaşma siyasəti ölkədə biznesin inkişafına
təkan verməklə, xarici investisiyaların axınına təsir göstərmişdir. Məhz, bunun nəticəsidir ki,
Azərbaycanda neft sektoru ilə yanaşı, iqtisadiyyatın digər sferalarında da daxili və xarici
kapitalın hesabına inkişaf nəzərə çarpmaqdadır.
Azərbaycanda xarici kapitalın mövcudluğu sayəsində inkişaf etməyə başlayan
müəssisələrdən biri də “Qaradağ” Sement Açıq Tipli Səhmdar Cəmiyyətidir. Ölkə
iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən bu istehsal sahəsinin inkişafının tədiqiqi,
onun indarəetmə, daxili nəzarət, daxili audit sisteminin müasir vəziyyətinin
qiymətlərndirilməsi xüsusi aktuallıq təşkil edir. Müəssisə (şirkət) öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunlarına, qəbul edilmiş nizamnaməsinə, şirkətin tərəf və tabe olduğu
müqavilələrə, müvafiq idarəetmə orqanının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlara
əsasən həyata keçirilir. Müəssisə ölkə qanunvericiliyi ilə qadağan edilməyən fəaliyyət
növləri, əsasən də zəruri tikinti materialları qəbilindən olan sement və digər bu yönümlü
məhsulların istehsalı və satışı ilə məşğul olur. Bu proses müəssisədə sıx və əlaqəli idarəetmə
funksiyalarının yüksək səviyyədə koordinasiyası ilə özünü əks etdirir.
Müəssisənin idarəetmə orqanı aşağıdakı şəkildə təşkil edilmişdir:
- səhmdarların ümumi yığıncağı;
- müşahidə şurası;
- idarə heyəti;
- təftiş komissiyası;
- səhmdarların ümumi yığıncağı tərəfindən zərurət yarandıqca ayaradıla bilən digər
orqanlar.
Müasir açıq tipli cəmiyyətlərinin təbiətindən irəli gəldiyi kimi səhmdarların ümumi
yığıncağı müəssisənin ali idarəetmə orqanı kimi çıxış edir. Müşahidə Şurası idarə heyətinin
gündəlik fəaliyyətinə nəzarət edən orqan olaraq, səhmdarların ümumi yığıncaqları
36
arasındakı
müddətdə
müəssisədə
ali idarəetmə orqanı kimi fəaliyyət göstərir.
Müəssisənin əvvəlki funksional idarəetmə orqanından, sistemindən fərqli olaraq, müasir ali
idarəetmə orqanları, strukturları sırf bazar münasibətləri prinsiplərinin tələblərinə
uyğunlaşaraq, rəqabət şəraitində fəaliyyətin təşkili, idarə edilməsi və ona nəzarətin
formalaşması prosesini daha ahəngdar və yüksək məsuliyyətsizlik səviyyəsində həyata
keçirir. Müəssisədə fəaliyyət göstərən idarə heyəti cari fəaliyyəti, maliyyə-təsərrüfat
əməliyyatlarını həyata keçirən icraedici bir orqan kimi müxtəlif fəaliyyət prosedurların
əlaqəliliyini, biznes planın reallaşmasını, son məqsədə nail olunmasını daha geniş
istiqamətdə təmin edir.
Müşahidə
Şurasının
səlahiyyətlərinin
əsas
istiqamətlərini
aşağıdakı
kimi
sistemləşdirmək mümkündür: müəssisənin iş, biznes proqramlarının, büdcə və digər
proqram sənədlərinin, illik hesabatlarının təsdiqi və ümumi yığıncağa təqdimi; müəssisənin
bütün fəaliyyət sahələrinin inkişafı ilə bağlı tövsiyyələrin verilməsi; idarə heyətinin
fəaliyyətinə nəzarət; idarə heyətinin seçilməsi, dəyişdirilməsi, baş direktor və direktor
müavinin
təyini,
idarə
heyətinin
stimullaşdırılması;
məsuliyyət
yükünün
müəyyənləşdirilməsi üzrə tövsiyyətlərin verilməsi, müəssisənin daxili nizam-intizam
qaydalarının təsdiqi; fəaliyyətlə bağlı müqavilələrin təsdiqi; fəaliyyətlə bağlı müqavilələrin
təsdiqi; işçi heyəti üzrə əmək müqavilələrinin təsdiqi; xarici maliyyələşdirmə və digər
şirkətlərdə pay və ya səhmlərin əldə edilməsinə dair qərarların təsdiqi; müəssisənin
maliyyə-təsərrüfat fəaliyyəti üzrə həyata keçirilən proseslərə nəzarət.
Müəssisənin müasir idarəetmə və daxili nəzarət sistemini qiymətləndirdikdə, onun
hazıradək keçdiyi formalaşma sisteminə nəzər salmaq xüsusi əhəmiyyət kəsb edir. Bu amil
sırf bazar tələblərinə, onun dəyişkən təbiətinə uyğunlaşan müasir müəssisə ilə hələ köhnə
idarəçilik və daxili nəzarət sistemi şəraitində öz inkişafını müəyyənləşdirən müəssilər
arasında nə qədər uyğunsuzluğun olmasını tədqiq etmək baxımından da zəruridir, Qaradağ
sement zavodunun özəlləşənə və buraya xarici investisiyanın cəlb edilənədək mövcud olan
idarəetmə və daxili nəzarət strukturu səciyyəvi mərkəzləşmiş planlı idarəetmə sisteminə
uyğun olub, istər iqtisadi, istərsə də sosial səmərəlilik baxımından özünü doğrultmamışdır.
Belə ki, müəssisənin əsas fəaliyyət məqsədi yalnız müəyyən edilmiş plan üzrə istehsal
etmək idi. Müəssisənin idarəetmə sistemi bilavasitə səmərəlilik amili
37
baxımından
deyil,
ümumilikdə
tipik sosialist idarəetmə prinsipləri baxımından
müəyyənləşdirilmişdir. Məhz, bu proses özünü müəssisədaxili nəzarət sistemində də
nümayiş etdirirdi. Müəssisənin idarəetmə sisteminin tənzimlənməsində təyin olunmuş
rəhbərlik xüsusi rol oynayır və bu zaman yalnız yuxarı orqanların təsiri mühüm əhəmiyyət
kəsb edirdi. İdarəetmə sistemi səmərəlilik prinsipinə əsaslanmayan, çaquli idarəetmə
sistemi üzrə bərqərar olmuşdu. Xüsusilə, müəssisədə çox vaxt fəaliyyət baxımından bir-
birini təkrarlayan, lakin konkret məsuliyyət yükü müəyyən edilməyən strukturlar mövcud
idi. Belə sistem təbii ki, sosialist-planlı idarəetmə sisteminin təbiətinə uyğun gəlirdi və bu
sistem müəssisədə çalışan işçi heyətinin əməyinin tam stimullaşdırılmamasına, əməyin
nəticələrinin bölgüsündə sosial ədalətsizliyə səbəb olurdu.
“Qaradağ” sement ATSC-nin müasir idarəetmə strukturu bazar münasibətlərinin
prinsipləri nəzərə alınmaqla qurulmuşdur. İdarəetmə sistemi öz çevikliyi, operativliyi və
strukturlararası koordinasiyanın əlaqəqləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb
edir. Müəssisədə ümumi idarəetmə sistemi bütün fəaliyyət sahələrinin işinin təşkilini və
tənzimlənməsini məqsədyönlü şəkildə həyata keçirir. Müəssisənin idarəetmə sisteminin
təşkilində çevik və operatov idarəetmə üzrə müasir tələblər nəzərə alınmışdır. Bu mənada
idaəetmə sisteminin müxtəlif strukturlarla, bölmələrlə qarşılıqlı funksional fəaliyyətinin
təmin olunması, bu prosesdə bilavasitə müntəzəm əlaqələrin formalaşması, strukturlarla,
bölmələrlə koordinasiyanın sırf səmərəlilik amilinə yönəlməsi vacib məsələ kimi
səciyyələnir. İdarəetmə strukturunun təşkili aşağıdakı amillər nəzərə alınmaqla həyata
keçirilir:
- idarəetmə strukturu istifadə olunan bütün resursların, vəsaitlərin optimal
koordinasiyasına və nəzarətinə nail olunmaqla fəaliyyətin iqtisadi səmərəliliyini təmin
etməlidir;
-
idarəetmə
strukturu
investisiya
və
istehsal
məsrəflərinin
təsnifatının
müəyyənləşdirilməsinə və xərclərin hər bir bölmələr üzrə məqsədəuyğun bölgüsünün
formalaşdırılmasına nail olmalıdır.
Müəssisədə idarəetmə sisteminin formalaşmasında inkişaf etmiş ölkələrin mütərəqqi
təcrübəsindən istifadə olunması da əsas götürülür. Belə ki, idarəetmə strukturunun
təşkilində müvafiq mərhələlər mühüm amil kimi götürülmüşdür:
38
müəssisənin
fəaliyyətinin
məqsəd
və
vəzifələrinin
konkretlik baxımından formalaşması;
müəssisədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün funksiyaların
müəyyənləşdirilməsi. Bu prosesdə ümumi rəhbərlik (maliyyə, maliyyə-
nəzarət, idarəetmə və mühasibat uçotu, sistemi və işçi heyətinə rəhbərlik) və
marketinq, satış, istehsal, planlaşdırma, maliyyə-iqtisadi təhlil funksiyaları
xüsusi əhəmiyyət kəsb edir.
idarəetmə funksiyalarının qruplaşdırılması və onların qarşılıqlı əlaqəliliyinin
təmin olunması;
konkret funksiyaların həyata keçirilməsinə məsuliyyət daşıyan struktur
bölmənin yaradılması;
bütün növ fəaliyyətin, görülən müəyyənləşdirilməsi, planlaşdırılması və
təhlili;
fəaliyyətin təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı işçi heyətinin
müəyyənləşdirilməsi və təlimi ilə bağlı proqramların hazırlanması.
Müəssisədə idarəetmə sisteminin əsas aparıcı həlqələrindən biri olan maliyyə inzibati
strukturunu maliyyə-nəzarət sistemi ilə təmasda və əlaqəli tədqiq etmək məqsədəuyğundur.
Belə ki, bu iki mühüm fəaliyyət sahəsinin əsas məqsəd və vəzifələri müəssisənin maliyyə-
təsərrüfat fəaliyyətinin təhlili, qiymətləndirilməsi və onun səmərəli təşkili üzrə tədbirlərin
həyata keçirilməsi, daxili ehtiyatlardan, resurslardan məqsədyönlü və qənaətlə istifadənin
təmin edilməsi, səmərəli və çevik maliyyə-iqtisadi nəzarətin icra edilməsi, həyata
keçirilməsi, fəaliyyətin riski və böhranlı sahələrinin müəyyən edilməsi, müəssisədaxili və
xarici əlaqələrin məqsədəuyğun təşkilinə nail olunması, investisiya və digər bu yönümlü
layihələrinin cəlbediciliyinin qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək, bu
istiqamətdə kompleks sistemli təkliflər hazırlamaqdır.
Müəssisədə belə maliyyə-nəzarət funksiyasını daxili maliyyə, iqtisadi nəzarət sistemi
kimi səciyyələnən daxili audit həyata keçirir. “Qaradağ” Sement ATSC-nin daxili audit
sisteminin müəssisənin fəaliyyətindəki əhəmiyyətini, zərurətini nəzərə alaraq, onun təşkili və
inkişaf səviyyəsini qiymətləndirmək xüsusilə zəruridir. Müəssisənin daxili audit sistemini
39
mahiyyətinə,
funksional
fəaliyyətinə, təşkilinə istinad edərək onu iki istiqamətdə
sistemləşdirmək məqsədəuyğundur:
Audit Komissiyası (təftiş komissiyası);
Daxili auditor (inzibati idarə sistemində fəaliyyət göstərən auditor).
Audit Komissiyasının təşkili, onun fəaliyyətinin tənzimlənməsi istiqamətləri təsis
sənədlərinə, nizamnaməyə uyğun olaraq konkret müəyyənləşdirilir. Bu qurum şirkətin üç
əsas idarəedici orqanından biri olub, onun məqsədi maliyyə-təsərrüfat fəaliyyətinin aşağıda
göstərilən formalarda nəzarət və auditini həyata keçirməkdədir:
- dövlət orqanlarına və ya ictimaiyyətə təqdim edilmiş maliyyə hesabatlarını və
digər maliyyə məlumatlarını təhlil etmək;
- - şirkətin risklərinin idarə edilməsini, nəzarət və idarəetmə üçün yaradılmış sistem
və proseslərini təhlil etmək və onların diaqnostikasını aparmaq;
- şirkətin xarici və daxili audit fəaliyyətlərini təhlil etmək və qiymətləndirmək.
Şirkətdə daxili audit sisteminin formalaşmasında cari və gündəlik maliyyə-inzibati və
iqtisadi nəzarət funksiyalarını həyata keçirən daxili auditor bölməsi mühüm rol oynayır.
Bölmənin əsas səciyyəvi xüsusiyyəti onun idarəetmə sisteminin nəzdində yaradılması və
birbaşa idarə heyətinə (baş direktora) tabeçiliyidir. Belə ki, qurum şirkətdə baş verən
fəaliyyət proseslərini, əlaqələndirmə və informasiya sistemini təhlil edib qiymətləndirir,
idarəetmə fəaliyyətinin istehsal fəaliyyəti ilə düzgün və məqsədyönlü təşkilinə şərait yaradır,
səmərəli şərait yaradır, səmərəli daxili iqtisadi-maliyyə nəzarətinin təşəkkül tapmasına
bilavasitə təsir göstərir. Daxili auditorun fəaliyyəti nəticəsində rəhbərlik (idarə eheyəti, baş
direktor) şura (müşahidə şurası) fəaliyyət prosesləri, onun tamlığı haqda düzgün informasiya
ilə təmin olunur, müəssisədə səmərəli nəzarətin mövcudluğu, hesabatların dəqiq və düzgün
hazırlanması, fəaliyyətin siyasət və qaydalara uyğunluğunun təmin olunması reallaşır,
fəaliyyətin genişləndirilməsi ilə bağlı məsləhət yönümlü xidmətlər, funksiya həyata keçirilir.
Audit Komitəsindən fərqli olaraq, daxili auditorun işi, fəaliyyəti, idarəetmə srtukturunun
rəhbərliyi (baş direktor) tərəfindən istiqamətləndirir.
Müəssisədə maliyyə-iqtisadi nəzarət sisteminin, daxili audit strukturunun belə
formada təşkili bazar iqtisadiyyatının təbiətindən irəli gəlir. Səmərəli maliyyə-iqtisadi və
40
perspektiv
fəaliyyətində
mənfəətliyin, səmərəliliyin, rentabelliyin təmin olunmasına
xidmət edir.
Azərbaycanda maliyyə bazarında iri həcmli əməliyyatlar həyata keçirən kommersiya
təşkilatlarından biri də “Dəmirbank” Açıq Səhmdar Cəmiyyətidir. “Dəmirbank” Açıq
Səhmdar Cəmiyyəti kredit sisteminə daxil olur ki, bu sistem də ölkənin iqtisadi sisteminin
tərkibindədir. Bu o deməkdir ki, bankların fəaliyyəti və inkişafı sıx şəkildə istehsal, tədavül,
material və qeyri-material qiymətlilərin istehlakı ilə bağlıdır. Məhz, buna görə bank
sektorunun, eləcə də bu kommersiya təşkilatının fəaliyyətinin təhlili ölkə iqtisadiyyatı üçün
xüsusi əhəmiyyət kəsb edir.
Digər kommersiya bankları kimi “Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti
də “Azərbaycan Respublikasının Konstitusiyası” ilə, “Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında”, “Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında”
qanunlarla, digər qanunvericilik aktlarl ilə və Mərkəzi Bankın normativ aktları ilə
tənzimlənir.
Bank ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı, onun idarə
olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işinin
təşkil edən Audit komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur.
Müşahidə şurası bankın fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Lakin o, icra
səlahiyyətinə malik olan qurum deyildir. Bankın fəaliyyətində bəzi məsələlərin həlli üçün,
əgər həmin məsələlərin icra səlahiyyətlərini ümumi yığıncaq öz üzərinə götürməmişsə,
mütləq Müşahidə Şurasının ya razılığı, ya da qərarı olmalıdır. Müşahidə şurasının tərkibi
Səhmdarların Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə, səhmdarlar və ya
kənar şəxslər sırasından, 3 nəfərdən az olmayaraq tək sayda seçilir.
Audit komitəsi Səhmdarların Ümumi Yığıncağı tərəfindən 4 il müddətinə seçilir.
Onun tərkibi ən azı 3 nəfər olmaqla tək sayda seçilir. Komissiyanın sədrini Səhmdarların
Ümumi Yığıncağı seçir. Audit komitəsi bankın fəaliyyətində mühüm əhəmiyyətə malik olan
bank qanunvericiliyinə riayət olunmasına, Mərkəzi Bankın normativ aktlarının icra
edilməsinə və bankın nizamnaməsinin icrasına nəzarət edir, həmçinin paralel olaraq
mühasibat nəzarətini həyata keçirir.
|