Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi


Fəsil  II. Maliyyə nəzarəti və auditin  müasir vəziyyətinin təhlili



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
eliyev hikmet

Fəsil  II. Maliyyə nəzarəti və auditin  müasir vəziyyətinin təhlili. 

2.1. Maliyyə nəzarəti və auditin müasir vəziyyəti. 

Hazırda  ölkəmizdə,  yeni  dövlət  idarəetmə  strukturlarının  yaranması  ilə  əlaqədar 

olaraq, maliyyə nəzarətinin  tamamilə  yenidən  qurulması və gücləndirilməsi üzrə tədbirlərin 

işlənib  hazırlanması  əsas  məsələlərdən  biri  hesab  olunur.  Hazırda  dövlət  maliyyə  nəzarəti 

respublika  qanunverici  orqanları,  maliyyə  və  vergi  orqanları  və  digər  idarəetmə  orqanları 

tərəfindən həyata keçirilir. 

Aaparılmış  tədqiqatın  nəticəsində  ölkəmizdə  artıq  dəyişmiş  təsərrüfatçılıq  şərtləri, 

siyasi  və  sosial-iqtisadi  şərait,  nəzarət  obyektləri  sisteminin  daxili  və  xarici  mühitindəki 

çətinliklərin  olduğu  şəraitdə  kompleks  təftişlərin  və  tematik  yoxlamaların  təşkili  və 

keçirilməsi  ilə  bağlı  əsas  məsələləri  eyni  cür  tənzimləyən  birtipli  təlimatlara  və  metodik 

göstəricilərə yenidən  baxılmasına zərurətin  olduğu  aşkarlanmış  və belə  qənaətə  gəlinmişdir 

ki,  bütün  bu  problemləri  dövlət  maliyyə  nəzarətinin  kompleks  və  sistemli 

standartlaşdırılması həll etməlidir. 

Dövlət  maliyyə  nəzarətinin  standartları  2  tipə  -  ümumi  standartlara  və  metodik 

standartlara  ayrılmış,  audit  standartları  əsasında  onların  respublikamıza  uyğun  metodoloji 

əsasları, hazırlanma qaydaları, elementləri nəzarət tədbirləri üzrə qarşılıqlı vəzifə fəaliyyəti, 

informasiya axınları və s. əhəmiyyəti və mexanizmi müəyyənləşdirilməlidir. 

Dünya  təcrübəsində  qəbul  olunmuş  qaydalara  uyğun  dövlət  maliyyə  nəzarəti 

sisteminin  bazasının  araşdırılması  nəticəsində  belə  qənaətə  gəlinir  ki,  bu  şəkildə  göstərilən 

Azərbaycan Respublikasında mövcud maliyyə nəzarəti sistemi indiki şəraitdə xeyli dərəcədə 

şərti məna daşıyır, əslində isə bir-birindən təcrid olunmuş və öz aralarında əlaqələri çox zərif 

olan nəzarət orqanlarının müəyyən məcmusudur. 

 

 

 



 

 

 



 


 

28 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin