Respublika iqtisadiyyatının bazar münasibətlərinə keçməsi. Onun dünya iqtisadi
sisteminə inteqrasiyanın sürətləndirilməsi, dövlət idarəetmə sistemində islahatların
aparılması və bütövlükdə cəmiyyətin demokratikləşdirilməsi prosesi beynəlxalq standartlara
cavab verən maliyyə nəzarəti tələb edir.
Bu gün bazar iqtisadiyyatının prinsiplərinin reallığını, beynəlxalq maliyyə
təşkilatlarının təkliflərini, həmçinin respublikanın iqtisadi vəziyyətini, büdcə vəsaitlərinin
məhdudluğunu nəzərə alaraq hazırki şəraitdə ölkədə auditin inkişafına böyük əhəmiyyət
57
verilir. İqtisadi sahəfə maliyyə nəzarətinin həyata keçirilməsi üzrə qarşıya qoyulan
vəzifələrin yerinə yetirilməsində audit təşkilatları mühüm rol oynayır.
Audit islahatlarının əsas şərtlərindən biri dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin
ali audit orqanı-Hesablama Palatası tərəfindən həyata keçirilməsidir.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci
maddəsinin müddəalarına əsasən, Hesablama Palatasının fəaliyyətinin əsasını Azərbaycan
Respublikası Dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarətüzrə Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərilməsi
təşkil edir və qanunla müəyyən olunmuş digər funksiyaları yerinə yetirir.
Dövlət xərclərinin idarə olunmasının səmərəliliyinin yüksəldilməsinin ən vacib
elementlərindən biri bu xərclərin proqnozlaşdırılması və icrası sahəsində şəffaflığın təmin
edilməsi və lazımi nəzarətin-audit sisteminin qurulmasıdır.
Ali Auditorlar Orqanlarının Beynəlxalq Təşkilati tərəfindən hazırlanmış mövcud audit
standartları Azərbaycanda hesabat sisteminin yaradılması üzrə standartların işlənməsi üçün
zəmindir.
Respublikamızın
iqtisadiyyatında
aparılan
struktur
islahatlarının
başlıca
istiqamətlərindən biri də büdcə gəlirlərinin artırılmasıdır. Sabit iqtisadi artımın və istehsalın
inkişafının təmin edilməsi məqsədi ilə vergi xidmətinin və vergi siyasətinin
təkmilləşdirilməsidir. Göstərilən məqsədin əldə olunması ilk növbədə vergi orqanları
tərəfindən həyata keçirilən vergi nəzarətinin hansı səviyyədə düzgün təşkilindən birbaşa
asılıdır.
Vergi orqanları tərəfindən vergilərin yığılması üzərində nəzarətin həyata keçirilməsi
üçün vergi sisteminin əsas prinsipləri müəyyən edilməli və bu iş daim təkmilləşdirilməlidir.
Vergi, həm dövlət büdcəsinin formalaşmasında fəal iştirak edən, həm də ölkənin
iqtisadi inkişafında katalizator rolunu oynayan bir orqan olduğu üçün vergilərin sayı və
dərəcəsi elə olmalıdır ki, könüllü vergi ödəyicilərinin sayı artmış olsun. Bu baxımdan vergi
qanunlarında olan boşluqlar aradan qaldırılmalı, qüvvədə olan “Vergi Məcəlləsi”nin tam
tətbiqi üçün lazımi normativ-hüquqi sənədlər hazırlanıb istifadəçilərə çatdırılmalıdır.
Gələcəkdə vergi ödəyicilərinin iqtisadi vəziyyəti nəzərə alınaraq vergi büdcələri üçün elə
58
hədd müəyyən olunmalıdır ki, ödəyicilər onu ödəyə bilsin və düzgün uçot sistemi qurmağa
nail olsun.
Vergi nəzarətinin həyata keçirilməsində mühüm məsələlərdən biri də nəzarət riskinin
düzgün müəyyən edilməsidir. Dövlət vergi xidməti orqanları bütün vergi ödəyicilərinin
(hüquqi və fiziki şəxslərin) düzgün uçotunu aparmaq üçün onların hamısına (həm hüquqi,
həm də fiziki şəxslərə) identifikasiya nömrəsi verilməsini təmin etməlidir. Vergi
nəzarətçiləri yoxlamalar zamanı qanun boşluqlarından sui-istifadə etməklə mübahisəli hallar
yaratmamalıdır. Əksinə, qanun boşluqlarının vergi ödəyicilərinin xeyrinə həll edilməsinə
cəhd etməlidir, lakin vergi ödəyiciləri qanuna uyğun öhdələrinə düşən vergiləri ödəmədiyi
hallarda vergi orqanlarının məhkəmələr qarşısında qaldırdığı vəsadətlərə məhkəmə oqanları
qanun daxilində baxmaqla qanuni vergilərin büdcəyə ödənilməsi işində qərarlar
çıxarılmalıdırlar.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən respublikada
mühasibat uçotu və hesabatların tənzimlənməsi Azərbaycan Respublikası Maliyyə
Nazirliyinə həvalə edilmişdir. Məlumdur ki, mühasibat uçotu müəssisənin, idarənin,
təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə
vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfatı fəaliyyətinin natural göstəricilər
əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində
qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili
yazılı üsulu ilə aparılması və qaydaya salınması sistemini özündə əks etdirir. Mühasibat
uçotunun son nəticələri mühasibat (maliyyə) hesabatlarında istifadəçilərin tələbinə uyğun
ümumiləşdirilərək dövlət varidatının, ümumi daxili məhsul həcminin, iqtisadiyyatın bütün
atributlarının vəziyyətinin dəqiq təhlil edilməsinə geniş imkanlar yaradır.
Düzgün uçotu olmayan ölkənin iqtisadi, maliyyə-kredit, vergi, qiymət siyasəti,
iqtisadi siyasətin tərkibində olan digər siyasətləri uzaqlaşa bilməz. Onsuz ümumi daxili
məhsulun həcmini, vergi mənbələrini, pul-kredit dövriyyəsini, dövriyyə vəsaitlərinin
dövretmə sürətini, dəyər və qiymət məfhumlarını və iqtisadiyyatın hər hansı bir atributunu
müəyyənləşdirmək mümkün deyirl.
Tarixən bütün dövrlərdə, bütün quruluşlarda, bütün dövlətlərdə dövlətin uçot siyasəti
onun iqtisadi siyasətinin əsasını təşkil etməklə özünəməxsus aktivliyini göstərmişdir.
59
Uçotun son nəticəsi olan düzgün qurulmuş hesabatlar istifadəçilər üçün ən
yaxşı nəzarət sistemidir. Hesabatlar daimi dövlət nəzarətində olmalı, müvafiq dövlət
orqanları tərəfindən toplanıb araşdırılmalı, təhlil edilməli və müvafiq təkliflərlə
nəticələnməlidir.
Azərbaycan Respublikasının özünəməxsus yeni uçot sistemini qurmaq, uçot siyasətini
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə və Dövlət büdcəsinin lazımi səviyyədə
formalaşmasına yönəltmək, onu daim inkişaf etdirmək mühasibat uçotu və mühasibat
xidmətinin dövlət tənzimlənməsini, onun inkişafını və təkmilləşdirilməsini təşkil etmək,
mühasibat uçotu sahəsində beynəlxalq mühasibat uçotu standartlarına müvafiq normativ-
hüquqi bazanı (milli mühasibat uçotu standartlarını) hazırlamaq, milli mühasibat uçotu
sistemini beynəlxalq mühasibat uçotu sisteminə uyğunlaşdırmaq günün əsas tələblərindəndir.
İqtisadi islahatların yeni mərhələsində Azərbaycan maliyyə nəzarəti və audit
xidmətinin beynəlxalq tələblər səviyyəsində qurulması nəticəsi etibarilə büdcə vəsaitlərinin
səmərəli istifadəsinə, büdcə kəsirinin azaldılmasına, bu isə öz növbəsində əhalinin həyat
səviyyəsinin yüksəldilməsinə və iqtisadi dirçəlişə zəmin yaradır.
Maliyyə nəzarəti və audit sisteminin mütərəqqi tələblər səviyyəsində qurulması və bu
sahədə dəqiq məlumat şəbəkəsinin yaradılması və onun beynəlxalq kompüter şəbəkəsi
sisteminə (İnternetə) qoşulması çox zəruridir.
Respublikada beynəlxalq tələblərə cavab verən, eyni zamanda dövlətin,
mülkiyyətçilərin və vətəndaşların müdafiəsini təmin edən audit sisteminin yaradılması
ölkənin iqtisadiyyatının daha da inkişaf etdirilməsində həmçinin Azərbaycanda sivil maliyyə
nəzarət sisteminin yaradılmasında mühüm rol oynayacaqdır.
|