Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi


  Beynəlxalq  təcrübə  və  maliyyə  nəzarəti və auditinin əsas



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   26   27   28   29   30   31   32   33   34
eliyev hikmet

3.3.  Beynəlxalq  təcrübə  və  maliyyə  nəzarəti və auditinin əsas    

        istiqamətləri. 

Ölkəmizdə  məhz,  dövlət  idarə  strukturlarına  daxil  olmayan  və  müxtəlif  mülkiyyıt 

formalarına əsaslanan, iqtisadi cəhətdən müstəqil olan müəssisələrin yaradılması beynəlxalq 

təcrübədə  çoxdan  və  geniş  şəkildə  istifadə  olunan  qeyri-dövlət  maliyyə  nəzarətinin  təşkili 

üçün obyektiv şərait yaradır. 

Bazar  iqtisadiyyatı  şəraitində  idarə  (metodunun)  nəzarəti  daxilində  yalnız  dövlət 

mülkiyyətində olan müəssisələr və büdcə təşkilatları qalacaqdır və yeni mülkiyyət formaları 

inkişaf  etdikcə,  müəssisələrin  müstəqilliyi  genişləndikcə  onun  fəaliyyəti  azalacaq  və  qeyri-

dövlət maliyyə nəzarəti ilə əvəz olunacaqdır. 

Bazar  iqtisadiyyatının  təşəkkül  tapdığı  xarici  ölkələrdə  strateji  v  cari  nəzarət  bu 

maliyyənin  strateji  idarə  edilməsinin  əsası  kimi  nəzərdən  keçirilir.  Bu  əsasda  bazar 

iqtisadiyyatı şəraitində planlaşdırma və nəzarət arasındakı nisbətə baxaq. 

ABŞ  aparıcı  mütəxəssislərinin  fikrincə  strateji  idarəetmə  sahəsində  nəzarət  elə  bir 

prosesdir ki, onun köməyi ilə kooperasiya rəhbərliyi bütün resursların səmərəli, qənaətlə və 

təşkilatın ümumi məqsədlərinə uyğun şəkildə əldə edilməsi və istifadəsinə əmin olmalıdır. 

Öz  növbəsində maliyyə  nəzarəti,  onun  (nəzarətin)  maliyyə  resurslarının  yaradılması, 

bölüşdürülməsi  və  istifadəsi  ilə  əlaqədar,  maliyyə  sahəsindəki  strateji  və  cari  məsələlərin 

həlli  ilə  bağlı  olan  tərəflərdən  birinin  özündə  əks  etdirir.  Maliyyənin  strateji 

idarəolunmasının  altsistemi  daxilində  maliyyə  nəzarətinin  həyata  keçirilməsi  imkanı 

müəssisələrin  funksional  büdcələri  və  maliyyə  ilə  təmin  olunur.  Burada  əks  olunan 

göstəricilər  və  nisbətlər  maliyyə  sahəsində  strateji  və  cari  məsələlərin,  eləcə  də  onların 

səmərəli  şəkildə  həlli  üçün  zəruri  olan  şərtlərin  spesifik  xarakteristikası  kimi  çıxış  edir. 

Maliyyə  nəzarətinin  həyata  keçirilməsi,  funksional  büdcələrin  və  maliyyə  planlarının 

icrasının  nəticələrinin  icrasının  nəticələrinin  həmin  sənədlərdə  qeyd  olunan  tələblərlə 

müqayisə  edilməsi  yolu  ilə  tənqidi  şəkildə  qiymətləndirilməsini  və  əsassız  kənarlaşmalar 

aşkar edildikdə təshihedici tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur. 

Strateji  və  cari  maliyyə  nəzarəti  arasındakı  nisbət  onların  maliyyənin  strateji 

idarəedilməsinin  altsistemindəki  rolu  ilə  müəyyən  olunur.  Belə  ki,  starteji  maliyyə  nəzarəti 

bütövlükdə müəssisə tərəfindən maliyyə strategiyasının gözlənilməsinə yönəltmişdir və onun 



 

67 


obyektlərinə strateji büdcələrin və perspektiv  maliyyə  planlarının  yerinə  yetirilməsinin 

nəticələri aiddir. 

Cari maliyyə nəzarəti isə bir qayda olaraq aralıq nəticələrin və müəssisələrin maliyyə 

fəaliyyətinin  proqram  istiqamətlərinin  uzlaşdırılmasının  təmin  edilməsi  lokal  məsələlərini 

həll edir. 

Deməli,  maliyyə  sahəsində  strateji  məsələlərin  uğurla  həll  edilməsi  bir  çox 

cəhətlərdən  cari  maliyyə  nəzarətinin  səmərəli  nəticələri  ilə  müəyyən  olunur.  Bununla 

əlaqədar  olaraq  onun  həyata  keçirilməsində  adekvat  şərtlərin  təmin  olunması  və  cari 

büdcələrdə  müəyyən  olunan  nəzarət  maliyyə  göstəricilərinin  seçilməsi  mühüm  əhəmiyyət 

kəsb edir. 

Amerika  kooperasiyalarının  təcrübəsində  ayrı-ayrı  bölmələrin  büdcələri  üzrə  bu 

məsələ  həmin  bölmələrin  fəaliyyətinin  xarakteri  və  onlar  arasında  məsuliyyətin 

bölüşdürülməsinin  müəyyənedici  təsiri  altında  həll  olunur.  Bölmələrin  (məsuliyyət 

mərkəzlərinin)  beş  funksional  növü  və  buna  müvafiq  olaraq  onların  fəaliyyətinə  nəzarət 

etmək  üçün  istifadə  olunan  beş  qrup  maliyyə  göstəricisi  bir-birindən  fərqləndirilir.  Birinci 

növə  istehsal  bölmələri  aid  edilir.  Bunları  bəzən  xərc  mərkəzləri  (standart  cost  centres)  də 

adlandırırlar.  Onlar  üçün  istehsal  olunan  məhsulun  bütün  nomenklatutası  üzrə  material  və 

əmək məsrəflərinin normativləri və eləcə də əlavə xərc büdcəsi müəyyən olunur. 

İkinci satış bölmələri – satış mərkəzləri (revenue centres) aid edilir. Onlar  üçün əsas 

nəzarət  göstəricisi  satışın  həcmidir.  Onların  maksimumlaşdırılması  əvvəlcədən  təsbit 

olunmuş qiymətlərin və satışın ən aşağı həddi ilə və resursların həcmi ilə  təyin olunmalıdır 

ki, bunlar da müvafiq bölmələrə verilir. 

Üçüncü  növ  –  inzibati  xidmətlər  (dispresion  mərkəzlər  (dispresion  centres))  aiddir. 

Onların  fəaliyyətinin  spesifikası  praktik  olaraq,  xərclər  və  nəticələr  arasındakı  nisbəti 

müəyyən  etməyə  imkan  verir.  Onların  büdcəsi  öz  çevikliyi  ilə  fərqlənir,  bir  qayda  olaraq, 

idarələrin  özləri  tərəfindən müəyyən olunur, xidmət  etmənin keyfiyyəti  isə  ekspert  yolu  ilə 

yoxlanır. 

Dörduncü  növ  –  mənfəət  mərkəzləri  (profit  centres)  ən  müxtəlif  bölmələrin,  məhsul 

istehsalı  ilə  məşğul  olan  müəssiələrdə  isə  praktiki  olaraq  hər  şeyi  əhatə  edir.  Onlar  üçün 

nəzarət  göstəricisi  hesablanma  mənfəətindən  ibarətdir.  Bu  göstərici  mənfəətin  həddən  artıq 




 

68 


çevikliyini  kənar  edir  və  özündə  yalnız  müvafiq bölmə tərəfindən nəzarət edilə bilən 

bölmələri cəmləyir. 

Bölmələrin  beşinci  növü –  investisiya  mərkəzlərindən  (investment  centres)  ibarətdir. 

Onlar  maliyyə  fəaliyyəti  istifadə  olunan  resursların  həcmi  ilə  əlaqələndirilmiş  mənfəətin 

maksimumlaşdırılmasını  nəzərdə  tutur.  Onların  maliyyə  fəaliyyətinin  əsas  göstəricilərinə 

(kapitala  qayıtma  (return  on  investment))  və  ya  istifadə  olunmuş  kapitala  vergini  çıxmaqla 

düşən mənfəət aid edilir. 

Cari  və  strateji  nəzarətin  konkret  vəzifələrinin  həlli  eləcə  də  müxtəlif  səviyyəli 

funksional  büdcələrin  növ  və  formalarının  səmərəliliyi  ilə  də  təmin  olunur.  Bölmələrin 

büdcələri üçün onların üç əsas növü xarakterikdir. 

1.  Xərclər üzərində ümumi nəzarət. 

2.  Xərclər üzərində çevik nəzarət. 

3.  Büdcə formaları və büdcələrin müəyyən modifikasiyasını nəzərə almaqla mənfəət, 

satışın həcmi və kapitala qayıtma. 

1.  Xərclərə  nəzarət  tipli  büdcələr  adətən  “xərc  mərkəzlərinə”  aid  edilir.  Onlar 

bölmələrin maliyyə resurslarına sərt limitləşdirilməsini nəzərdə tutur. 

2. Xərclər üzərində çevik nəzarət tipli büdcələr diskrision xərc mərkəzlərinə aid edilir. 

Əvvəlkindən  fərqli  olaraq  bu  tip  büdcələr  resursların  əsaslandırılmış  şəkildə  artıq 

xərclənməsinə yol verir. Ən nəhayət “satış mərkəzləri”, “mənfəət mərkəzləri” və “investisiya 

mərkəzləri”  üçün  elə  büdcələr  xarakterikdir  ki,  onlarda  əsas  nəzarət  və  stimullaşdırıcı 

göstərici mənfəətdən  ibarət  olsun.  Funksional  proqramların cari  və  strateji büdcələri  adətən 

mənfəət  və  zərərlərin,  maliyyə  resurslarının  mənbələri  və  istifadə  istiqamətləri  balans 

şəklində işlənib hazırlanır. Bu zaman strateji büdcələr funksional büdcələri, ardıcıl qarşılıqlı 

təsirini onlar isə öz növbəsində bölmələrin büdcələrinin qarşılıqlı təsirini əks etdirir. 

Artıq qeyd olunduğu kimi, bazar iqtisadiyyatı getdikcə genişlənir, ölkələr balansı artır, 

nəzarətin  obyektləri  çoxalır  və  ölkədə  maliyyə  göstəricilərinin  əsası  nəzarətdən  başlayırdı. 

Bu  məqsədlə  də  ölkələr  artıq  mülkiyyət  formalarının  yaradılması  ilə  əlaqədar  yeni  siyasət 

işləyib  hazırlamağa  məcbur  olurdu  ki,  maliyyə  nəzarətində  yaradılan  bu  yeni  istiqamət 

müəssisələr, büdcə idarə və təşkilatları, səhmdar cəmiyyətləri və s. üçün əlverişli oldu. 



 

69 


1.  Qeyd  etdiyimiz  kimi,  bazar  münasibətlərinin  inkişafı  və  mülkiyyətin 

səhmdar formasının yaradılması qeyri-dövlət maliyyə nəzarətinin yaradılmasını tələb edirdi. 

Səhmdar cəmiyyətlərin inkişafl ilə qeyri-dövlət maliyyə nəzarəti xüsusilə auditor nəzarətinin 

yaradılması  arasında  birbaşa  əlaqə  vardır.  Səhmdarların,  dövlət  vergi  müfəttişliyinin, 

bankların  və  başqa  təşkilatların  səhmdar  cəmiyyətinə  etibarla  yanaşması  onun  işində 

aşkarlığın  olması ilə  təmin olunur  ki,  buna da onların  maliyyə fəaliyyətinin nəticələrini əks 

etdirən və nəşr olunan hesabat balanslarının resallığı ilə nail olmaq olar. 

Səhmdar  cəmiyyətin  maliyyə  hesabatlarının  yoxlanılması  zamanı  onların    ayrı-ayrı 

maddələrinin müqayisəsi yolu ilə alınmış müxtəlif növ nisbi göstəricilər təhlil olunur belə ki, 

mütləq  göstəricilər  heç  də  həmişə  müəssisənin  maliyyə  vəziyyəti  haqqında  əyani  təsəvvür 

yaratmır. Bunlardan qərb müəssisələrinin təcrübəsində daha çox yayılmışlarını göstərək. 

A

x.x. 



= A

döv


 - Ö

Xalis cari aktivlər dövriyyə aktivlərindən cari öhdəliklər çıxmaqla alınır. 



Məs: Əgər 2009-cu ildə A

döv


=47.000 min manat, 2010-cu ildə             A

döv 


= 52.000 

min manat və həmin illərdə Ö

– uyğun olaraq 22.100 min manat və 21.100 min manat olarsa 



onda  2009-cu  ildə  A

x.c 


(47.000-22.100=24900)  min  manat  2010-cu  ildə  A

x.c 


(52.000-

22.100=30.900) 30.900 min manat olar. Cari ildən keçən ilə nisbətən bu aktivlərin 6.000 min 

manat (30.900-24.9000) artması şirkətin gələcəkdə inkişafı üçün zəmin yaradır.  

Balans təhlili zamanı ödəmə əmsalı tapılır. 

Ə

ö 

= A



döv

 / Ö


c

 

Bu  əmsal  dövriyyə  aktivlərinin  cari  borclara  bölünməsi  yolu  ilə  hesablanır.  Cari 



aktivlərin və öhdəliklərin həddindən artıq aşağı olması onu göstərir ki, səhmdar cəmiyyət öz 

hesablarını ödəyərkən  bir sıra çətinliklərlə üzləşə bilərlər, həddindən artıq yüksək nisbət isə 

şirkət  daxilində  cari  aktivlərin  qeyri-qənaətcil  istifadə  olunmasını  nəzərdə  tutur.  Sənaye 

müəssisələrində ödəmə əmsalı 2:1 nisbəti daxilində normal hesab olunur. Bizim misalımızda 

bu əmsal 2010-2012-ci illərdə müvafiq olaraq 2.1 və 2.4 təşkil edir ki, bu da şirkətin yüksək 

tədiyyə  qabiliyyətinin  olduğunu  göstərir.  Ona  görə  də  hər  bir  cari  aktivin  növünün  cari 

aktivlərin  ümumi  həcminin  hansı  hissəsini  təşkil  etdiyini  göstərən  cari  aktivlərin  faizlə 

tərkibini  müəyyən  etmək  lazımdır.  Bütün  bu  qısamüddətli  öhdəliklər  il  ərzində  ödənirlər. 

Lakin bütün cari aktivləri nağd pula çevirmək olmur. 



 

70 


 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin