Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi


Fəsil  I.  Maliyyə  nəzarəti  və  auditin  nəzəri və metodoloji əsasları



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
eliyev hikmet

Fəsil  I.  Maliyyə  nəzarəti  və  auditin  nəzəri və metodoloji əsasları. 

          1.1 

Maliyyə nəzarəti və auditin mahiyyəti və vəzifələri. 

Maliyyə  nəzarəti  anlayışı  normativ  sənədlərdə  müəyyən  edilməmişdir  və  diskusiya 

predmeti 

olaraq 


qalır. 

E.Y.Qraçova 

maliyyə 

maliyyə 


nəzarətinin 

hüquq 


normalarıylatənzimlənmiş  dövlət,  bələdiyyə,  ictimai  orqanların,  təşkilatların  və  digər 

təsərrüfatçılıq  edən  subyektlərin,  vaxtı  vaxtında  olmanın  və  maliyyə  planlaşdırılmasının 

yoxlanılmasının,  gəlirlərin  əsaslanmış  və  dolğun  formada  pul  fondlarına  daxil  olması  və 

onların istifadəsinin effektliyinin yoxlanılması üzrə fəaliyyət kimi müəyyən edir. 

İdarəetmə  sistemində  maliyyə nəzarətinin əsas məqsədi  idarəedən subyektin  maliyyə 

maraqlarının qorunmasının qiymətləndirilməsidir. 

İdarəedən  subyekt  öz  malı  maraqlarının  formulirovkasını  başqasına  verə  bilər. 

Məsələn,  əgər  müəssisənin  rəhbəri  malın  anbarda  olduğunu  yoxlamaq  istəyirsə 

inventarlaşdırma  aparılması  haqqında  əmr  verir,  malın  anbarda  özü  də  yoxlaya  bilər, 

yoxlayışın keçirilməsi əməkdaşlarına da həvalə edilə bilər. 

Orqanlara  təmsilçiləri  vasitəsi  ilə  idarə  edir.  Bu  təşkilatlar  xalqın  malı  marağını 

qoruyur.Bunun üçün də bütöv bir dövlət nəzarət sistemi formalaşır. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  maliyyə  marağı  başqa  sferalardakı  maraqlarla,  o 

cümlədən  iqtisadi,  siyasi  və  s.  qırılmaz  surətdə  əlaqədardır.  Əksər  hallarda  hər  hansı  bir 

sahəyə  maraq  maliyyə  ölçüləri  ilə  ifadə  olunur.  Məsələn,  hər  hansı  bir  proyekt,  ideyanın 

reallaşmasına sərf edilən xərclər və s. 

Buna  görə  maliyyə  marağı  ilkin  ola  bilər  (məsələn,  sahibkar  tərəfindən  mənfəətin 

alınması)  və  ya  ikinci,  törəmə  (məsələn,  əhalinin  səhiyyə  proqramlarının  reallaşdırılması). 

Həm də müxtəlif situasiyada maliyyə marağı digər maraqlarla müqayisədə müxtəlif ola bilər. 

Məsələn, uzunmüddətli prespektiv üçün gəlir əldə etmək məqsədi ilə işverən qiymətləri aşağı 

salmağa və zərərə getməyə razıdır (rəqabətliləri bazardan sıxışdırmaq məqsədi ilə). 

İdarə edən subyektlərin marağı formalaşdırılmalıdır, yəni açıq şəkildə yaxud da bu və 

ya  digər  momentlə  bağlı  olaraq  bildirilməlidir.  (elan  edilməlidir).  Məsəslən,  işçi  əmək 

haqqının artımı haqqında tələbi açıq bildirməyə bilər, amma o təcrübəyə əsaslanaraq, ehtimal 

ki, məvacibə əlavəyə şad olacaq. 



 

9

Təşkilat  açıq  bildirməyə  bilər ki, şəxsi  məqsədlərində əməkdaşlara ofis təhcizatından 



istifadə  etməyi  qadağan  edir,  amma  yaranmış  təcrübədən  güman  edilri  ki,  belə  hərəkətlər 

rəhbərliyin razılığını almayacaq. 

Dövlət  zərərli  tullantıların  atmosferə  atılmasını  qadağan  edən  qanun  qəbul  etməyə 

bilər, lakin nəzərdə tutulur ki, bu cür hərəkətlər əhalinin marağına ziddir. 

Maliyyə maraqlarının formalaşdırılması müxtəlif formada edilmiş ola bilər: 

• 

normativ  akt,  həmçinin  beynəlxalq,  dövlət,bələdiyyə  səviyyələrində,  həmçinin 



müəssisənin və ya onun struktur bölməsinin səviyyəsində 

• 

qeyri-normativ  (qeyri  standart)  xarakterin  aktı,  məsələn  konkret  işçinin 



mükafatlandırılması haqqında əmr; 

• 

idarə  edən  subyektin  və  ya  onun  səlahiyyət  verilmiş  nümayəndələrinin  şifahi 



ərizəsi (bəyanatı) (direktorlar şurası sədri, sexin ustasının rəhbəri və başqaları); 

• 

maliyyə marağı ifadə etməyə icazə verən başqa formalar. 



Dövlətin  səviyyəsində  maliyyə  maraqları,  bir  qayda  olaraq,  qanunlar  şəklində 

formalaşdırılmışır,  məsələn    Büdcə  və  Vergi  məcəllələri,  inzibati  Xətalar  məcəlləsi,  və 

maliyyə fəaliyyətinin tənzimləyən başqa sənədlər. 

Lakin konkret bir maraq normativ aktda həmişə əks olunmaya bilər. Praktika göstərir 

ki,  belə  maraq  mövcuddur.  Belə  halları  tez-tez  “qanunda  olan  boşluq”,  “qanundakı 

nöqsanlar”,  “qanundakı  baca”  adlandırırlar.  Belə  ki,  hərəkət  formal  olaraq  qadağan 

edilmişdir,  amma  dövlətə  zərər  vurur.  Buna  görə  də  çox  hallarda  maliyyə  nəzarəti 

aparıldıqda  yoxlama  zamanı  normativ  aktlara  deyil  ümümi  maraq  nəzərə  alınaraq,  yerinə 

yetirilmək təklif olunur. 

Belə  yanaşdıqda maliyyə nəzarəti  qanunvericiliyin  təkmilləşdirilməsi işində həlledici 

amilə  çevrilə  bilər.  (informasiya  toplama  və  analiz  etmək,  normativ  aktlarda  dəyişiklik 

etmək və dəqiqləşdirmə işləri ilə əlaqədar təkliflər hazırlamaq üçün) məsələn, hələ 10 avqust 

1982  №200  SSRİ  Müdafiə  Nazirinin  əmri  ilə  tədtiq  olunmuş  Müdafiə  Nazirliyində 

Maliyyənin  vəziyyəti  ilə  əlaqədar  müddəalarda  göstərilir  ki,  inspektor-müfəttiş  yoxlayış 

zamanı dövlətin mənafeyindən çıxış etməlidir. 

Belarus  Respublikası  Sənaye  Nazirliyinin  Təşkilatlarında  maliyyə-təsərrüfat 

fəaliyyətinin  təftişi  və  yoxlanılması  barədə  təlimatında  dövlətin  və  təşkilatın  iqtisadi 



 

10 


maraqlarında 

zərbə 


vuran 

hüquq  pozuntularının 

vaxtı-vaxtında 

müəyyən 


edilməsi  və  qabağının  alınması  ,onların  edilməsi  üçün  lazım  olan  səbəb  və  şəraitlərin 

müəyyən edilməsi yoxlama zamanı həll edilən əsas məsələlərdən biri kimi müəyyən edilib. 

Bunun  əksi  isə  qanunvericiliynin  formal  olaraq  gözlənilməsi  durur  ki,  burada  yalnız 

mövcud    normativ  aktın  pozulması  aktı  yoxlanılır.  Lazımı  yoxlama  metodunun  seçilmməsi 

idarəetmə  subyektinin  müdirinin  və  ya  onun  təmsilçisinin  müəyyən  etdiyi  siyasətlə 

əlaqələnir. 

Yuxarıda  göstərilənə  əsaslanaraq,  maliyyə  nəzarətinin  təyini  xülasə  edək.  Maliyyə 

nəzarəti-idarə  edən  idarə  olinan  subyektlərin  birincinin  maliyyə  maraqlarına  uyğun 

əməliyyatlar  həyata  keçirməsinin  qiymətləndirilməsi  üzrə  fəaliyyətidir,  idarəetmənin 

funksiyasıdır. 

İdarəetmənin  funksiyaları  idarəetmə  fəaliyyətinin  konkret  növüdür,  hansı  ki,  xüsusi 

vasitə və üsullarla həyata keçirilir, həmçinin işlərinin uyğu təşkil olunması. 

İdarəetmə  nəzərriyəsində  indiyə  kimi  aydın  meəyyən  edilmiş  əlamətlər  üzrə 

idaetmənin  funksiyalarının    təsnifatı  haqqında  ümümi  fikirlər  hazırlanmamışdır.  İdaetmə 

prosesinin  vahid  bölgüsü  üçün  (nisbətən  xüsusiləşmiş  və  eyni  zamanda  ayrılmaz  əlaqəli 

funksiyaları) inteqrasiya prosesi olan və müəyyən məqsədin nailiyyətinə istiqamətləndirilmiş 

idarə etmə sistemini təsvir etmək də mümükündür. 

Hər funksiyanın ayrılması tədqiqat prosesində ayrı hazırlanır və təcrübə kifayət qədər 

şərtidir,  çünki  onlar  adətən  qismən  uyğun  gəlirlər  və  dolaşırlar  ki,  çox  hallarda  onu  tədqiq 

etdikdə və ya onun  bir  funksiyasının  harada başlayıb  hara  da   qurtardığını  müəyyən  etmək 

olmur. 

İdarəetmənin  funksiyaları  -  idarəetmə  fəaliyyətinin  bir  hissəsidir.  Onlar  idarə 

sisteminin strukturunun formalaşmasını müəyyən edirlər. 

V.J.Rikunovun  fikrincə  qəbul  edilmişdir  ki,  idarəetmənin  funksiyası  planlaşdırma, 

təşkilatçılıq,  koordinasiya,  nizamlama  və  nəzarətdən  ibarətdir.  Bununla  belə  göstərir  ki, 

bunlara iki şeyi əlavə etmək lazımdır: İnformasiya işləri və rəhbərlik. 

Ona  görə  də  nizamlama  sisteminin  müvazinətini  təmin  etməyə  yönəlmişdir. 

“Nizamlama normal fəaliyyəti təmin etmək üçündür” deyə yazır. 




 

11 


“kontrol  “anlayışına  o  “müşahidələr  və  yoxlamalar”  mənasını  verir.  Bundan  başqa 

V.J.Rıkunov  qeyd  edir  ki,  keçdiyi  böyük  tarixi  dövrə  baxmayaraq,  idarəetmə  nəzərriyəsi 

idarəetmə  üçün  vahid  fikir  formalaşdırmamışdır,  eləcə  də  idarəetmənin  prinsip,  metod  və 

funksiyalarına  dair  vahid  fikir  formalaşdırmamışdır.  Belə  ki,  məs.  Ç.V.Atamançuk 

idarəetmənin  bu  funksiyalarını  müəyyən  edir:  təşkilat,  planlaşdırma,  nizamlama,  kadr 

təminatı və nəzarət. 

İnzibati  idarəetmənin  nəzərriyəsinin  banisi  Anri  Faayol  (1841-1925)  XX

 

əsrin 


əvvəllərində  inzibati  proseslərin  beş  əsas  element  və  funksiyasını  ayırd  etmişdir:  Gələcəyi 

görmə (uzaqgörən), təşkilatçılıq, idarəetmə bacarığı, uzaqlaşma, nəzarət. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin