Məcmuu tələb(AD)-bu , mövcud şətrlər daxilində və qiymətin mövcud səviyyəsində alına bilən məhsulun ümumi və ya yekun həcmidir. Məcmuu tələb özündə son məhsul və xidmətlərə çəkilən bütün xərcləri ,şəxsi daxili investisiyanı, məhsul və xidmətlərin dövlət tərəfindən istehlakı və iqtisadiyyatın bütün sektorlarında xalis ixracı əks etdirir.
Məcmu təklif iqtisadiyyatın istehsal tərəfini, qiymətin hər bir səviyyəsində istehsal olunan milli məhsulun real həcmini göstərən modeldir
1.Makroiqtisadi tarazlıq,onu yaradan ilkin şərtlər.
Bizim yaşadığımız iqtisadi cəmiyyətin əsas çatışmazlıqları
onun tam məşğulluğu ,məhsuldarlığı təmin etmək bacarıqsızlığı və
ona məxsus olan sərvət və gəlirlərin bölgüsündə
qeyri-bərabərlik hesab olunur.
Con Meynard Keyns “Məşğulluq ,faiz və pulun
ümumi nəzəriyyəsi” (1935)
Məcmu təklif(AS) qiymətin mövcud səviyyəsində cəmiyyət miqyasında təklif olunan məhsul və xidmətlərin miqdarıdır. Məcmu tələb (AD) isə qiymətin mövcud səviyyəsində cəmiyyət tərəfindən tələbat olan məhsul və xidmətlərin ümumi kütləsini göstərir. Məcmu tələb və məcmu təklifin qarşılıqlı əlaqəsi qiymətin mövcud səviyyəsində milli gəlirin, bütövlükdə isə cəmiyyət səviyyəsində tarazlığın xarakteristikasını verir. Məcmu tələb və təklif əyrilərinin kəsişməsi qiymətin tarazlıq səviyyəsi və milli istehsalın real tarazlıq həcmini müəyyən edir və bunları qrafik olaraq, aşağıdakı şəkillərdə göstərmək olar:
Məcmu təklif əyrisinin (b) Məcmu təklif əyrisinin
aralıq hissəsində tarazlıq keyns hissəsində tarazlıq
Şəkil1.Qiymətin tarazlıq səviyyəsi və milli istehsalın real tarazlıq həcmi. Məcmu tələb və məcmu təklif əyrilərinin kəsişməsi qiymətin tarazlıq səviyyəsini və milli istehsalın real tarazlıq həcmini göstərir. Şəkil 1-a-da məcmu tələb və məcmu təklif əyriləri aralıq hissədə kəsişirlər.Şəkil 1-b-də isə məcmu tələb vətəklif əyriləri keyns hissəsində kəsişirlər.
Ilk öncə məcmu tələb və məcmu təklif əyrilərinin aralıq hissədə kəsişdiyi 1-a şəklini nəzərdən keçirək. Burada qiymətin tarazlıq səviyyəsi və milli istehsalın tarazlıq həcmi uyğun olaraq, Pe və Qe ilə işarə olunmuşdur. Pe-nin tarazlıq qiymətini, Qe-nin isə milli istehsalın real tarazlıq həcmini əks etdirməsi səbəbini göstərmək üçün qiymət səviyyəsinin Pe deyil P1 həcmində göstərildiyini fərz edək. Məcmu təklif əyrisi göstərir ki, qiymətin P1 səviyyəsində müəssisə Q1-ə bərabər olan milli məhsulun real həcmini artırmır. Bu zaman belə bir sual meydana çıxır: real məhsulun hansı həcmini qiymətin P1 səviyyəsi ilə ölkə daxili istehlakçılar, müəssisə və hökumət, həmçinin xarici alıcılar mənimsəməyə hazır olacaqdır? Məcmu tələb əyrisi Q2 cavabını verir. Milli məhsulun mövcud real həcmində alıcılar arasında rəqabət qiymətləri Pe səviyyəsinədək qaldıracaqdır, 1-a şəklində oxların göstərdiyi kimi qiymət səviyyəsinin P1-dən Pe-yə qaldırılması istehsalçıların məhsul həcmini Q1-dən Qe-yə qədər artırmağa məcbur edəcəkdir. Istehsal olunan və istehlak olunan məhsulların həcmi bərabər olduqda, iqtisadiyyatda tarazlıq yaranacaqdır.
Şəkil 1b-də keyns modelində məcmu tələb əyrisi məcmu təklif əyrisini kəsir və bu model əyrinin üfüqi yerləşdiyi modeldir. Konkret halda qiymət səviyyəsi milli məhsulun real tarazlıq həcminin formalaşmasında heç bir rol oynamır. Bunu başa düşmək üçün birinci növbədə qeyd etmək lazımdır ki, 1b şəklində tarazlıq qiyməti və milli istehsalın real tarazlıq həcmi Pe və Qe ilə işarə edilmişdir. Əgər sənaye sahəsi daha çox məhsul (Q2) istehsal etsəydi, onda məhsul artıqlığı yaranardı. Məcmu tələb bazarda bütün milli məhsulu almağa kifayət etməzdi. Məhsulların arzu olunmaz ehtiyatı ilə qarşılaşan müəssisələr tarazlıq səviyyəsi Qe-dək (oxla sola doğru istiqamətlənmiş ) azalardı və bazar boşalardı. Əksinə, əgər müəssisələr Q1 həcmində məhsul istehsal etsəydi, onda onun ehtiyatı, satışın həcmi istehsalın həcmindən çox olduğundan tez bir zamanda azalardı, bu isə müəssisələrə istehsalı genişləndirməyə şərait yaradır və bu zaman milli istehsalın həcmi artardı ( oxla sağa doğru istiqamətlənmiş ).
Ümumiyyətlə, makroiqtisadi tarazlığın klassik modeli J.B.Seyin bazarın daxili özünü tənzimləmə mexanizminə malik olması fikrinə əsaslanır. Sey hesab edirdi ki, məhsul təklifi özünün şəxsi tələbini yaradır, buna görə də istehsal olunmuş məhsulun həcmi avtomatik olaraq, bu məhsulların istehlakına kifayət edən gəlirlərin əldə olunmasını təmin edir. Makroiqtisadi səviyyədə Σməhsul dəyəri =Σməcmu gəlirlər. Bu bərabərliyin səhv olduğunu görmək çətin deyildir: Marksa görə Σməhsul dəyəri C+V+M-ə bərabərdir, bütün gəlilərin məbləği isə V+M-dir. Lakin J.B.Sey fərz edirdi ki, bütün əldə olunan gəlirlər mütləq istehlaka sərf olunmalıdır.
Klassik nəzəriyyə nəticəsində əmək haqqı, renta kimi tarazlıq nöqtəsinə nöqtəsinə malik faiz tariflərinin kəskinliyi haqqında təkliflər təkmilləşdirilmişdir. Bazarda istehalın hər bir amili tarazlıq nöqtəsinə malik olduğu üçün bazar bütövlükdə iqtisadiyyatda tarazlığı təmin edə bilər və hər zaman bu və ya digər səbəblərdən dövrü olaraq, meydana gələn qeyri-tarazlıq vəziyyətini düzəltmək qabiliyyətinə malikdir. Bununla kapitalist ideologiya dövlətlərin iqtisadiyyata müdaxiləsinin lüzumsuzluğunu əsaslandırırdı.
C.M.Keyns digər nöqteyi-nəzərdən bazar iqtisadiyyatında tsiklik tərəddüdləri nəzərdən keçirmişdir. Buna tarazlıq nöqtəsindən müvəqqəti uzaqlaşma kimi deyil, bazar sistemində inkişaf vəziyyəti kimi baxmışdır. Xüsusən ona görə ki, K.Marks tərəfindən iqtisadi tsiklin təhlili verilmişdir. C.M.Keyns klassik nəzəriyyə üçün az sevindirici olan aşağıdakı nəticələrə gəlmişdir.
1. Kapitalizmdə tam məşğulluğa zəmanət verən heç bir mexanizm yoxdur.
2.İqtisadiyyat işsizlik və ona uyğun olaraq, inflyasiyanın əhəmiyyətli səviyyəsində tarazlıq nöqtəsinə çata bilər.
3.Kapitalist iqtisadiyyat özünü tənzimləyən sistem hesab olunmur.
4.İqtisadiyyatın tsiklik tərəddüdlərini yalnız xarici amillərlə əlaqələndirmək olmaz.(quraqlıq, soyuq yazın nəticəsi, müharibə və s. ) Onların səbəblərini iqtisadiyyatın özündə-işsizlik, inflyasiyada axtarmaq lazımdır.
5.İqtisadiyyatda istənilən neqativ hadisələr ilk növbədə qiymət və əmək haqqının azaldılması istiqamətində onlara təsir göstərir.
6.Borc faizləri, gəlir, əmək haqqının avtomatik tənzimlənməsi mövcud deyildir, lakin onlara müvafiq bazarlar mövcuddur.
Buradan belə bir nəticə çıxır ki, kapitalist iqtisadiyyatını tənzimləmək lazımdır, daha dəqiq-bazar sisteminə makro səviyyədə tarazlığı saxlamaq üçün kömək etmək lazımdır və bunu yalnız dövlət edə bilər. Dövlətin bunu etmək üçün hansı vasitələrdən istifadə etməsini isə C.M.Keyns özünün əsas işi olan “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi”ində göstərmişdir.
Bəs C.M.Keyns iqtisadi təhlilinin əsas mövqeləri nədən ibarətdir?
Ehtiyat subyektləri və investorlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən insan qruplarıdır. Istisnasız bütün insanlar qənaət edir, investorlar isə koorporasiyalar, dövlət təşkilatları, firmalar, fərdi subyektlər vəs. tərəfindən təmsil olunurlar. Buna görə də bütün ehtiyatlar investisiyaya çevrilmir.
Qənaət edən şəxslə və investorun fəaliyyət məqsədləri müxtəlifdir. Birinci qrup bazarlıq etmək, sabah üçün, qocalıq, işsizlik, sığorta üçün pul ehtiyatına malik olmaq istəyir. Ikinci qrup isə istehsalı idarə etmək , işə başlamaq və ya onu genişləndirmək, yeni texnologoyaya keçmək, yeni bazara yayılmanı həyata keçirmək və s.məqsədlər güdür.
Ehtiyat və investisiya bir-birinə uyğun deyildir və buna görə də onların müxtəlifliyi nəticəsində istehsalın, gəlirin ümumi həcmində, məşğulluğun və qiymətin ümumi səviyyəsində tərəddüdlər baş verir. Bu şəkildə C.M.Keyns makro təhlilin mərkəzinə insanların istehlak və ehtiyata meylliliyini qoyur və onların həcminin orta və son həddini fərqləndirir.
Istehlaka orta meyllilik (APC) əhali gəlirinin istehlak edilən hissəsinin gəlirə nisbəti kimi müəyyən olunur.
APC=C/Y
Ehtiyata orta meyllilik (APS) əhali gəlirinin qənaət edilən hissəsinin gəlirə nisbəti kimi müəyyən olunur.
APS=S/Y
Burada APC+APS=1 olduğunu görmək çətin deyildir.
Istehlaka meylliliyin son həddi (MPC) istehlak artımının gəlir artımına nisbəti kimi müəyyən olunur. Ehtiyata meylliliyin son həddi (MPS) uyğun olaraq, ehtiyat artımının gəlir atmına nisbəti kimi müəyyən olunur. Buradan aydındır ki, MPC+MPS=1
Beləliklə, C.M.Keynsin fikrinə görə tarazlıq insanların pul ehtiyatına meylliliyi ilə pozulur. Insanlar qənaət edərək pulu istehsala geri qaytarmır, deməli, məhsul ehtiyatı məbləği qeyri-real olur.
Dostları ilə paylaş: |