Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə11/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
referat 341

Dəyişikliklər

onların məcmu tələbə təsiri

İqtisadi siyasət
Pul-kredit siyasəti

Vergi-büdcə siyasəti


Ekzogen dəyişikliklər
Xarici ölkələrdə istehsalın həcmi

Qiymətli kağızlar bazarının dinamikası.


Neftin qiymətinin aşağı düşməsi.
Yeni texnologiyaların meydana gəlməsi

Digərləri.



tədavüldə pulun miqdarının artımı faiz tariflərinin azalmasına səbəb olur,bu o deməkdir ki, uzunmüddətli istifadə məhsullarının istehlakı və investisiya artımına stimullaşdıran kredit vermə şərtlərinin yüngülləşdirilməsi.


Məhsul və xidmətlərə dövlət məsrəflərinin artımı məcmu məsrəflərin artımını göstərir, vergilərin azaldılması və transferlərin artırılması gəlirin artırılmasına səbəb olur və öz növbəsində istehlakın artmasına şərait yaradır.
Xarici ölkələrdə istehsal həcminin artması xalis ixracın artmasına səbəb olur.

Səhmlər və daşınmaz əmlakın qiymət artımı ev təsərrüfatının əmlakının dəyərinin , istehalakın artmasına səbəb olur, bu eyni zamanda o deməkdir ki, kapital dəyərinin aşağı düşməsi investisiya fəallığının artımına imkan yaradır.


Neft hasilatının artımı dünyada neftin qiymətinin artmasına səbəb olur; əhalinin real gəlirinin artımı və iş ortamında qeyri-müəyyənliyin azalması investisiya və istehlakın artmasına səbəb olur.


Texnologiyaların təkmilləşdirilməsi kapital qoyuluşu və istehlak üçün yeni imkanlar açır: dəmir yollarının, avtomobil, kompüter texnologiyalarının meydana gəlməsi.


Müxtəlif siyasi hadisələr, ticarət sahəsində müqavilələr, soyuq müharibənin qurtarması-bütün bunlar istehsalçı və istehlakçıların inamının artımına və investisiya və uzunmüddətli istifadə məhsullarının istehlakının artımına səbəb olur.





Məcmu tələbin birinci qrup amillərinə siyasi qərarlar nəticəsində baş verən və dövlətin nəzarəti altında olan dəyişikliklər aiddir. Bunlar pul-kredit siyasətinin alətləridir və onların vasitəsi ilə mərkəzi bank kreditlərin və tədavüldə olan pulun miqdarını müəyyən edir. Buraya həmçinin vergi-büdcə siyasətinin-vergi və dövlət məsrəflərinin alətləri daxildir.
Ikinci qrup ekzogen dəyişikliklərdən ibarətdir. Onlardan bəziləri, məs;müharibə və inqilabın makroiqtisadiyyatın predmeti ilə heç bir əlaqəsi yoxdur, digərləri isə -xarici ölkələrdə iş fəallığının səviyyəsi daxili siyasi qərarlarla idarə oluna bilməz, üçüncü qrup amillər-qiymətli kağızlar bazarının parametrləri əhəmiyyətli dərəcədə təsadüfi və ya tərəddüdlərin digər aillərindən asılı olmayaraq təsir edir.
Lakin keynsçi makroiqtisadi yanaşmaya əsasən dövlət müdaxiləsi və ekzogen amillər müxtəlif dövrlərdə iqtisadiyyata müxtəlif cür təsir edir. Məs; İkinci Dünya müharibəsi zamanı hərbi məsrəflər ÜDM-un demək olar ki, yarısını təşkil etdiyi halda məcmu tələbin formalaşmasında daha əhəmiyyətli rolu vergi-büdcə siyasəti oynayırdı. Son dövrlərdə Federal ehtiyat sisteminin inflyasiya və işsizliklə mübarizədə daha fəal rol oynadığı dövrdə iqtisadiyyatda tsiklik tərəddüdlər pul-kredit siyasətindən daha az asılı olmağa başlamışdır.


  1. Yüklə 188,16 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin