Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə9/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
referat 341

Şəkil 6. IS və LM modeli və uyuşan valyuta məzənnəsində məcmu tələb.
Şəkil inflyasiyanın artım tempinin məcmu tələbə təsirini göstərir və bu zaman nominal pul kütləsinin artım tempi dəyişməz olaraq qalır.A nöqtəsində ilkin tarazlıq və inflyasiyanın π tempində inflyasiya π΄ı səviyyəsinədək artır. Bu real pul kütləsinin artım tempini aşağı salır və qrafik (a)-da LM əyrisi sola doğru hərəkət edir. Tələb aşağı düşür (nöqtə A1) və bununla da qrafik (b)-də əyrinin əks meylliliyi izah olunur.
Hər şeydən əvvəl xatırlamaq lazımdır ki, uyuşan valyuta məzənnəsində IS əyrisi endogen vəziyyətdədir. Cari əməliyyatlar nəticəsində valyuta məzənnəsinin dəyişməsi IS əyrisinə təsir göstərir və IS əyrisi A1 nöqtəsindən keçməlidir: LM əyrisi və maliyyə inteqrasiyası xətti bir qayda olaraq, istehsalın həcmi ilə müəyyən olunur.
Inflyasiyanın daha yüksək səviyyəsinin son nəticəsi istehsal həcminin düşməsindən ibarətdir. Bu nəticəni qrafik (b)-də təsvir etsək, onda biz görərik ki, qısamüddətli dövrdə məcmu tələb əyrisi əks meylliliyə malikdir. Bu qısamüddətli dövrün əyrisidir, belə ki, inflyasiyanın tempi yüksək olaraq qalır, real pul kütləsinin artım tempi isə aşağı düşür, LM əyrisi sol tərəfə doğru hərəkət etməyə davam edir. Müxtəlif səbəblərdən məcmu tələb əyrisi həm təsbit edilmiş, həm də uyuşan valyuta məzənnəsində azalan hesab olunur. Təsbit olunmuş valyuta məzənnələri şəraitində inflyasiya tələbə xarici rəqabətqabiliyyətliliyi vasitəsi ilə təsir edir. O, real pul kütləsinə təsir göstərmir, çünki pullar endogen olaraq, valyuta bazarında müdaxilə yolu ilə Mərkəzi bank tərəfindən təklif olunur. Uyuşan valyuta məzənnəsi şəraitində isə vəziyyət əksinə olur. Rəqabətqabiliyyətliliyi qiymətin deyil nominal valyuta məzənnəsinin hakim mövqe tutan təsiri altındadır. Inflyasiya Mərkəzi bank tərəfindən təyin olunan istənilən nominal artım tempində real pul təklifinin dəyişməsinə təsir edir.
Yuxarıda qeyd etdiyimiz kimi digər dəyişməz şərtlər daxilində qiymət səviyyəsinin artımı məcmu məsrəflərin azalməsına səbəb olur. Lakin “digər şəraitlər” də məcmu tələb həcminə təsir göstərə bilər və bu amillərin təsiri nəticəsində məcmu tələb əyrisi müəyyən istiqamətdə hərəkət edir və biz məcmu tələb əyrisinin hərəkətinə səbəb olan çoxlu sayda hadisələri misal göstərə bilərik. Onlardan bəzilərini qeyd edək:

  • Amerikanlılar birdən pensiya ehtiyatının həcmində təhlükə hiss edirlər və cari istehlaka onların məsrəfləri azalır. Belə ki, tələbat olan məhsul və xidmətlərin miqdarı qiymətin hər bir səviyyəsində azalır. Məcmu tələb əyrisi sola doğru hərəkət edir.

  • Kompüter sənayesi yüksək sürətlə kompüterlərin yeni ailəsini təklif edir,bir çox firmalar isə yeni kompüter sisteminə kapital qoyuluşu haqqında qərar qəbul edirlər. Bu zaman qiymətin hər bir səviyyəsində tələbat olan məhsul və xidmətlərin miqdarı artır, məcmu tələb əyrisi sağa doğru hərəkət edir.

  • “Soyuq müharibə”nin qurtarması ilə əlaqədar ABŞ Konqressi yeni silah sistemlərinin tədarükünün azaldılması haqqında qərar qəbul edir. Qiymətin hər bir səviyyəsində məhsul və xidmətlərin miqdarının azalması ilə məcmu tələb əyrisi sola doğru hərəkət edir.

İlk iki misalda məcmu tələb əyrisinin hərəkəti istehlakçıların və ya firmaların planlaşdırılan məsrəflərinin dəyişməsinin nəticəsi, sonuncu misalda isə maliyyə-büdcə və ya pul- kredit siyasətində dəyişikliklərin nəticəsidir. Real həyatda məcmu tələbin hərəkəti bəzi hallarda individlərin hərəkəti ilə şərtlənir, digərlərində isə dövlətin iqtisadi siyasəti ilə qabaqcadan müəyyən olunur. Bütün bu qeyd olunan “digər şərtlər”i biz məcmu tələbin qeyri qiymət amilləri adlandırırıq.




Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin