Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə6/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   2   3   4   5   6   7   8   9   ...   17
referat 341

Şəkil 2. Məcmu tələbin tərtib hissələri.
Məcmu tələb 4 məsrəf axınından ibarətdir:istehlak(C), investisiya(I), məhsul və xidmətlərə dövlət xərcləri(G) və xalis ixrac(X).
Məcmu tələb əyrisinin hərəkəti makroiqtisadi siyasətin dəyişməsi və ya ekzogen dəyişikliklər nəticəsində baş verə bilər.Şəkil 2-də məcmu tələbin tərtib hissəsi ilə yanaşı kifayət qədər sadə əyrisi verilmişdir. Ümumiyyətlə, məcmu tələb əyrisi (AD-aggregate demand) bizə qiymətin hər bir mövcud səviyyəsində məhsul və xidmətlərə olan tələb haqqında məlumat verir.

Şəkil 3. Məcmu tələb əyrisi.
Göründüyü kimi məcmu tələb əyrisi əks meylliliyə malikdir. Bu onu bildirir ki, digər dəyişməz şərtlər daxilində iqtisadiyyatda qiymətin ümumi səviyyəsinin düşməsi tələbat olan məhsul və xidmətlərin həcminin artmasına gətirib çıxarır.Şəkil 3-dən göründüyü kimi qiymətin səviyyəsinin P1-dən P2-yə düşməsi ilə tələbat olan məhsul və xidmətlərin həcmi Y1-dən Y2-yə qalxır.
Bəs nəyə görə məcmu tələb əyrisi məhz belə yerləşmişdir? Bunun bəzi səbəbləri vardır,lakin ən mühümü pul təklifinin effekti hesab olunur.Məcmu tələb əyrisinin qurulması dəyişməz şərtlər daxilində həyata keçirilir və pul təklifi dəyişməz qəbul olunur, bununla yanaşı iqtisadiyyatda qiymət səviyyəsinin artımı baş verdikdə belə pulun nominal miqdarının tədavüldə daim olması nəzərdə tutulur. Bu o deməkdir ki, qiymət səviyyəsinin artımı şəraitində real pul kütləsi proporsional olaraq aşağı düşür. Məs,əgər tədavüldə pulun miqdarı 600 mlrd. doll. səviyyəsində müəyyən olunmuşdursa, istehlak qiyməti indeksi isə 100-dən 150-yə qalxmışdırsa, onda real olaraq, pulun miqdarı 400 mlrd.doll. aşağı düşür.(=600mlrd.doll.x100/150)
Ümumiyyətlə, real ifadədə pulun miqdarının azaldılması o deməkdir ki, pul daha “nadir” forma alır. Uyğun olaraq, faiz tarifi və tədiyyəsi zaklada əsasən artmağa başlayır və kredit əldə etmək çətinləşir, nəticə kimi istehlak, investisiya və xalis ixracın aşağı düşməsi baş verir.Digər dəyişməz şərtlər daxilində tədavüldə pulun daimi miqdarı ilə qiymət səviyyəsinin artması real pul kütləsi və real məcmu məsrəflərin azalmasına səbəb olur. Nəticədə bu proses, əyrinin əks istiqamətdə uzununa sürüşməsi şəklini alır və qrafik olaraq, aşağıdakı kimi təsvir olunmuşdur.


Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin