Tarazlıqda dəyişiklik. Bu mərhələdə biz təhlildə məcmu tələb və məcmu təklif əyrilərini və bu addımın milli məhsulun real həcminə(məşğulluğa) və qiymət səviyyəsinə təsirini nəzərdən keçirəcəyik. Məcmu tələb əyrisinin hərəkəti.Fərz edək ki, bəzi səbəblərdən (Ağ evdə qalmaqal, fond bazarının çökməsi və ya ABŞ-ın geniş miqyaslı müharibə münaqişəsində iştirakı) iqtisadiyyatı pessimizm dalğası əhatə etmişdir. Birləşmiş Ştatlara əhali inamı itmişdir, iqtisadi subyektlər planlarını dəyişdirir, ev təsərrüfatı məsrəfləri azaldır, əhəmiyyətli qazanclardan imtina edir, müəssisələr yeni avadanlıqların tədarükünü dayandırırlar.
Bu gözlənilməz hadisələr iqtsadiyyata hansı təsiri göstərər? Hər şeydən əvvəl məhsul və xidmətlərə məcmu tələb azalır. Qiymətin mövcud səviyyəsində ev təsərrüfatı və müəssisələr daha az məhsul almaq istəyir və məcmu tələb əyrisi AD vəziyyətindən AD1 vəziyyətinə sola doğru hərəkət edir (şəkil 2)
Şəkil 2. Məcmu tələbin azaldılması. Məcmu tələbin aşağı düşməsi məcmu tələb əyrisinin sola doğru AD1-dən AD2-yə yerini dəyişməsinə səbəb olur. Iqtisadiyyatın tarazlıq nöqtəsi A-dan B-yə hərəkətidir, istehsalın həcmi Y1-dən Y2-yə, qiymətin səviyyəsi isə P1-dən P2-yə düşür.müəyyən müddətdən sonra məcmu təkllf əyrisi AS1-dən AS2-yə yerini dəyişir və iqtisadiyyat məcmu tələb əyrisinin məcmu təklif əyrisini kəsdiyi C nöqtəsinə çatır. Qiymətin səviyyəsi düşür, istehsal isə təbii vəziyyətinəY1-ə qayıdır.
Qısamüddətli dövrdə iqtisadiyyat AS1 məcmu təklif əyrisi boyunca A nöqtəsindən B nöqtəsinə yerini dəyişir. Məhsul istehsalı həcmi Y1-dən Y2-yə, qiymət səviyyəsi isə P1-dən P2-yə düşür.
Istehsal həcminin aşağı düşməsi iqtisadiyyatın böhran dövrünə daxil olmasını göstərir, lakin bizim qrafikimizdə bu təsvir olunmur. Müəssisələr satış həcmi və istehsalın aşağı düşməsinə məşğul işçilərin satını azaltmaqla reaksiya verir. Bu şəkildə məcmu təklifin hərəkəti nəticəsində yaranan pessimizm müəyyən dərəcədə özünü doğurur.
Bəs bu zaman siyasətçilər nə tədbirlər görür? Hökumət məcmu təklifi artırmaq imkanına malikdir. Qeyd etdiyimiz kimi dövlət tədarükünün və ya pul təklifinin artırılması tələbin həcminin artmasına səbəb olur və məcmu tələb əyrisi sola doğru hərəkət edir. Kifayət qədər sürət və dəqiqliklə siyasətçilər məcmu tələbin ilk yerdəyişməsini müvazinətləşdirir, məcmu tələb əyrisi AD1 vəziyyətinə, iqtisadiyyat isə A nöqtəsinə qayıdır.
Lakin siyasətçilərin aktiv fəaliyyəti olmadan da uzunmüddətli dövrdə iqtisadiyyat müstəqil olaraq, böhran vəziyyətindən çıxır. Qiymət səviyyəsinin aşağı düşməsindən asılı olaraq, insanların təsəvvürləri, əmək haqqı və qiymət dəyişir və məcmu təklifin qısamüddətli əyrisi sağa doğru AS1 vəziyyətindən AS2 vəziyyətinə yerini dəyişir. Uzunmüddətli dövrdə iqtisadiyyat məcmu tələbin yeni əyrisinin (AD2) məcmu təklifin uzunmüddətli əyrisini kəsdiyi C nöqtəsinə keçir. Yeni uzunmüddətli tarazlıq zamanı istehsal təbii səviyyəsinə qayıdır.
Beləliklə, biz məcmu tələb əyrisinin hərəkətinin iki mühüm nəticəsini qeyd edə bilərik.
Qısamüddətli dövrdə məcmu tələb əyrisi məhsul və xidmətlərin istehsal səviyyəsində tərəddüdlərə səbəb olur.
Uzunmüddətli dövrdə məcmu tələb əyrisi istehsala deyil, qiymətin ümumi səviyyəsinə təsir edir.
Məcmu təklif əyrisinin hərəkəti. İqtisadiyyatın uzunmüddətli tarazlıq vəziyyətində olduğunu təsəvvür edək. Fərz edək ki, bəzi müəssisələrdə qəflətən istehsal xərcləri əhəmiyyətli dərəcədə artmışdır. Bəs istehsal xərclərinin artımının makroiqtisadi nəticəsi nə ola bilər? Qiymətin hər bir səviyyəsində müəssisə daha az məhsul və xidmətlər təklif edir. Bu şəkildə məcmu təklifin qısamüddətli əyrisi sola doğru AS1 vəziyyətindən AS2 vəziyyətinə yerini dəyişir.