Şəkil 3. Məcmu təklif əyrisinin hərəkəti.
Konkret hadisələrdən asılı olaraq, məcmu təklif əyrisi müəyyən istiqamətdə yerini dəyişə bilər. Lakin sadəlik üçün fərz edəcəyik ki, onun vəziyyəti dəyişmir.
Qısamüddətli dövrdə iqtisadiyyat mövcud məcmu tələb əyrisi boyunca A nöqtəsindən B nöqtəsinə yerini dəyişir. Istehsal olunmuş məhsulun həcmi Y1-dən Y2-yə düşür, qiymətin səviyyəsi isə P1-dən P2-yə qalxır. İqtisadiyyatda durğunluq ( istehsal həcmini düşməsi ) və eyni zamanda inflyasiya ( qiymətin qalxması) müşahidə olunur, ona görə də, belə vəziyyət bəzən staqfliyasiya(istehsal həcminin aşağı düşməsi və eyni zamanda qiymət artımı dövrüdür) adlanır.
Bu halda siyasətçilər nə tədbir görə bilər? Məsələnin sadə həlli mövcud deyildir. Məsələnin həllərindən biri ondan ibarətdir ki, ümumiyyətlə heç bir şey etmək lazım deyildir. Bu halda məhsul istehsalı müəyyən müddət Y2 nöqtəsində sıxılmış vəziyyətdə olacaqdır. Müəyyən müddətdən sonra iqtisadiyyat daha yüksək istehsal məsrəfləri ilə insanların təsəvvürlərinin, əmək haqqının və qiymətlərin dəyişməsinə uyğun olaraq, böhrandan sağalır. Istehsalın aşağı səviyyəsi və işsizliyin yüksək səviyyəsi dövründə, məs, əmək haqqı azaldılmalıdır, bu isə istehsal məsrəflərinin azaldılmasına və istehsalı nəzərdə tutulan məhsul həcminin artmasına səbəb olur. Vaxt axını ilə məcmu təklifin qısamüddətli əyrisi AS1 vəziyyətinə qayıdır, qiymət səviyyəsi düşür və istehsal təbii səviyyəyə yaxınlaşır. Uzunmüddətli dövrdə iqtisadiyyat məcmu tələb əyrisinin uzunmüddətli məcmu təklif əyrisini kəsdiyi A nöqtəsinə qayıdır.
Pul-kredit və vergi siyasətinin həyata keçirilməsinə cavabdeh olan dövlət xadimləri məcmu tələb əyrisini müəyyən edən amillərə təsir göstərərək, qısamüddətli məcmu təklif əyrisinin hərəkətinin bəzi nəticələrini kompensasiya edə bilərlər.
Şəkil 4. Məcmu təklifin əyrisinin əlverişsiz hərəkətinə uyğunlaşma.
Bu zaman məcmu tələb əyrisi sağa doğru məcmu təklifin istehsala təsir etməyəcəyi qədər hərəkət edir. Bu halda iqtisadiyyat A nöqtəsindən C nöqtəsinə keçir, istehsal təbii səviyyəsində qalır, qiymət isə qalxır.
Deməli, buradan belə bir nəticə çıxır ki, məcmu təklif əyrisinin hərəkəti durğunluq-iqtisadi böhrana (istehsalın düşməsi) və inflyasiyaya (qiymətin qalxması) səbəb ola bilər. Məcmu tələb əyrisinə təsir edərək, qısamüddətli dövrdə istehsalın həcmini saxlamaq olar, lakin qiymətin səviyyəsi müntəzəm olaraq artacaqdır. Qeyd etmək lazımdır ki, məcmu təklif əyrisinin hərəkəti tam məşğulluq səviyyəsində milli istehsalın real həcminin dəyiməsinə səbəb olur;əyrinin sağa doğru hərəkəti iqtisadi artım və iqtisadiyyatda potensial istehsalın artdığını göstərir.
Dostları ilə paylaş: |