Azərbaycan hava yollari” qsc milli Aviasiya Akademiyası Sərbəst iş №2 Fakültə: Aerokosmik İxtisas: informasiya Texnologiyaları Qrup: 2441A



Yüklə 187,11 Kb.
tarix19.10.2023
ölçüsü187,11 Kb.
#157161
Fizika si 2


AZƏRBAYCAN HAVA YOLLARI” QSC
Milli Aviasiya Akademiyası
Sərbəst iş № 2

Fakültə: Aerokosmik
İxtisas: informasiya Texnologiyaları
Qrup: 2441A
Müəllim: Sevda Ağayeva
Tələbə: İlkin Həsənli
Fənn: Fizika
Mövzu: Təzyiqin hesablanmasına aid məsələlər. Maye axınları. Reynolds ədədi.

Maye və qazlarda təzyiq
Qaz molekulları nizamsız, xaotik hərəkət edir. Qaz molekulları arasında qarşılıqlı təsir qüvvəsi çox zəif olduğundan onu nəzərə almamaq olar; onlar fəzada sərbəst hərəkət edir və toqquşmalar nəticəsində olduqları yerdən uzaqlaşmağa çalışaraq, qabın həcmini doldurur, yəni qazın həcmi onun olduğu qabın həcmi ilə təyin olunur
Maye isə müəyyən həcmə malik olduğu halda, töküldüyü qabın formasını alır. Qazlardan fərqli olaraq, mayelərdə molekullar arasındakı məsafə təcrübi olaraq sabit qalır, ona görə də maye öz həcmini saxlayır.
Əgər sükunətdəki mayenin içərisinə nazik lövhə salsaq, həmin lövhədən müxtəlif istiqamətlərdə yerləşən maye hissələri onun hər bir ∆S elementinə ∆F qüvvəsi ilə təsir edəcək; lövhənin vəziyyətindən asılı olmayaraq bu qüvvələr modulca bərabər olub, istiqamətcə ∆S səthinə perpendikulyar yönəlir; səthə toxunan istiqamətdə qüvvə təsir etsəydi, maye hissəciklərini hərəkətə gətirə bilərdi (şəkil 1). Maye tərəfindən vahid səthə təsir edən qüvvə mayenin təzyiqi adlanır:
; [ ]



Tarazlıqda olan mayenin (qazın) təzyiqi Paskal qanununa tabedir: Sükunətdə olan mayenin təzyiqi bütün istiqamətlərdə eyni olub, həmin mayenin tutduğu həcmdə bütün istiqamətlərə bərabər ötürülür.
Tarazlıqda olan mayedə üfüqi istiqamətdə təzyiq həmişə eynidir, əks halda tarazlıq olmazdı. Ona görə də sükunətdə olan mayenin sərbəst səthi həmişə qabın divarlarından uzaqda üfüqi vəziyətdə olur. Əgər maye sıxılmayandırsa, onun sıxlığı təzyiqdən asılı deyil. Deməli, hündürlüyü h, en kəsiyi S və sıxlığı  olan mayenin çəkisi P= gSh, qabın dibinə təzyiqi isə:

Burada -hidrostatik təzyiq adlanır.
Mayenin hərəkəti axın, hərəkət edən maye hisəciklərinin çoxluğu isə sel adlanır. Qrafik olaraq, mayenin hərəkəti cərəyan xətləri ilə xarakterizə olunur; cərəyan xətlərinin sayının, həmin xətlərə perpendikulyar olan səthin sahəsinə nisbətinə cərəyan xətlərinin sıxlığı deyilir. Cərəyan xətləri elə çəkilir ki,onlar maye axınının sürətinin böyük olduğu yerlərdə sıx, maye axınının sürətinin kiçik olduğu yerlərdə isə seyrək olsun

Cərəyan xətləri ilə əhatə olunan maye hissəsi cərəyan borusu adlanır. Maye axınında cərəyan xətlərinin forması, yerləşməsi və onun hər bir nöqtəsində sürətin qiyməti zaman keçdikcə dəyişmirsə, belə axın tarazlaşmış, yaxud stasionar axın adlanır.
Bernulli tənliyi
Sıxlığı sabit olan və layları arasnda sürtünmə qüvvəsi olmayan mayeyə ideal maye deyilir

-statik təzyiq, -dinamik təzyiq, -hidrostatik təzyiqdir.
Bu tənlik Bernulli tənliyi adlanır. Bernulli tənliyi ideal mayenin tənzimlənmiş axını üçün enerjinin saxlanması qanununu ifadə edir və daxili sürtünməsi kiçik olan real mayelər üçün də ödənilir.
Maye axınının iki rejimi var. Əgər axın boyunca ayrılan hər bir nazik lay qonşu laylara nəzərən, onlarla qarışmadan sürüşürsə, belə axın laminar axın, əgər axın boyunca mayenin (qazın) bir-birinə qarışması və burulğanlığı yaranırsa, belə axın turbulent axın adlanır.

Laminar axında orta sürətin paylanması parabolikdir, turbulent axında isə borunun divarı yanında sürət tez artır, orta hissəsində isə onun paylanma profilinin əyriliyi azalır. Axının xarakteri Reynolds ədədi adlanan ölçüsüz (13) kəmiyyəti ilə xarakterizə olunur. Burada =/ - kinematik özlülük;  - mayənin sıxlığı - borunun en kəsiyi boyunca orta sürət; d- xarakterik xətti ölçüdür, məsələn, borunun diametridir.

Yüklə 187,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin