Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə1/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)


Pedaqoji psixologiyadan mühazirə kursu
Mühazirəçi:
Təxmini təvqim tematik plan
1. Pedaqoji psixologiyanın predmeti və vəzifələri
2. Pedaqoji psixologiyanın tədqiqat metodları
3. Pedaqoji psixologiyanın inkişaf tarixi
4.Təlimin psixoloji mahiyyəti
5.Təlim və psixi inkişaf
6.Təlim nəzəriyyələri
7. Fəal təlim metodları
8. Təlim və öyrənmə
9. Mənimsəmə və onun psixoloji komponentləri
10. Bilik, bacarıq və vərdişdərin mənimsənilməsi
11. Təlim situasiyaları və dərs
12.Tərbiyənin psixoloji mexanizmi və məqsədləri
13. Tərbiyəvi təsir metodları
14. Tərbiyənin əsas sosial institutları
15. Pedaqoji fəaliyyətin psixologiyası
16. Müəlimin dərsə hazırlığınını psixoloji məsələləri
17. Müəllimin peşakarlıgının meyarları və səviyyələri
18. Təlimdə qiymətləndirmənin psixoloji məsələləri
19. Pedaqoji ünsiyyətin ümumi səciyyəsi və speifikası
20.. Pedaqoji konfilikt anlayışı,onun səbəbləri və növləri
21. Məktəbdə psixoloji xidəmtin əsaları

22. Məktəb psixoloqunun kiçik məktəblilərlə, yeniyetmələrlə və


yuxarı sinif şagirdləri ilə işinin əsas istiqamətləri
23.Təhsildə psixoloji sağlamlıq problemi
Mövzu 1. Pedaqoji psixologiyanın predmeti və vəzifələri
Plan:
1. Pedaqoji psixologiyanın bir elm kimi səciyyəsi
2. Pedaqoji psixologiyanın predmetinin müəyyənləşdirilməsində əsas
istiqamətlər
3. Pedaqoji psixologiyanın nəzəri məsələləri
4. Pedaqoji psixologiyanın praktik məsələləri

Pedaqoji psixologiya – təlim və tərbiyə prosesinin təsiri nəticəsində şəxsiyyətin dəyişməsinin psixoloji mexanizmlərini öyrənən elm sahəsidir. Bu elm sahəsi təlim – tərbiyə prosesinin bu və ya digər mərhələsində fərdin şəxsiyyət kimi inkişafının qanunauyğunluqlarını öyrənir.


Bir sıra elm sahələrində olduğu kimi pedaqoji psixologiyanın da obyekti insandır. Ancaq elmləri bir-birindən tədqiq etdiyi obyekti deyil, predmeti fərqləndirir, onların bir-birindən ayrılmasına və müstəqil elm sahəsi kimi fəaliyyət göstərməsinə zəmin yaradır.
Pedaqoji psixologiyanın öz predmetini dəqiqləşdirməsində pedaqogika, ümumi psixologiya, yaş psixologiyası və başqa elmlərlə müəyyən problemləri ortaya çıxır. Bu ondan irəli gəlir ki, istər ümumi psixologiyanın, yaş psixologiyasının, istərsə də pedaqogikanın və pedaqoji psixologiyanın öz predmetinə yanaşmada müəyyən identiklik (oxşarlıq) özünü göstərir. Belə ki, pedaqogika təlim və tərbiyənin mahiyyətini, onun qanunauyğunluqlarını, inkişafın perspektivlərini və meyillərini öyrənir, təlim-tərbiyə prosesinin nəzəri və texnoloji əsaslarını, prinsiplərini, məzmun və formasını, eləcə də təlim metodlarının işlənib hazırlanması yollarını müəyyənləşdirir.
Pedaqoji psixologiyadan fərqli olaraq ümumi psixologiya təlim və tərbiyənin yaş xüsusiyyətlərini, təlimin fərdi qanunauyğunluqlarını, şəxsiyyətin inkişafının istiqamətlərini və mexanizmlərini ayırd edir, təlim və tərbiyənin üsul və vasitələrinin müəyyən edilməsində baza rolunu oynayır. Belə olan halda pedaqoji psixologiya bir tərəfdən, təhsil prosesi haqqında başqa elmlər tərəfindən əldə olunmuş nəzəri və tətbiqi biliklərə əsaslanır, digər tərəfdən isə təhsil prosesinin öyrənilməsində özünün xüsusi istiqamətlərinə istinad edir. Pedaqoji psixologiyanın istinad etdiyi belə bir istiqamətin spesifik (xüsusi) cəhəti onunla bağlıdır ki, təhsil prosesinə sosial-mədəni təcrübənin mənimsənilməsində və ötürülməsində təşkil olunmuş fəaliyyət növü kimi baxılır, bu proses şəxsiyyətin sosializasiyası və inkişafında kompleks mühit amili kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, pedaqoji psixologiyanın predmetinin öyrənilməsində identik yanaşmalar olsa da, bir sıra hallarda onların fikirləri haçalanır.
Pedaqoji psixo­log­iy­an­ın predmetinin öyrənilməsinə geniş aspektdən yanaşsaq onun predmetinin müəyyənləşdirilməsində aşağıdakı istiqamətlərin olduğunu görə bilərik:
1) Pedaqoji psixologiya psixologiya və pedaqogika arasında aralıq mövqe tutan, bu iki elmin kompleks biliklərinin əhatə dairəsinin sərhəd nöqtəsində dayanan müştərək elm sahəsi olub təlim, tərbiyə və inkişafın, həmçinin, onların qaşılıqlı əlaqəsinin qanunauyğunluqlarını öyrənən elm sahəsidir (B.Q.Ananyev).
2) Pedaqoji psixologiyanın predmetini – özünün strukturu, səciyyəvi cəhətləri, qanunauyğunluqları ilə, şagirdlərin yaş və fərdi xüsusiyyətlərini və onların inkişafının psixoloji şərtlərini özündə əks etdirən, öyrənmə prosesində şəxsiyyətin inkişafına effektiv təsir göstərən təlim prosesi təşkil edir (N.F.Talızina).
3) Pedaqoji psixologiya bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin mexanizmlərini öyrənir, bu prosesdə mövcud olan fərdi fərqləri ayırd edir, məktəblilərdə yaradıcı və müstəqil təfəkkürün formalaşmasının qanunauyğunluqlarını, eləcə də təlim və tərbiyənin təsiri zamanı psixikada baş verən dəyişiklikləri tədqiq edir (V.A.Kruteçski).
4) Pedaqoji psixologiyanın predmetini insanın sosial-mədəni təcrübəni mənimsəməsinin faktları, mexanizmi və qanuna­uyğun­luql­ar­­ı təşkil edir.
Həmçinin, pedaqoji psixologiya təhsil prosesində pedaqoq tərəfindən təşkil edilən və idarə olunan təlim fəaliyyətinin subyekti olan şagirdin intellektual və şəxsiyyət kimi inkişafı səviyyəsində baş verən dəyişikliklərini öyrənir (İ.A.Zimnya).
5) Pedaqoji psixologiyanın mövzusunu insanın təlim və tərbiyəsinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir (M.H­əm­zə­ye­v).
Pedaqoji psixologiyanın predmeti haqqında mülahizələrin ümumi­ləşdiri­l­mə­si onun predmetinə yanaşmada iki cəhəti fərqləndirməyə kömək edir:
a) təlim fəaliyyəti sosial-mədəni təcrübənin mənimsənilməsinin xüsusi formasıdır;
b) təlim fəaliyyətində şagirdlərdə intellektual və şəxsi­yy­ət də­yiş­ikl­iklə­ri­, psixi proseslərin keyfiyyət təzahürləri baş verir. Qeyd olunan bu cəhətlər əsasında pedaqoji psixologiyanın predmetini aşağıdakı kimi müəyyən edə bilərik:
Pedaqoji psixologiyanın predmetini təhsil prosesinin subyektlərinin qarşılıqlı əlaqəsi, məqsədyönlü təşkil olunmuş şəraitində sosial - mədəni təcrübənin mənimsənilməsi və gənc nəslə ötürülməsi prosesinin qanunayğunluqları, psixoloji mexanizmi, məzmunu və spesifikası təşkil edir.
Pedaqoji psixologiyanın qarşısında bir sıra nəzəri və praktik məsələlərin həlli durur. Onlar aşağıdakılardır:


  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin