Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə4/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

ƏDƏBİYYAT


        1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002.

        2. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008

        3. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri, Bakı, Ozan, 1998, 368 s.

        4. Əlizadə Ə.Ə., H.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş. Bakı: 479 s.

        5. Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999.

        6. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002.

        7. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001.

        8. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Caşıqoğlu, 2003

        9. Vıqotskiy L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996.

        10. Zinçenko V.P. Psixoloqiçeskie osnovı pedaqoqiki. M.: 2002,

        11. Manannikova E.N. Pedaqoqiçeskaə psixoloqiə . M.: 2008


Mövzu 3. Pedaqoji psixologiyanın inkişaf tarixi
Plan:
1. Pedaqoji psixologiyanın bir elm kimi formalaşmasının birinci mərhələsi
2. Pedaqoji psixologiyanın bir elm kimi formalaşmasının ikninci mərhələsi
3. Pedaqoji psixologiyanın bir elm kimi formalaşmasının üçüncü mərhələsi

Pedaqoji psixologiya pedaqogika və psixologiyanın qovşağında yaranmışdır. Pedaqoji psixologiyanın bir elm kimi təşəkkülünün üç mərhələsini fərqləndirirlər.


Birinci mərhələ - XVII əsrin ortalarından XIX əsrin axırlarına qədər olan dövrü əhatə edir. Bu dövr pedaqoji psixologiyada Y.A.Komenskinin, J.J.Russonun, İ.Pestalotsinin, İ.Herbartın, A.Disterveqanın, K.Uşinskinin, P.Kapterevin və başqalarının ümumi didaktik ideyalarının formalaşması ilə xarakterikdir. Əgər didaktikada Y.A.Komenskinin, İ.Pestalotsinin təhsilin psixoloji aspektləri lazımi səviyyədə işlənib hazırlanmışdırsa, A.Disterveqanın və K.Uşinskinin əsərlərindən başlayaraq şagird və müəllimin psixologiyasının öyrənilməsi daha önə keçmişdir.
Bu dövrdən etibarən K.D.Uşinskinin «İnsan tərbiyənin predmeti kimi» əsərində insan haqqında bütöv bir konsepsiya təqdim edilir, uşağın təlim və tərbiyənin mərkəzində dayanması məsələləri vurğulanır, təlim-tərbiyə prosesinin optimal təşkili üçün insan şəxsiyyətinin və psixikasının hərtərəfli öyrənilməsinin zəruriliyindən danışılır.
Pedaqoji psixologiyanın bir elm kimi təşəkkül və inkişafında P.Kapterevin xidmətləri az olmamışdır. Onun, eləcə də, «eksperimental didaktikanın» tərəfdarlarının fundamental xidmətləri ondan ibarətdir ki, onlar təhsil prosesinə təlim və tərbiyənin məcmusu kimi baxaraq, ilk dəfə olaraq problemə psixoloji baxımdan yanaşmış və onun metodoloji əsaslarını işləyib hazırlamağa cəhd göstərmişlər. Məhz «pedaqoji psixologiya»nın bir elm kimi adı elmi dövriyyəyə ilk dəfə olaraq 1877-ci ildə P.Kapterevin «Pedaqoji psixologiya» kitabının çap olunmasından sonra buraxılmışdır. Xatırlatmaq yerinə düşərdi ki, E.Torndaykın da analoji kitabı 1903-cü ildə çap olunmuşdur. Bununla yanaşı, «təhsil» anlayışını da elmə ilk dəfə P.Kapterev gətirmişdir.
Pedaqoji psixologiyanın bir elm kimi təşəkkülündə S.T.Şatskinin də çox böyük rolu olmuşdur. Görkəmli alim sosializasiya prosesində tərbiyənin humanistləşdirilməsi və demokratikləşdirilməsi konsepsiyasını işləyib hazırlamış və onun tətbiqinin yol və vasitələrini göstərmişdir.
Ümumiyyətlə, pedaqoji psixologiyanın bir elm kimi birinci mərhələsi üçün xarakterik olan cəhət pedaqoji psixologiyada İ.Nyutonun qanunları, Ç.Darvinin təkamül ideyaları, C.Lokkun sensualizmi və psixi həyat haqqında assosiativ ideyaları ilə şərtlənmiş mexanistik təsəvvürlərin üstünlük təşkil etməsidir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin