ƏDƏBİYYAT:
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002
Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri, Bakı, Ozan, 1998, 368 s.
Əliyev B.H. Sosial sifariş və özəl təhsilin bəzi məsələləri. Bakı, 1996
Əliyev B.H., J. Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı, 1996
Əliyev B.H. Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı, 1998
Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002
Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Çaşıoğlu, 2003
Vaxramov E. Psixoloqiçeskie konüepsii razvitiə çeloveka: teoriə samoaktualizaüii. M. 2001
Vulğfov B.Z. Ubanov V.D. Osnovı pedaqoqiki. M., 2000
Vıqotskiy L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996
Djeyms U. Besedı s uçiteləm o psixoloqii. M., 1998
Zinçenko V.P. Affekt i intellekt v obrazovanii. M., 1995
Zinçenko V.P. Psixoloqiçeskie osnovı pedaqoqiki. M.: 2002
Mövzu 10. Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi
Plan:
Bilik haqqında ümumi məlumat
Biliyin funksiyaları
Biliyin növləri
Biliyin xüsusiyyətləri
Bilik təlimin mahiyyətinin nüvəsini təşkil edir. Biliklərin əsasında şagirdlərdə bacarıq, vərdişlər, əqli və tətbiqi aktlar formalaşır. Bilik mənəvi inancların, estetik baxışların, dünyagörüşünün əsasının təşkil edir.
Uşaqların biliyi necə mənimsəmələrini nəzərdən keçirməmişdən əvvəl bilik nədir? Bilik necə olur? Hansı bilikləri şagirdlər mənimsəməlidir? və s. kimi suallara cavab verməyə çalışaq.
“Bilik” anlayışının məzmunu çoxmənalıdır. O şüurun bir hissəsi kimi, maddi gerçəkliyin inikası kimi, gerçəkliyin nizama salınma üsulu kimi, eləcə də idrakın nəticəsi məhsulu kimi səciyyələndirilir.
Bilik gerçəkliyin dərki prosesi olub insan şüurunda təsəvvür, anlayış, hökm, nəzəriyyə formasında adekvat əksinin ictimai tarixi təcrübə və təsdiqlənmiş məntiqlə yoxlanılmış nəticəsidir. Bilik təbii və bədii dillərin işarələri formasında gerçəkləşir.
Bioloji qanunauyğunluqlarla şərtlənmiş ibtidai bilik heyvanlara da məxsusdur. Heyvanların malik olduğu biliklər onların həyat fəaliyyətinin vacib şərtlərini, tələbatlarını, davranış aktlarını gerçəkləşdirməyə xidmət edir.
Bilik hissi və rasional olanların üzvi vəhdəti və ya inteqrasiyası kimi çıxış edir. Biliklərin əsasında bacarıq və vərdişlər qazanılır.
L.N.Fridman “bilik” anlayışı haqqında mövcud fikirləri yenidən işləyərək onun məzmununda ümumi cəhətləri birləşdirmişdir. Onun fikrincə, bilik - bizim fəaliyyətimizin nəticəsidir və bu fəaliyyət hansı formada – hissi və yaxud rasional, vasitəli və yaxud vasitəsiz şəkildə başa çatmasından asılı olmayaraq bilik təzahür edir.
Məlumdur ki, insan idrakın nəticəsini nitq vasitəsilə, eyni zamanda jest, mimika və başqa formalarda ifadə edir. Ardıcıl olaraq hər bir bilikdə idrak fəaliyyətinin işarəli formada ifadə olunmuş məhsulu mövcuddur. Bilik bilməməyə, xəbərdar olmamağa, kimin və yaxud nəyinsə haqqında təsəvvürün olmamasına ziddir.
Dostları ilə paylaş: |