pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)
Öyrənmənin tipləri.Öyrənməni təlim fəaliyyəti kimi müəllim tərəfindən sosial təcrübənin şagirdlərə ötürülməsi prosesi kimi səciyyələndirirlər. Əgər müəllim şagirdləri öyrətməyə çalışırsa, deməli, özünün və təlimin başlıca vəzifəsini həyata keçirir. N.F.Talızina göstərir ki, öyrənmə mütləq şəkildə müəllim və şagirdlərin ünsiyyət fəaliyyətini və müştərək fəaliyyəti özündə əks etdirməlidr.
Bəzi psixoloqların fikrincə, təlim və öyrənmə bütöv təlim fəaliyyətinin elementləridir. Öyrənmə təlim fəaliyyətində insanın qazandığı təcrübə amili kimi, təlim fəaliyyətinə münasibətdə nəticə kimi isə psixoloji xüsusiyyət və keyfiyyət kimi çıxış edir. Təlim fəaliyyətində öyrənmə motiv kimi, başqa fəaliyyətlərdə isə «ikinci dərəcəli» məhsul kimi özünü göstərir.
Öyrənmə- insan tərəfindən bilik, bacarıq və vərdişlərin qazanılması prosesi və nəticəsidir. Pedaqoji ədəbiyyatda bir neçə öyrənmə növü ayırd edirlər:
İmprintinq mexanizmi əsasında öyrənmə. Bu öyrənmə növündə orqanizm anadangəlmə mexanizm əsasında xarici həyat şəraitinə tez və avtomatik uyğunlaşır. Mərkəzi sinir sisteminə malik heyvanları və insanları bu davranış tipi birləşdirir.
Şərti-reflektor öyrənmə. Məsələn, bir neçə səsi əlaqələndirən söz, əldə tutulan hər hansı predmetlə və görmə sahəsi ilə assosiasiya olunduqda axtarışda olan predmetin və ya hərəkətin insan şüurunda tam obrazını yarada bilər. Məsələn, işığa uyğunlaşma vasitəsilə yeməyin verilməsi
Operant öyrənmə. Bu öyrənmə bilik, bacarıq və vərdişlərin sınaq və səhvlər metodu vasitəsilə qazanılmasıdır. İmprintinq, şərti-reflektor öyrənmə və operant öyrənmə heyvanlarda olduğu kimi insanlarda da mövcuddur.
Vikar öyrənmə. Bu başqalarının davranışını müşahidə yolu ilə dərhal mənimsənilməsidir. Belə öyrənmə yüksək inkişaf etmiş heyvanlarda, o, cümlədən, meymunlarda daha çox müşahidə olunur.
Verbal öyrənmə. İnsanın nitq işarələr sistemi vasitəsilə yeni təcrübənin mənimsənilməsidir.
Təlim öyrənmədən özünün məqsədyönlülüyü və planlı xarakter daşıması ilə fərqlənir. Təlim şüurlu idarə olunur, öyrənmə isə təbii olaraq, heç bir məqsəd qoyulmadan da baş verə bilər.
ƏDƏBİYYAT:
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002
Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri, Bakı, Ozan, 1998, 368 s.
Əliyev B.H. Sosial sifariş və özəl təhsilin bəzi məsələləri. Bakı, 1996
Əliyev B.H., J. Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı, 1996
Əliyev B.H. Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı, 1998
Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002
Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Çaşıoğlu, 2003
Vaxramov E. Psixoloqiçeskie konüepsii razvitiə çeloveka: teoriə samoaktualizaüii. M. 2001
Vulğfov B.Z. Ubanov V.D. Osnovı pedaqoqiki. M., 2000
Vıqotskiy L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996
Djeyms U. Besedı s uçiteləm o psixoloqii. M., 1998
Zinçenko V.P. Affekt i intellekt v obrazovanii. M., 1995