Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə9/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

ƏDƏBİYYAT:


        1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002

        2. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008

        3. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri, Bakı, Ozan, 1998, 368 s.

        4. Əliyev B.H. Sosial sifariş və özəl təhsilin bəzi məsələləri. Bakı, 1996

        5. Əliyev B.H., J. Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı, 1996

        6. Əliyev B.H. Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı, 1998

        7. Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999

        8. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002

        9. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001

        10. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Çaşıoğlu, 2003

        11. Vaxramov E. Psixoloqiçeskie konüepsii razvitiə çeloveka: teoriə samoaktualizaüii. M. 2001

        12. Vulğfov B.Z. Ubanov V.D. Osnovı pedaqoqiki. M., 2000

        13. Vıqotskiy L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996

        14. Djeyms U. Besedı s uçiteləm o psixoloqii. M., 1998

        15. Zinçenko V.P. Affekt i intellekt v obrazovanii. M., 1995

        16. Zinçenko V.P. Psixoloqiçeskie osnovı pedaqoqiki. M.: 2002


Mövzu 7. Fəal təlim metodları
Plan:

  1. Fəallığın formaları

  2. Fəal təlim metodlarının təsnifatı

  3. Təlimdə fərdi və differensial yanaşma

Son dövrlərdə fəal təlim metodlarından da danışılır və təlimin bu əsasda qurulmasına daha çox cəhd edilir. Ümumiyyətlə, pedaqoji ədəbiyyatda fəallığın 3 formasını ayırd edirlər:


1. Təkrarlama fəallığı. Bu fəallıq öyrənənin biliyi anlamağa, yadda saxlamağa və yenidən xatırlamağa istiqamətlənməsi ilə və nümunəyə əsaslanmaq istifadə üsullarına yiyələnməsilə səciyyələnir.
2. Şərh etmə fəallığı. Öyrənənin öyrəndiyinin mahiyyətinə varmaq, əlaqələr qurmaq, biliklərə müxtəlif şəraitdə yiyələnmə vasitələrinə malik olmağa meyil etməsində təzahür edir.
3. Yaradıcı fəallıq. Öyrənən biliklərin nəzəri mənalandırılmasına, problemin həllində müstəqil axtarışı və idrak proseslərinin intensiv təzahürünü şərtləndirir.
A.A.Verbitski qeyd edir ki, fəal təlim didaktik prosesin reqlamentləşdirilmiş, alqoritmik, proqramlaşdırılmış forma və metodlarla təşkilindən daha optimal formaya – inkişafetdirici, problemli, tədqiqatçı, axtarış və s. kimi idrak motivinin və maraqlarının formalaşdırılmasını təmin edən yaradıcı şərait formasına keçməlidir.
M.Novik fəal təlimin aşağıdakı xüsusiyyətlərini qeyd edir:
- Şagirdlərin öz istəyindən asılı olmayaraq təfəkkürünün məcburi fəallaşdırılması;
- Onların fəallığı qısamüddətli və epizodik deyil, yetərincə dayanıqlı və uzunmüddətli olmalıdır (yəni bütün dərs boyunca);
- Məsələnin həllinin sərbəst yaradıcı işlənilməsi;
- Şagirdlərin yüksək motivasiya və emosional səviyyəsi.
Fəal təlim metodları–təlim materialına yiyələnmə prosesində şagirdləri fəal əqli və praktik fəaliyyətə təhrik edən metodlardır. Fəal təlim müəllimin hazır bilikləri şərh etməsinə, onların yadda saxlanılmasına yönəlmiş metodlara deyil, daha çox iştirakçıların bilik və bacarıqlara fəal əqli və praktik fəaliyyət prosesində sərbəst yiyələnmələrinə yönəlir.
Fəal təlim metodlarını təqlid edilən və təqlid edilməyən olmaqla iki yerə bölürlər.
Təqlid edilən (imitiasion) dərslərin səciyyəvi cəhəti öyrətmə prosesinin modelinin olmasıdır (fərdi və ya kollektiv peşəkar fəaliyyətlərin imitasiyası). Təqlid metodlarının başlıca onların oyun və qeyri-oyun növlərinə bölünmələridir. Öyrədilənlərin müəyyən rol oynamalı olduqları metodları oyuna aid edirlər.
M.Novik fəal təlim metodlarının tətbiqi zamanı materialın mənimsənilməsindəki effektə diqqət yetirir. Bu zaman təlim materialı şagirdi konkret praktik və ya peşəkar fəaliyyətə yaxınlaşdırır. Şagirdlərdə təhsil motivasiyası xeyli artır.
Təqlid olunmayan dərslərin səciyyəvi cəhəti öyrənilən proses və ya fəaliyyətin modelinin olmamasıdır. Təlimin fəallaşdırılması birbaşa əks əlaqələrin yaradılması ilə həyata keçirilir.
Pedaqoji və psixoloji ədəbiyyatlarda fəal təlim metodlarının bir neçə növünü ayırırlar. Onlardan ən mühümü problem mühazirədir. Problemli mühazirə – iştirakçıların və ya tələbələrin axtarış və ya tədqiqat fəaliyyətinə yaxınlaşdırılan mühazirə formasıdır.
Problem mühazirənin uğurlu olması müəllimlə öyrənənin birlikdə səyləri nəticəsində təmin edilir. Mühazirəçinin başlıca vəzifəsi – informasiyanı ötürməkdən çox elmi biliklərin inkişafındakı obyektiv ziddiyyətlərə dinləyənləri cəlb etmək və onların həll üsularını tapmağa sövq etməkdir. Müəllimlə əməkdaşlıq zamanı tələbələr və iştirakçılar özləri üçün yeni biliklər «kəşf edir», öz ixtisaslarının və ya ayrıca bir elmin nəzəri xüsusiyyətlərini öyrənirlər. Təlimdə fərdi və differensial yanaşma. Fərdi və differensial yanaşmanın psixoloji mahiyyəti müəllimin uşaqların fərdi xüsusiyyətlərini nəzərə alması və onlara differensial yanaşma bacarığındadır.
Fərdi və differensial işlərin aşağıdakı növlərini ayırd edirlər:
- şifahi;
- yazılı;
- kartoçkalarla iş;
- frontal sorğu;
- lövhədə iş;
- kollektivlə iş (qruplarda).
Bu və ya digər iş formasını istifadə edərkən bir sıra psixoloji faktları nəzərə almaq lazımdır. Buraya temperament, müvəffəqiyyət, təlim fəaliyyətinin güclü və zəif tərəfləri daxildir. Bunula belə təlimdə differensial yanaşmada şagirdin inkişaf səviyyəsi, təfəkkürün xüsusiyyətləri (nəzəri, praktik), maraqları, fənnə münasibəti, əhatə dairəsi, sinifdə şəxsiyyətlərarası münasibətləri və s. də nəzərə alınmalıdır.
Müəllimin dərsə hazırladığı tapşırıqlar adsız olmamalıdır. Kartoçkaları, sualları hazırlayarkən kimə, hər bir sinifdə hansı şagirdə veriləcəyini əvvəlcədən düşünmək, əgər şagird iştirak etməsə başqa kimə verilə biləcəyini nəzərdə saxlamaq lazımdır. Habelə bu məsələləri mükafatlandırma və cəzalandırma zamanı da, işləri qiymətləndirərkən də nəzərə almaq lazımdır. Çünki belə üsullar təlimdə müvafiq stimullar yaratmağa xidmət edir
Təlimdə fərdi yanaşma zamanı şagirdlərin temperament xüsusiyyətlərini, sinir sisteminin xüsusiyyətlərini də diqqət mərkəzində saxlamaq gərəkdir. Məsələn, melanxolik temperament tipinə aid xüsusiyyətləri necə nəzərə almaqla bağlı misala baxaq.
Məlumdur ki, melanxoliklər zəif, həyəcanlı olur, tez yorulur, asan kədərlənir, emosional və həssas olurlar. Odur ki, onlarla münasibətdə müəllim onların gözlənilməz sualla və sürətli cavablandırma ilə qarşı-qarşıya qoymamalı, şagirdə fikirləşməyə və hazırlığa yetərincə vaxt verməli (məsələn, kartoçka ilə iş zamanı), cavabın şifahi deyil, yazılı formada olmasına üstünlük verməli, məhdud zamanda irihəcmli, çətin materialı mənimsəməyə aid tapşırıq verməməlidir. Bununla belə müəllim izahatdan sonra bilavasitə soruşmamalı, hətta yeni material həcmcə böyük olmasa da, şagirdi izahatdan birbaşa sonra cavab verməyə məcbur etməməli, sorğunu gələn dərsə saxlamaqla şagirdə mövzunu evdə işləməsinə imkan yaratmalıdır. Bir sıra tədbirlər vasitəsilə (təkcə qiymətlə yox, habelə «əla», «afərin», «əhsən» və s. kimi ifadələrlə də) onda öz gücünə və biliklərinə əminlik yaratmalı, şagirdin uğursuzluqlarını ehtiyatla qiymətləndirməlidir. Lakin hər bir halda ən effektiv yolu – iştirakçının özü məhz onun üçün öz fəaliyyətini təşkil etməsinin ən uyğun üsul və vasitələrini seçməsinə kömək etmək öz çətinliklərini necə aşacağını və üstünlüyünü, istedadını necə inkişaf etdirəcəyini göstərməkdir.
Bundan başqa təlim prosesində yaş xüsusiyyətləri də nəzərə alınmalıdır.
Kiçik məktəblilərdə diqqətin inkişaf etdirilməsi üçün dərslərin həcmini nəzərə almalı, müxtəlif fəaliyyət növlərinə, oyunlara üstünlük verilməli, eyni zamanda çətin tapşırıqlara motivasiya və maraq yaratmaq zəruridir. Bu da özlüyündə o deməkdir ki, onlara artıq nələrə nail olduqlarını göstərmək, çətin tapşırığın öhdəsindən gəldikləri üçün təqdir etmək və yeni nələri isə öyrəndiklərini göstərmək lazımdır.
Kiçik məktəblilərdə hafizənin və təfəkkürün inkişafı üçün – plan qurulmasını öyrətmək, təfəkkür əməliyyatlarını tapşırıqlara uyğun formalaşdırılması sayəsində inkişaf etdirmək gərəkdir. Nitqin inkişafı üçün nağıl danışmasını təqdir etmək, bu və ya digər qiymətin nəyə görə verildiyini izah etmək lazımdır.
Təlimdə fərdi yanaşmanı tətbiq edərkən yeniyetmələr üçün problem dərslər, laborator məşğələlər, rollu oyunlar məqsədəuyğundur.
Yuxarı sinif şagirdləri üçün isə– mühazirələr, problem təlim, müzakirələr, işgüzar oyunlar və diskussiyalar keçirilməsi yüksək effekt verə bilər.
Şagirdlərdə fərdi yanaşmanı nəzərdən keçirərkən dərsin təşkili formasını da nəzərə almaq lazımdır.
Dərsin təşkili formasının seçiminə aşağıdakı amillər təsir göstərir:
- şagirdlərin psixi proseslərinin inkişaf səviyyəsinin yaşa görə orta göstəricisi;
- şagirdlərdə maraqların xüsusiyyətləri (mövzuların və ya situasiyaların düzgün seçimi üçün);
- sinifdə mikroiqlim (məsələn, pis iqlimdə müzakirə aparmaq olmaz);
- aparıcı fəaliyyət.
Fərdi və differensial yanaşmanın tətbiqi çətin və müəyyən təcrübə tələb edən bir işdir. Ona görə də bir neçə amillərin nəzərə alınması ilə çətin şagirdlərlə işləməyə başlamaq, psixoloji təsirin əhatə dairəsini və kəmiyyətini artırmaq və bütün sinfi əhatə etmək lazımdır.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin