Fəal təlim şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.
Ənənəvi təlim üsulunda müəllim informasiya ötürən. Şagird isə informasiyanı qəbul edəndir.
Fəal təlimdə Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı") mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.
Şagirdin mövqeyi – "kəşf edən”, "tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir.
1. Təlimin subyekt- subyekt xarakter daşıması –müəllim və şagirdlərin qarşılıqlı əks əlaqəsi(müəl.şagirdə obyekt kimi yox öz əməkdaşıkimi yanaşır və hörmət edir)
2. Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi –müəllim dərsə başlamazdan əvvəl mövzu və məqsədə uyğun problemli veziyyet yaradır.
3. Şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi- müəllim dərs boyu hafizəyönümlü informasiyadan uzaqlaşır və onlara sərbəst və müstəqil işləmək imkanı yaradır.
4. İştirakçıların bütün dərs zamanı fəallığı – dərs boyu şagirdlər fəallıq göstərir 5. Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi – niyə? Nə üçün?hansı səbəbə? Başqa necə ola bilərdi? Və s.tipli suallarla təfəkkür aktivliyinə yonəldilir
6. Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi – təlimin tədqiqat xarakter daşıyır və şagird araşdırma apararaq əldə etdikləri bilikləriümumiləşdiri və təqdim edirlər. 7. Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət – qruplarla işin xüsusiyyətləri nəzərə alınır. 9. Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması –müəllim şagird. Şagird-şagird və şagird-müəllim 10. biliklərin yaradıcı tətbiqi – biliklər mənimsənildikdən sonra şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirməyə yönəlmiş tapşırıqların verilməsi 11. Yeni biliklərin müstəqil kəşf edilməsi-şagirdlərin özləri tərəfindən əldə edilmiş bilikləri 12. Təlimin interaktiv olması 13.bütün iş formalarından yerində istifadə olunması 14. müxtəlif tipli tapşırıqlardan istifadə edilməsi.