MƏLUMATLA TƏMİN ETMƏ QAYDASI 1.Şagirdlərin şüurunda dərsin dəqiq şəkilini formalaşdırın 2.təkcə dərslikdıə olan materiallarla kifayətrlənməyin digər materiallardan da istifadəı edin məsələn enskilopediya qəzetlər internet mənbələri və s buna misal ola bilər 3.materialın qavranılmasını müxtəlif üsullarla tətbiq edin 4.sual və cavabları mümkün qədər lakonik və qısa söyləyin
TƏŞKİLATİ DƏSTƏKLƏMƏ Dərsin uğurlu keçməsi üçün təlim prosesi lazimi texniki vasitələrlə və müəllimin düzgün təşkilatçılığı ilə təmin olunmalıdır . Tədqiqat zamanı düzgün təşkilatçılıq üçün bəzi qaydalara riayət etmək lazımdır 1.Destruksiya cəhdlərinin artıq danışmağın qeyri-adekvat və ya məqsədə uyğun olmayan söhbətlərin qarşısını alın 2.diskussiyanın düzgün təşkili üçün hər bir şagirdə hiss etdirin ki onun fikir və rəyi yeni biliyin aşkara çıxarılması üçün üçün vacibdir 3.öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin məsələn baş barmağı yuxarı və aşağı vəziyyəti 4.lövhədə və ya kağız üzərində müəyyən edilən əsas halları qeyd etmək daha məqsədə uyğundur
PSİXOLOJİ DƏSTƏKLƏMƏ QAYDALARI 1.Danışanlara diqqətlə qulaq asın .Hər şagirdə öz fikirini söyləməyə imkan yaradın 2.şagirdlərin fikirləri ilə səmimi olaraq maraqlanın 3.yalnız liderlər və ən fəallarla deyil bütün siniflə maraqlanın 4.müsbət dil ifadələrindən istifadə edin 5.lazımsız olaraq qrupun içini qiymətləndirməyin 6.qarşıdurmaya şərait yaratmayın 7.konstruktivliyi dəstəkləyin 8.şagirdlərə adları ilə müraciət edin