Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə17/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Biliyin mənimsənilməsi. Biliklərin mənimsənilməsinin əsasını şagirdlərin müəllim tərəfindən istiqamətləndirilmiş aktiv fikri fəaliyyəti təşkil edir.
Təlim idrak prosesi kimi bir neçə mərhələdən ibarətdir. Onlardan birincisi, obyektin fondan ayrılması və onun mövcud xüsusiyyətlərinin müəyyən olunması ilə bağlı olan obyektin qavranılmasıdır. Bu zaman qavrama mərhələsi dərk etmə mərhələsi ilə əvəz olunur.
Növbəti mərhələ biliyin formalaşması, hərtərəfli qavrama və inikas nəticəsində ayrılmış xüsusiyyət və əlaqələri təsvir etməyi və yadda saxlamağı nəzərdə tutur. Daha sonra proses subyekt tərəfindən qavranılmış və dərkolunmuş mövcud xüsusiyyət və əlaqələri fəal əks etdirmə mərhələsinə keçir və mənimsəmə prosesi gah yenidən qavranılmış biliyin keçmiş təcrübənin strukturuna qoşulması, gah da yeni biliyin ayrılması və ya qurulmasında vasitə kimi istifadə edilməsi ilə əlaqədar olan dəyişdirmə mərhələsi ilə sona yetir.
Çox vaxt biliyin formalaşmasında sıralanan mərhələlər onun mənimsənilmə səviyyəsini qiymətləndirən meyarlar kimi qəbul olunur.
Beləliklə, bilik ilkin mənalandırmadan və əks etdirmədən başlayaraq aşağıdakı formada təşəkkül tapır:

  • Anlamaya doğru;

  • Bələd olduğu və yeni şəraitdə biliyin tətbiqinə doğru;

  • Şagirdlər tərəfindən biliyin faydasının və yeniliyinin qiymətləndirilməsinə doğru.

Aydındır ki, əgər bilik birinci mərhələdə qalırsa onda onun inkişafdakı
rolu da çox yüksək olmur. Əgər şagird biliyi bələd olmadığı situasiyalarda tətbiq edib qiymətləndirirsə, bu əqli inkişafa doğru önəmli addımdır. Psixoloqların gəldiyi qənaətə görə bilik müxtəlif səviyyələrdə mənimsənilə bilər:

Diaqnostikada biliyin mənimsənilməsinin səviyyələrini nizamlamaq önəmlidir. Çünki, bu səviyyələr təfəkkürün keyfiyyətinə, onun şablon və ya stereotipdən kənar orijinallığına təsir göstərir.
I.Y.Konfenderatov və V.P.Simonov biliyin mənimsənilməsinə cavab verən mərhələlərə uyğun mənimsənilmənin növbəti səviyyələrini ayırırlar:

  1. Predmetin seçilmə (tanıma) səviyyəsi;

  2. Onun yadda saxlanılması səviyyəsi;

  3. Anlama səviyyəsi;

  4. Tətbiq etmə səviyyəsi.

V. P. Bespalko da uyğun olaraq biliyin mənimsəmə səviyyələrini təqdim etmişdir. Fəaliyyətin reproduktiv və produktiv növlərini məhdudlaşdıraraq, onun strukturuna müstəqillik nöqteyi-nəzərindən baxaraq, alim təlim materialınının mənimsənilməsinin növbəti səviyyələrini ayırırdı. Bunu aşağıdakı cədvəldə aydın görmək olar:

Təlim materialının mənimsənilmə səviyyələrinin xarakteristikası


(V. P. Bespalkoya görə)



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin