ƏBƏBİYYAT:
Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: 1998.
Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı: 2010
Xəlilov S. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Universiteti, 2005
Müəllim hazırlığının və orta təhsilin perspektivləri. Bakı: Adiloğlu, 2005
Həsənov A., Ağayev Ə. Pedaqogika. Dərslik. Bakı: Nasir, 2007
Boxubor S.D. Razvitıe subcekta obrazovaniə. M.: 2005
Qusinskiy G.N. Obrazovanie liçnosti. M.: İnterpraks, 1994
Poləakov S.D. Psixopedaqoqika vospitanie. M.: Novaə şkola, 1996
Poləakov S.D. Psixopedaqoqika vospitanie i obuçenie. M.: Novaə şkola,2004
Fridiman L.M. Psixopedaqoqika obheqo obrazovaniə. M.: 1997
Stones E. Psychopedagogy. Psychological Theroy and Practice of Teaching. New-York, 1979
Mövzu 14. Tərbiyənin əsas sosial institutları
Plan:
Ailə tərbiyə institutu kimi
Ailə tərb.iyəsinin tipləri
Məktəb tərbiyə institutu kimi
Tam təhsilin tərbiyə institutu kimi təsisatı
Tərbiyə institutları şəxsiyyətə tərbiyəvi təsir etmək üçün yaradılan cəmiyyət təsisatlarıdır. Bu təsisatlara: ailə, məktəb, kütləvi informasiya vasitələri, həmyaşıdlar, təşkilatlar və s aiddir.
Ailə tərbiyə institutu kimi. Ailə tərbiyə institutlarının əsası sayılır. Çünki uşaq həyatının həlledici dövrləri ailədə keçirir və ailə institutunun şəxsiyyətə göstərdiyi təsir başqa institutların göstərdiyi təsirdən nisbətən daha öndə gedir. Psixoloqların fikrincə uşağın şəxsiyyəti ailədə formalaşır, məktəbdə isə qismən formalaşma baş verir. Ona görə də ailə tərbiyəsi daha önəmli və daha vacibdir.
D.Baumind emosional təsirin və valideyn nəzarətinin uşağa göstərdiyi təsirinə görə ailə tərbiyəsinin üsullarını ayırd etmişdir.
Avtoritet tərbiyə üsulu – uşağın emosional baxımdan qəbulu və
onun yüksək səviyyədə idarə olunması ilə seçilir. Avtoritet tərbiyə üsuluna malik valideynlər demokratik ünsiyyət üsulu seçir, uşağın artan komponentliyinə əsasən onların tələbatlarını dəyişə bilirlər.
Avtoritar tərbiyə üsulu üsul – bu üsul uşağın emosional cəhətdən
zəif qəbul olunması və yüksək idarə olunması ilə fərqlənir. Avtoritar valideynlərin ünsiyyət üsulu əmr etmə, tələb qoyma, qanun-qaydalarda dəyişilməzlik və s. özündə əks etdirir.
Liberal tərbiyə üsulu üsul – yüksək emosional qəbuletmə və zəif
idarə olunma ilə fərqlənir. Qayda və qanunt bu tərbiyə üsulunda demək olar ki, yoxdur və idarəetmə zəifdir.
İndifferent tərbiyə üsulu üsul – tərbiyəyə valideyinin zəif münasibəti,
emosional soyuqluğu, uşaqla münasibətdə distantlığı, zəif idarə olunması, uşağın tələbatının tam ödənilməməsi ilə fərqlənir.
Bütün bunlarla yanaşı, ailə tərbiyəsinin hormonal və dishormonal tiplərini də ayırırlar.
Dostları ilə paylaş: |