ƏBƏBİYYAT:
Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: 1998.
Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı: 2010
Xəlilov S. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Universiteti, 2005
Müəllim hazırlığının və orta təhsilin perspektivləri. Bakı: Adiloğlu, 2005
Həsənov A., Ağayev Ə. Pedaqogika. Dərslik. Bakı: Nasir, 2007
Boxubor S.D. Razvitıe subcekta obrazovaniə. M.: 2005
Qusinskiy G.N. Obrazovanie liçnosti. M.: İnterpraks, 1994
Poləakov S.D. Psixopedaqoqika vospitanie. M.: Novaə şkola, 1996
Poləakov S.D. Psixopedaqoqika vospitanie i obuçenie. M.: Novaə şkola,2004
Fridiman L.M. Psixopedaqoqika obheqo obrazovaniə. M.: 1997
Stones E. Psychopedagogy. Psychological Theroy and Practice of Teaching. New-York, 1979
Mövzu 13. Tərbiyəvi təsir metodları
Plan:
1.Tərbiyəvi təsirin psixologiyası
2. Tərbiyəvi təsir metodları
3. Pedaqoji qiymətləndirmə tərbiyəvi təsir üsulu kimi
Tərbiyəvi təsir və qarşılıqlı təsir metodlarına nəzər yetirməmişdən öncə tərbiyəvi təsir, tərbiyəvi nüfuz və tərbiyəvi qarşılıqlı təsir kimi anlayışların mahiyyətini açmaq önəmlidir.
Tərbiyəvi təsir–tərbiyəçinin uşağa qarşı cəzalandırma və ya rəğbətləndirmə kimi istifadə etdiyi metoda deyilir.
Tərbiyəvi nüfuz – uşağın şəxsiyyətinə pedaqoji təsirin nəticəsində hər hansı bir dəyişiklik baş verməsidir. Bu zaman uşaq sadəcə olaraq ona deyilən hərəkəti etmir, həm də başa düşür ki, bu hərəkəti etmək olmaz və nəyə görə etmək olmaz. Eləcə də uşaq analoji situasiyada necə hərəkət etməyin lazımlığını və vacibliyini dərk edir.
Tərbiyəvi qarşılıqlı təsir – uşağın və böyüyün elə müştərək fəaliyyətidir ki, bunun nəticəsində qarşılıqlı anlaşma yaranır, qarşılıqlı kömək və ya qarşılıqlı dəyişilmə təzahür edir.
Psixoloqların qənaətincə, şəxsiyyətə psixoloji təsirin üsulları tərbiyəçi tərəfindən qəbul olunan, insanın davranışının formalaşdırılması ilə əlaqəli olan, tərbiyə olunanın şəxsiyyətinin dəyişdirilməsinə yönələn öyrənmənin bütün növləri – inandırma, təlqin, sosial yönəlişlərin dəyişdirilməsi, koqnitiv sferanın obrazlaşdırılması eyni zamanda, psixoterapiya, sosial – psixoloji treninq və psixoloji korreksiyanın digər növləri aidir.
Tərbiyəvi təsirin iki əsas tipini ayırd edirlər:
- Birbaşa tərbiyəvi təsir- bir-biri ilə birbaşa ünsiyyət zamanı bir insanın digər
insana hiss olunan vasitəsiz təsiri.
- Dolayısı tərbiyəvi təsir– belə təsir özündə tərbiyə olunanın və tərbiyəçinin
bir–biri ilə əlaqəsi olmadan hər hansı bir üsulların köməyi ilə həyata keçirilən təsiri özündə ehtiva edir (məsələn, kitab oxumaq, kinoya baxmaq, televiziya və vidio filmlərinə baxmaq)
Birbaşa tərbiyəvi təsirə nail olmaq üçün vikar öyrənmənin mexanizminə əsaslanan öyrənmənin təqlid, təlqin kimi üsullarından istifadə edilir (məsələn, tərbiyəçi davranışın lazımi nümunəsini seçir və onun tərbiyə olunan üzərində düzgün və tam istifadə yolunu təyin edir).
Birbaşa tərbiyəvi təsirlər zamanı tərbiyənin üsulları genişləndirilir, uşağın inkişafının ilkin mərhələsində yeganə lazım olan üsul seçilir (uşaq hələ nitqi anlamadığı zaman). Birbaşa tərbiyəvi təsirin çatışmazlıqları kimi onların həyata keçirilməsinin müvəqqəti xarakter kəsb etməsini əsas gətirirlər (tərbiyəçi tərbiyə prosesi zamanı yalnız özünün malik olduğu hissləri, keyfiyyətləri tərbiyə edə bilər).
Vasitəli tərbiyəvi təsirə nail olmaq üçün onun tərbiyə olunana təsirinin müxtəlifliyi və davamlılığı (kitablar, kütləvi informasiya vasitələri, informasiyanın kodlaşdırılması və ötürülməsi üçün başqa vasitələr) zəruridir. Vasitəli tərbiyəvi təsirin çatışmazlıqları kimi canlı emosional təsirdən məhrum olmaq və müəyyən yaş dövründə tətbiqi imkanlarının olmaması xüsusi qeyd edilir (bu nitqə malik olan, oxumağı və deyilənin və ya oxunanın əxlaqi mənasını anlamağı bacaran uşaqlara tətbiq olunur).
Psixoloji və pedaqoji ədəbiyyatda tərbiyəvi təsirin bir neçə metodunun ayırd edirlər.
Dostları ilə paylaş: |