Тяхмини тявгим тематик план


Mövzu 17. Müəllimin peşəkarlığının meyarları və səviyyələri



Yüklə 1,34 Mb.
səhifə30/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Mövzu 17. Müəllimin peşəkarlığının meyarları və səviyyələri

Plan:

  1. Müəllimin peşəkarlığının meyarları

  2. Müəllimin peşəkarlığının səviyyələri

  3. Müəllimin pedaqoji ünsiyyətinin komponentliyi

Pedaqoqun peşəkarlığı–müəllim şəxsiyyətinin peşəkar fəaliyyət bacar­ıq­lar­ın­ının, təlim və tərbiyə prosesində yaranan vəzifələrin öhdəsindən gəlməyə xidmət edən peşə baxımından vacib olan psixoloji keyfiyyətlərin olmasını nəzərdə tutur.


Pedaqoqun peşəkarlığı bir sıra meyarlara cavab verməlidir. Onlar aşağıdakılardır:
- Obyektiv meyarlar: pedaqoji fəaliyyətin effektivliyi (onun əsas növlərinin öyrədici, inkişafetdirici, tərbiyəedici, habelə pedaqoqun fəaliyyətinə kömək edən –diaqnostik , korreksion, konsultasion, təşkilati-idarəedici, özünütəhsil və s.);
- Subyektiv meyarlar: davamlı pedaqoji istiqamətlənmə (peşədə qalmaq istəyi), dəyərlər, özünə peşəkar kimi müsbət münasibət, əməkdən məmnunluq;
- Prosessual meyarlar: pedaqoq tərəfindən sosiallığa uyğun, humanistik yönümlü üsullar, fəaliyyətində istifadə etdiyi texnologiyalar.
- Nəticəvi meyarlar: pedaqoji əməkdə cəmiyyət tərəfindən sifariş olunan (iştirakçıların şəxsiyyətin formalaşdırılması, sürətli dəyişkən cəmiyyətdə həyata hazırlığın təmin olunması) nəticələrə nail olmaq.
Pedaqoqun peşəkarlığının səviyyələri müəyyən ierarxiya şəklində olub pedaqoji əməyin daha yüksək göstəricilərinə çatmağa doğru gedir. Onun aşağıdakı səviyyələrini fərqləndirirlər:

  1. Peşəyə yiyələnmə səviyyəsi, ona adaptasiya, müəllim tərəfindən normaların, lazımi üsulların, texnologiyaların ilkin mənimsənilməsi;

  2. Pedaqoji ustalıq səviyyəsi- peşədə yığılmış mövcud təcrübənin ən yaxşı

nümunələrinin ötürülməsinin səviyyəsi, iştirakçılara təcrübədə mövcud olan yollarla fərdi yanaşmağın öyrədilməsi, bilikləri ötürmək metodlarına yiyələnmə, şəxsiyyətə yönəlmiş təlimin həyata keçirilməsi və s.;

  1. Pedaqoqun peşədə özünüaktuallaşdırma səviyyəsi- pedaqoji peşənin öz

şəxsiyyətinin imkişafına xidmət edən imkanlarının dərk olunması, peşənin üsulları ilə özünüinkişaf etdirmək, öz pozitiv keyfiyyətlərinin uğurlu gücləndirilməsi, neqativlərin gizlədilməsi, fərdi üslubun möhkəmləndirilməsi;

  1. Pedaqoji yaradıcılıq səviyyəsi- şəxsi yaradıcı töhfəsi ilə pedaqoqun

təcrübədə peşəsini zənginləşdirməsi, ayrı-ayrı tapşırıqlara, priyomlara, üsul və metodlara, təlim prosesinin təşkili formalarına aid olmasından asılı olmayaraq öz müəllifi olduğu cümlələri, ideyaları təlim prosesinə daxil etməsi, habelə təlim və tərbiyədə yeni pedaqoji sistemlərin yaradılması.
Pedaqoqun peşəkarlığı özündə üç komponenti ehtiva edir:
- pedaqoji fəaliyyətin ayrı – ayrı növlərinin effektiv nəticəyəyönümlü icrası (öyrədici, inkişafetdirici, tərbiyəedici, diaqnostik, korreksion, özünütəhsil və s.);
- tam humanistik yönümlü pedaqoji ünsiyyət. Pedaqoji prosesin digər iştirakçıları ilə əməkdaşlığı təmin etməyə istiqamətlənmiş səviyyə (iştirakçılarla, əməkdaşlarla, pedaqoqlarla, inzibati işçilərlə);
Pedaqoqun şəxsiyyətinin yetkinliyi, yüksək nəticəyönümlülüyü pedaqoji fəaliyyətdə humanistik yönümlüklə və pedaqoji ünsiyyətlə vəhdət təşkil edir.
Pedaqoqun peşəkarlığının qeyd olunan 3 cəhəti onun peşəkar kompotentliyinin (səriştəsinin) növlərinin əsasını təşkil edir.
Pedaqoqun peşəkar kompotentliyi onun müəyyən qrup peşəkar tapşırıqları həll etmə qabiliyyətləridir.
A.A.Derkaç göstərir ki, pedaqoqun pedaqoji fəaliyyətinin növlərinin subyekti kimi formalaşması-bir neçə kompotentliyinin əsasını təşkil edir. Bunlara predmetlilik, metodiklik, diaqnostiklik, yenilikçilik, tədqiqatçılıq və s. daxildir;
Pedaqoqun pedaqoji ünsiyyətin subyekti kimi formalaşması onun kommunikativ, perseptiv, idarəetmə kompotentliyini özündə ehtiva edir;
Qeyd etmək lazımdır ki, pedaqoqun şəxsiyyətinin yetkinliyi onun fərdi – psixoloji kompotentliyini qiymətləndirir və bu əsasda nəzərdən keçirilir.
Psixoloqların qənaətincə, peşəkar pedaqoji kompotentlik peşəkar pedaqoji bilik və bacarıqları, peşəkar pedaqoji mövqeləri (pedaqoqun işə, şagirdlərə, əməkdaşlara, özünə münasibəti və s.), şəxsiyyətinin peşəkar keyfiyyətlərini və s. özündə kompleks şəkildə əks etdirir ki, bu da müəllim peşəsinə verilən tələbləri yüksəldir.
A.A.Derkaç peşəkar pedaqoji kompotentliyin üç tərəfini ayırd edir. Pedaqoqun peşəkarlığının birinci tərəfinə pedaqoji fəaliyyətdə kompotentlik- müəllimin əməyinin mahiyyəti haqqında bilikləri, iştirakçıların psixoloji və yaş xüsusiyyətləri, məktəb proqramlarının məzmunu haqqında bilikləri və s. daxildir.
Pedaqoqun peşəkarlığının birinci tərəfinə pedaqoji bacarıqlara malik almaq, pedaqoji şəraiti öyrənmək və adekvat pedaqoji tapşırıqlar qoymaq bacarığı, təlim materailını seçmək, qruplaşdırmaq və yeniləmək bacarığı, şagirdləri öyrənmək (onların hafizəsini, təfəkkürünü, diqqətini və s.) bacarığı, şagirdlərin yaxın inkişaf zonalarını proqnozlaşdırmaq bacarığı, təlim və tərbiyənin subyektlərinin qabiliyyət və imkanlarına uyğun yanaşma tərzi seçilməsi və s. daxildir. Qeyd olunmalıdır ki, pedaqoqun peşəkarlığının birinci tərəfinə qyed olunanlarla yanaşı aşağıdakılar da aiddir:
- təlim metodlarını seçmək və kombinə etmək bacarığı, yeni pedaqoji üsulların (texnologiyaların) axtarışı, innovasiya bacarıqları, problem qoyma və tədqiqatçılıq (eksperiment aparma) bacarıqları;
- peşəkar pedaqoji mövqelər: predmetlik, metodistlik, diaqnostiklik, ustalıq, novator, tədqiqatçılıq və s;
- şəxsiyyətin vacib peşəkar xüsusiyyətləri: pedaqoji erudisiya və məlumatlılıq;
- pedaqoji təfəkkür (pedaqoji situasiyaları təhlil etmə və şagirdləri nəzərə almaqla pedaqoji qərar qəbul etmə qabiliyyəti);
- pedaqoji intuisiya (situasiyanın hər hansı uğurlu təhlili aparılmadan bir anlıq inkişaf xüsusiyyətlərinin əvvəlcədən görülməsi və pedaqoji improvizasiya (pedaqoji həllin və onun həyata keçirilmə üsulunun gözlənilmədən tapılması);
- pedaqoji müşahidəçilik (zahirən əhəmiyyətsiz görünən əlamətlərə əsasən pedaqoji situasiyanın mahiyyətini anlamaq);
- pedaqoji optimizm (şagirdlərə optimistik fərziyyə, onun həyata keçmə imkanlarına inamla yaxınlaşmaq);
- pedaqoji proqnoz vermə (şagirdlərin davranışının gələcək inkişafını və yarana biləcək çətinlikləri nəzərə almaq bacarığı) və s.
Pedaqoqun peşəkar kompetentliyinin digər tərəfi, onun pedaqoji ünsiyyətinin kompotentliyinə aiddir (kommunikativ kompotentlik). Bunlar aşağıdakıladır:
- ünsiyyətin vəzifə və vasitələri, pedaqoji etika haqqında biliklər;
- pedaqoji bacarıqlar: geniş tapşırıqlar spektri qoymaq və onları ünsiyyət əsasında qurmaq;
- ünsiyyətin digər iştirakçılarının mövqelərini nəzərə almaq bacarığı;
- digər insana oxşamamasına qarşı dözümlülük;
- təşkilati təsirlərinin qiymətləndirici və nizamlayıcı təsirlərlə müqayisədə daha çox istifadə edilməsi bacarığı;
- ünsiyyətdə demokratik stilin (tərzin) və açıq mövqeyin istifadə edilməsi;
- əməkdaşların təcrübələrini öyrənmək və qiymətləndirmək bacarığı, pedaqoji əməkdaşlıqda iştirak etmək və s;
- peşəkar pedaqoji mövqelər: psixoterapevt, aktyor, pedaqoji əməkdaşlığın iştirakçısı və subyekti;
- şəxsiyyətin peşəkar keyfiyyətləri; pedaqoji empatiya (dərdə şərik olma); pedaqoji takt (iştirakçılara təsiri seçərkən uğurlu şəkildə ünsiyyət iştirakçılarının şərt və imkanlarını nəzər almaq); pedaqoji həssaslıq; emosional özünütənzim və s.
Pedaqoqun peşəkar kompotentliyinin üçüncü tərəfi şəxsi – fərdi kompotentlikdir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
- şəxsiyyətin psixikasına dair biliklər;
- pedaqoji bacarıqlar;
- şagirdlərin şəxsiyyətlərini inkişaf etdirmək və öyrənmək bacarıqları;
- öz şəxsi xüsusiyyətlərini öyrənmək, inkişaf etdirmək bacarığı;
- pedaqoji əməkdə mənəvi dəyərləri anlamaq və qorumaq;
- özünün şəxsi və peşəkar inkişaf planlarını qurma və gerçəkləşdirmə bacarıqları;
- öz əməyini öyrənmək, öz fərdi üslubunu və xronometrik təhlil etmək bacarığı;
- əmək məhsuldarlığını qoruyub saxlamaq bacarığı;
- peşəkar və pedaqoji mövqelər;
-özünüdiaqnostika, dərk olunmuş fərdiyyət;
- peşəkar vacib xüsusiyyətlər;
- pedaqoji məqsədgüdmə (şagirdlərin imkanlarını nəzər almaqla öz fəaliyyətini planlaşdırmaq qabiliyyəti kimi);
- öz peşəkar inkişaf planlarını qurmaq, pedaqoji refleksiya, pedaqoqun uğurunu özünə yönəltməsi, pedaqoji özünüdərk;
- pedaqoji qabiliyyətlər (başqasını başa dğşmək və ona təsir etmək).


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin